çərşənbə günü, 11 noyabr 2026
     

"Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifidir" - Vüqar Rəhimzadə

Image


Azərbaycan daim iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətində olub. Tarixi Zəfərimizdən sonra ölkəmizin bu istiqamətdə mövqeyinin daha da möhkəmləndiyi göz qabağındadır. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu çatdırdı, yaratdığı reallıqlarla regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın vacib amil olduğunu önə çəkdi.

Bütün bunlar ümumilikdə Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar, yeniliyi özündə əks etdirən mükəmməl siyasəti Azərbaycanı beynəlxalq birliyin fəal üzvünə çevirib. Dövlət başçısı çıxışlarında da bu məqamı xüsusi qeyd edir ki, sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Hazırkı dövrdə ən diqqətçəkən məqamlardan biri də odur ki, paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də diplomatik mərkəzə çevrilməkdədir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşadan dünyaya ünvanlanan mesajların hər birində ədalət, beynəlxalq hüquq anlayışlarına dəyər verilməsi, onların tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar öz əksini tapıb. Cari ildə ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin xronologiyasına diqqət yetirdikdə onların böyük əksəriyyətinin məkanının məhz Şuşa olduğunu görürük. Paytaxt Bakıda keçirilən tədbirlərə isə məhz mədəniyyət paytaxtımız Şuşada yekun vurulması artıq ənənə halını almaqdadır.

Bir məqamı da qeyd etmək istəyirəm ki, keçirilən konfrans və forumların əhatə dairəsinin genişlənməsi, iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin, eyni zamanda, artan marağının əyani ifadəsidir. Azərbaycan bu gün sülh gündəliyinin müəllifi kimi dünyanın diqqətindədir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması prosesi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını vacib amil kimi önə çəkir: “Azərbaycan tarixi Zəfərimizin ilk günlərindən qarşı tərəfə sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən təklifini təqdim etdi. Bu prinsiplərdən biri təbii ki, BMT-nin sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipidir. Zəfərimizdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən dörd görüşün, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə bir dəfə Moskvada, iki dəfə Soçidə baş tutan görüşlərin hər biri sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım kimi dəyərləndirilsə də bəzi ermənipərəst mövqeli dövlətlərin məsələnin həlli prosesinin uzanmasında, yaxud sülh müqaviləsinin imzalanmamasında maraqlı olması diqqətdən kənarda qalmır. Bu əngəllər, həmçinin vaxtın uzadılmasına səbəb olur. Ötən ilin aprelində ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq”, bu il aprelin 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransların ardınca noyabrın 24-də yenə də bu universitetdə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın işə başlaması da bu kimi məqamlara aydınlıq gətirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, dövlət başçısı İlham Əliyev konfranslarda çıxışı və iştirakçıların suallarına cavabı zamanı hazırkı dövrün reallıqlarını əsaslı şəkildə diqqətə çatdırır. Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində beynəlxalq konfransdakı çıxışında diqqəti dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüşünə yönəltdi. Möhtərəm Prezidentimiz bildirdi ki, həmin görüş keçirilməyəcək. Dövlət başçısı görüşün baş tutmamasının səbəblərindən danışarkən diqqətə çatdırdı ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyini bildirir. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq.”

“Göründüyü kimi, Fransa açıq-aşkar regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını təsdiqləyir. Bu yanaşma isə Ermənistanın planlarına tam uyğundur. Oktyabrın 6-da Praqada Fransa Prezidenti Emmanuel Makronun da iştirakı ilə Azərbaycan Prezidentinin, Avropa İttifaqı Şurası Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə dördtərəfli görüş keçirildi. Bu görüş çoxsaylı sualların yaranmasına rəvac verdi. Görəsən Ermənistana dəstək yolunu seçən Fransanı bu gün saxta ədalət donunu geyinib danışıqlarda iştirak etməyə nə sövq edir? Bəlkə Fransa Prezidenti belə cəhdləri ilə 30 ildə ölkəsinə qarşı formalaşan etimadsızlıq mühitini bərpa edə biləcəyini düşünür? Ümumilikdə 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə belə özlərinin iştirakı ilə hazırlanan və qəbul olunan qətnamələrin əleyhinə çıxış edən bəzi dövlətlər və onların rəhbərləri bu gün həmin savaşda yaşananları unuda biləcəklərmi? Müharibənin başa çatdığı, Qarabağ münaqişəsinin tarixə qovuşduğu halda Fransa Prezidenti Ermənistana dəstəyini davam etdirərək problemin hələ də həll olunmaması barədə absurd fikirlərinə necə haqq qazandıra bilər? Ən əsası Fransa Prezidenti dekabrın 7-də keçirilməsi nəzərdə tutulan görüşə qatılsa belə rəhbərlik etdiyi ölkə Senatının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamənin zəruriliyini necə əsaslandıracaq? Fransa Prezidentinin “qorxma-qorxma” demək üçün Ermənistanın baş naziri ilə birlikdə görüşlərə qatılmaq istəyini şərtləndirən amillər hansılardır? Fransa və Ermənistanı eyni dəyərlər birləşdirə bilər, amma kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə cəhd edən Fransa görəsən bilmirmi ki, qəbul etdiyi absurd qətnamələr bumeranq effekti verərək onun özü üçün problemlər yaradacaq? Göründüyü kimi, suallar çoxdur. Bütün bu sualların bir cavabı var. Prezident İlham Əliyevin konfransda vurğuladığı kimi, Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır. Prezident İlham Əliyev Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib.”- deyə, YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, noyabrın 25-də dövlət başçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşündə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi apardı. Bu görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dövlət başçısı İlham Əliyevlə telefon danışıqları bir daha təsdiqləyir ki, Azərbaycanın müəllifi olduğu Brüssel gündəliyi yeganə məqbul variantdır.

“Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının təqdimatı, eyni zamanda, ölkəmizə qarşı qərəzli mövqeyi əks etdirən suallara cavabında verilən tarix, hüquq dərsi olur” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, cənab Prezident konfransdakı çıxışında son dövrlər Azərbaycana qarşı qərəzli mövqeyini açıq-aşkar ortaya qoyan İranla bağlı da fikirlərini çatdırdı. Bildirdi ki, İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi. Dövlət başçısı bildirdi ki, biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, belə konfranslar ötən qısa dövr ərzində bu istiqamətdə atılan addımlara, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında səylərin birləşdirilməsinin vacibliyi amilinə bir daha işıq salır: “Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də iştirak edirlər. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılır. Bütün hallarda Azərbaycanın mövqeyi dünya birliyi üçün önəmlidir. Qalib Azərbaycan hər zaman olduğu kimi, bu gün də sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir və dövlətimizin bu prinsipial mövqeyi beynəlxalq səviyyədə dəstəklənir.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ