Ağacan Abiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu

Prezident İlham Əliyev A.Q.Abiyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Qulam oğlu Abiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.