çərşənbə günü, 11 noyabr 2026
     

Riyakarlığın və ikiüzlülüyün İran nümunəsi...

Image


“Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafı prioritetdir. Hazırkı dövrdə qarşıda dayanan əsas çağırış  regionda dayanıqlı sülhün və təhlükəsizliyin  təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır.

Azərbaycan tərəfinin 30 illik işğal dövründə ermənilərin törətdikləri  təxribatlara, faciələrə, torpaqlarımızı işğal altında saxlamalarına, bütün bunların nəticəsində bir milyondan artıq soydaşımızın əzablı qaçqın və köçkün vəziyyətində yaşamasına rəğmən Ermənistana sülh müqaviləsini təklif etməsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında, yeni əməkdaşlıq formatlarının yaradılmasında maraqlı olduğunu təsdiqləyir. Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi hazırkı dövrdə Azərbaycanın əsas hədəfidir və bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət həyata keçirir. Bu çağırış, eyni zamanda, həm region, həm də dünya dövlətlərindən bölgədə cərəyan edən hadisələrə  ədalətli və beynəlxalq hüquqa söykənən yanaşma tələb edir. Bu baxımdan son zamanlar İranın  regionda sülhün təmin olumasına qarşı atdığı addımlar, xüsusilə Azərbaycana qərəzli  münasibəti fonunda Ermənistana göstərdiyi hərtərəfli dəstək bir daha  qonşu dövlətin ölkələrarası münasibətlərdə əsas faktor olan  etimad mühitinin qorunub saxlanmasına  hansı səviyyədə yanaşma sərgiləməsinə işıq salır. Bu, inkarolunmaz faktdır ki, İranın ermənipərəst mövqeyi zaman-zaman atdığı  addımlarda özünü açıq-aydın büruzə verib. Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin həlli prosesində hər zaman Ermənistanın yanında olan İran 30 il davam edən işğal dövründə sözdə ərazi bütövlüyü prinsipini öndə saxladığını bəyan etsə də əməldə nəinki  Ermənistanı təcavüzkar dövlət kimi tanımadı, hətta bu reallığı dilinə gətirməkdən belə çəkindi.

Azərbaycanın xarici siyasətində daim beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etmək  əsas xətt olub. Ölkəmiz indi də bu ümumbəşəri mövqeyinə sadiqdir. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və özünün daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Bu baxımdan Azərbaycan üçün  yalnız İranın Ermənistana hansı münasibəti göstərməsi önəmli deyil. Lakin burada narahatlıq doğuran əsas məqam sözdə özünü dünyada bütün müsəlmanların himayədarı elan edən “İslam respublikası”nın əməli fəaliyyətində öz dindaşları olan və təcavüzə məruz qalan azərbaycanlılara düşmən münasibəti bəsləməsi, işğalçı terrorçu Ermənistana  dəstək olması, bu antibəşəri siyasətini reallaşdırmaqla ümumilikdə regionda və dünyada sülhün, təhlükəsizliyin təmin olunması məsələsinə əngəl törətməyə  cəhdlər etməsidir. Azərbaycan həmişə  bununla bağlı prinsipial mövqeyini ortaya qoyub və bu gün də eyni siyasəti həyata keçirir.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 Vüqar Rəhimzadə belə bir məqama da diqqəti yönəldib ki, bu ilin oktyabr ayında  İran tələm-tələsik Ermənistanın Qafan şəhərində mal tövləsini xatırladan yöndəmsiz bir binada Baş konsulluğunu açdı: “Açılış mərasimində  İranın xarici işlər naziri  Hüseyn Əmir Abdullahian “İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyinin təminatı hesab edir” açıqlaması ilə bir daha ölkəsinin ümumilikdə regionun deyil, Ermənistanın təhlükəsizliyinin təminatında maraqlı olduğunu ortaya qoydu. Xüsusi vurğulamaq gərəkdir ki, İran bu kimi riyakar davranışları ilə ölkəmizə qarşı etibarsız qonşu imicinə mütəmadi olaraq əlavələr edir.  Bu dövlət Qarabağ münaqişəsinin bitməsindən sonra Ermənistanla Azərbaycan  arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. İranın  Azərbaycanla sərhədinə qoşun yığması, burada hərbi təlim keçirmək adı ilə  çirkin məqsədlərini reallaşdırmaq cəhdi də bu “İslam respublikası”nın regionda  riyakar və ikiüzlü siyasət  yürütməsini bir daha sübut edir.  Ümumiyyətlə, riyakarlıq və necə deyərlər, “saman altından su yeritmək” xətti İranın təkcə Azərbaycana münasibətində deyil, bütövlükdə bu dövlətin siyasi davranış konsepsiyasında aparıcı yer tutur. Bu səpkili məqsədyönlü və açıq təxribatlarını davam etdirərək, eyni zamanda, özünü “İslam dövləti”, “müsəlman təəssübkeşi”, “Azərbaycanın mehriban qonşusu” kimi təqdim etməyə çalışır.”

Baş redaktor vurğulayıb ki,  İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlər keçirməsi hərbi avantüra və səmərəsiz güc nümayişi idi. İranın riyakar molla rejimi  unutmamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.

“Azərbaycan İranla bağlı olan məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb” söyləyən Vüqar Rəhimzadə bildirib ki,  bu dövlət  Azərbaycanın  tarixən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri olub: “Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük bir hissəsi, 40 milyon azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi tellər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Azərbaycan bir qayda olaraq həmin sənədlərdə nəzərdə tutulan müddəaların həyata keçirilməsində üzərinə düşən öhdəlikləri vicdanla və layiqincə yerinə yetirib.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, bugünümüzün əsas çağırışlarından biri də İslam həmrəyliyinin gücləndirilməsidir. Azərbaycanın bu birliyə töhfələri davamlılığı ilə diqqət çəkir: “Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizi yerlə-yeksan etdiyini, məscidlərimizdə donuz saxladığını bəyan edərək bu addımı ümumilikdə İslam dünyasına qarşı hörmətsizlik, təhqir kimi dəyərləndirir. Prezident İlham Əliyev bu faktlarla bağlı bəyan edir ki, İslam məbədlərini dağıdan və təhqir edən ermənilər müsəlmanların dostu ola bilməzlər.

Təəssüf ki, hər zaman İslam birliyindən və həmrəyliyindən ağızdolusu danışan, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. İran niyə Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb etmir? Ona görə tələb etmir ki, İran din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edir.  İran KİV-lərində  Azərbaycana qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır. Bütün bunlar faktdır.”

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev  noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırarkən də bu məsələyə xüsusi diqqət yönəltdi. “Bir tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Deməli, bu, o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Buna sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, işğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər? İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr.  Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də potmünaqişə dövrü həqiqət anıdır. Kimin kim olduğu, ədaləti və beynəlxalq hüququ yalnız sözdə deyil, əməldə müdafiə etdiyi baş verən hadisələrin fonunda özünü açıq-aydın göstərir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ