Cümə axşamı günü, 12 noyabr 2026
     

Səfirin saxtakarlığı - 3 min il əvvəl nə İran, nə də Ermənistan olub...

Image


İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri Ermənistanın baş prokroru Anna Vardapetyanla görüşdə tarixi və elmi yanlışlığa yol verib. Bədəxşan “İran və Ermənistan arasında 3000 illik tarixi və mədəni bağlar var” iddiasını irəli sürməklə tarixi saxtalaşdırdığını açıq şəkildə ortaya qoyub.

“ İranla Ermənistanın 3 min illik əlaqələr tarixi var” deyən Zühuri yəqin ki, həmin dövrdə bu coğrafiyada, bütövlükdə tarixdə İran və Ermənistan adlı dövlətlərin ümumiyyətlə mövcud olmadığını unudub, ya da qondarma tarix düzəldib onların mövcudluğunu iddia etmək istəyir, amma yalan ayaq tutsa da, heç zaman yeriyə bilməz. Onu da yada salaq ki, Zəngəzur dəhlizi məsələsi gündəmə gələndən indiyə kimi İran rəsmiləri tez-tez Ermənistanla “min illik sərhədlərindən” danışırlar. O sərhədin nə zaman, haçan yarandığını kimsə bilmir. 

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev rəsmi Feysbuk hesabında Bədəxşanın bu açıqlamasına belə şərh verir: “İran rejiminin Ermənistandakı səfiri Abbas Bədəxşan bu ölkənin baş prokuroru ilə görüşdə elə bir fantastik "elm yalanı" danışıb ki, bunun üstündən keçmək nəinki mümkün deyil, hətta məşhur "Sehrli xalat"da Xanın pioner Rəşidə ironiya ilə dediyi "Səni sarayımda baş gopçu təyin edəcəyəm" sözlərini Bədəxşan Abbasa da adamın deməyi gəlir...

Mən şəxsən İranda hansı rejimin mövcudluğundan asılı olmayaraq, bu ölkənin Azərbaycanla sülh ritorikasında olmasını istəyirəm. Qonşuyuq, kimsə köçüb getməyəcək, qonşularla sülh içində olmaq beynəlxalq münasibətlərin əlifbasıdır. O başqa mövzudur ki, İranda şiəliyi geosiyasi hegemonluq və əlahiddəlik alətinə çevirmiş teokratiya və fars şovinizmini qeyri-rəsmi ideologiya kimi işlədən indiki kimi rejimlərlə davamlı sülh ritorikasında olmaq nə qədər mümkündür…

Gələk səfirin söhbətinə... Deyib ki, İranla Ermənistanın 3 min illik əlaqələr tarixi var. 3 min il deyəndə, yəqin ki, 2 min il bizim, min il isə bizim eradan əvvəlki min ili nəzərdə tutur. Bu 3 min ildə bölgəmizdə hansı dövlətlər olub? Heç "İran" adlı dövlət olubmu? Ermənistan dövləti deyilən bir şey olubmu? Səfir ağayi Abbasın tarix bilgilərinə əlavə edim ki, bu 3 min ildə bölgəmizdə tarixi ardıcıllıqla -Assuriya, Urartu, Manna, Midiya, Əhəmənilər, Makedoniyalı İsgəndər, Parfiya, Selevkilər, Misir Ptolomeyləri, Sasanilər, Atropatena, Albaniya, Ərəblər, Şəddadilər, Rəvvadilər, Sacilər, Salarilər, Şirvanşahlar, Atabəylər, Qaraxanilər, Misir Fatimiləri, Xarəzmşahlar, Hülakülər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Osmanlılar, Azərbaycan xanlıqları, Qacarlar, Əfşarlar, Zəndilər, 1925-ci ildən Pəhləvilər və 1936-cı ildən İran dövləti olub...

Cənab Abbas Bədəxşan, bu saysız dövlətlərin arasında Ermənistan dövləti gördünmü? Görə bilməzsiniz, çünki olmayıb...

İndi isə sözüm öz tarixçi alimlərimizədir, AMEA-nın prezidentinədir, cənablar, niyə buyurub bu tarix saxtakarlarının cavabını vermirsiniz? Elə bu Bədəxşanın məhz həmin sözlərinin üstündə sanballı bir beynəlxalq elmi tarix konfransı düzənləmək olmazmı?..”

  • “…Biz burada nə İran, nə də Ermənistan adına rast gəlirik”

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə “Bakı-Xəbər”ə bildirdi ki, biz İrandan və Ermənistandan zaman-zaman bu tip açıqlamalar eşitməkdəyik: “Təbii ki, bu cür açıqlamaların heç bir əsası yoxdur. İranın Ermənistandakı səfiri Abbas Bədəxşanın 3 min il əvvəl guya İranla Ermənistan arasında “tarixi əlaqələrin” mövcudluğu ilə bağlı iddianı əgər bilməyərəkdən söyləyibsə, bu savadsızlıqdan, bilərəkdən deyibsə saxtakarlıqdan başqa bir şey deyil. 3 min il əvvəl biz tarixə geri döndükdə görürük ki, eramızdan əvvəl I minillikdə bölgədə olan dövlətlərin adları Mannadır, Assuryadır, Urartudur, Midiyadır, ən yaxşı halda Əhəmilər və yaxud Haxamanişilərdir, biz  burada  nə İran, nə də Ermənistan adına rast gəlmirik. Nəinki həmin dövrlərdə, hətta 1918-ci ilə qədər Qafqazda, xüsusən də Cənubi Qafqazda heç bir zaman “Ermənistan” adlı dövlət olmayıb. Ermənilər XIX əsrin 20-ci illərindən əvvəl heç bir zaman Qafqazda kütləvi halda yaşamayıblar. İranın bir dövlət adı olaraq istifadəsinə gəlincə isə, bilirik ki, bu, 1925-ci ildən etibarən Pəhləvilər sülaləsi tərəfindən düşünülmüş və dövlət adına çevrilmiş bir coğrafi addır. Yəni tarixdə Pəhləvilərə qədərki dövrdə heç bir zaman rəsmi adı İran olan heç bir dövlət yoxdur”.

E.Kəlbizadənin sözlərinə görə, Persiya, Sasani adına rast gəlmək mümkündür, amma İran adına rast gəlmək mümkünsüzdür, çünki yoxdur. O qeyd etdi ki, İran bir coğrafiyanın adıdır və İran coğrafiyasında bu gün bir çoxlarının nəzərdə tutduğu anlamda heç də farslar yaşamayıblar, indiki İran ərazisi böyük bir türk coğrafiyasıdır, türklərin məskun olduğu başlıca ərazilərdən biridir. “Ermənistanla bağlı məsələlər isə cəmiyyətimizə yetərincə aydındır. Cənubi Qafqazda Ermənistan adlı dövlət 1918-ci ildə xarici güclərin məqsədlərinə uyğun olaraq tarixi Azərbaycan ərazilərində yaradılıb. Bu baxımdan İranla Ermənistan arasında 3 minillik bir tarixi, mədəni əlaqələrin olması ilə bağlı iddialar, bir daha qeyd etmək lazımdır ki, ya savadsızlıqdan, ya da saxtakarlıqdan başqa bir şey deyil. Digər dövlət rəsmiləri “İran və Ermənistan arasındakı 3 min illik sərhədlərdən” danışırlar, guya İranla Ermənistan arasında hansısa sərhədlər olub. Eramızdan əvvəl I minillikdə, nəinki o dövrlərdə, bütövlükdə orta əsrlərdə belə hansısa dövlətlər üçün dəqiq sərhəddlər, sərhəd xətləri müəyyənləşdirmək absurd yanaşmadan başqa bir şey deyil”-deyə E.Kəlbizadə vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni qəsdi - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ