Cümə axşamı günü, 12 noyabr 2026
     

İlk gündən Zəfər gününə kimi Qarabağ uğrunda döyüşmüş qazi və əlil jurnalistlər - Nahid Salayev... - MÜSAHİBƏ

Image


Onların hər biri Zəfər dastanının müəlliflərindəndir. Qələmini odlu silaha dəyişən 30-a qədər həmkarımızın hər biri 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan Zəfər yürüşünün ön cərgəsində yer aldı, əksəriyyəti Füzulidən Şuşaya qədər döyüş yolu keçdi, ağır yaralandılar, amma ruhən, mənən sınmadılar, nifrətlərini qisas süngüsünə çevirib düşmənə sinə dağı çəkdilər.

“Bakı-Xəbər” olaraq, Vətən müharibəsində iştirak edən qazi jurnalistlərlə bağlı yeni layihəyə başlayırıq. İlk qonağımız döyüş yolu Füzulidən başlayıb Şuşada bitən jurnalistlərdən biri, “Bakı-Xəbər”in əməkdaşı, ilk gündən Zəfər gününə kimi Qarabağ uğrunda döyüşən Nahid Salayevdir.

  • “Bu gün mənim üçün çox böyük qürurdur ki, qələm dostlarımla birgə əlimizdə silah Vətəni mənfur düşməndən qorumaq üçün döyüşmüşük”

- Nahid bəy, Zəfərlə başa çatan Vətən müharibəsinin ikinci ilini yaşayırıq. Əgər iki il bundan əvvələ qayıtsaq, cəbhədə döyüşlər gedirdi, siz artıq düşmənlə savaş meydanında idiniz...O günlərdən hansı təəssüratlar qalıb?

- İlk növbədə onu qeyd edim ki, bu iki il arxada qalsa da, psixoloji olaraq biz hər gün müharibədən əvvəlki və sonrakı vəziyyəti beynimizdə canlandırırıq, o hisslərlə yaşayırıq. Yəqin bu, müharibənin bizdə buraxdığı təsirlərlə bağlıdır.

- Müharibədən əvvəl nə düşünürdünüz?

- 44 günlük Vətən müharibəsindən əvvəlki vəziyyəti analiz edirəm və öz-özümə sual verirəm ki, Vətən müharibəsi başlayanda biz buna hazır idikmi? Cavabım birmənalıdır, bəli, hazır idik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı itkilərimizin olması, xüsusən də general-mayor  Polad Həşimovun şəhidlik zirvəsinə ucalması içimizdə düşmənə olan nifrəti kükrətdi. İllərlə içimizdə qalıb oyanmağa hazır olan hissləri, qisas hissini o hadisə daha da alovlandırdı.

- Tovuz hadisələri zamanı əyninə hərbi paltar geyib cəbhəyə getməyə hazır olanlardan biri də siz idiniz...

- O hadisələr zamanı hər kəs küçələrə axışdı, səfərbərlik elan edilməsini tələb etdi. Həmin günlərdə heç nə fikirləşmədən yolumu hərbi geyimlər satılan dükandan saldım və özümə forma aldım ki, müharibəyə getməliyəm. Bilirdim ki, müharibə olacaq, biz buna hazır idik, özü də heç zaman hazır olmadığımız kimi.

- Baxmayaraq ki, yaşınız səfərbərlik yaşını keçmişdi, amma siz ailənizi-uşağınızı qoyub könüllü şəkildə müharibəyə getdiniz, özü də ön cəbhəyə. Sizi heç müharibəyə aparmaq istəmirdilər, amma özünüz könüllü getdiniz, halbuki getməyə də bilərdiniz. Sizi nə vadar etdi ki, 36 yaşınız olmasına baxmayaraq savaşa qatıldınız?

- Formanı aldıqdan sonra ilk işim qeydiyyatda olduğum Xətai rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə getmək oldu və adımı könüllü kimi qeyd etdirdim. Artıq içimdə bir rahatlıq yarandı ki, müharibə başlayarasa mənim də adım çağırışçılar siyahısında olacaq. Amma avqust ayının 31-də mənim 35 yaşım tamam oldu. Mənim müharibəyə getmək istədiyimi bilən dostlar, tanışlar hamısı dedilər ki, sənin səfərbərlik yaşın keçdi, səfərbərliyə düşmürsən. Amma dedim ki, mənim içimdəki o hissə heç kəs mane ola, Vətən sevgisini heç bir qüvvə öldürə bilməz. Müharibəyə getmək, düşmənə qarşı savaşmaqdan başqa beynimdə heç nə yox idi. Deyirdim ki, hansı formada olursa olsun, mütləq müharibəyə gedəcəyəm. Sentyarın 27-də səhər tezdən mənə gələn ilk zəng müharibənin başlanması ilə bağlı oldu. Televizoru açdım gördüm ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov brifinq keçirir. Anidən qərarım belə oldu ki, Səbail Rayon Səfərbərlik İdarəsinə gedim.

- Yəqin sizə dedilər ki, yaşınız səfərbərliyə düşmür, yoxsa?..

- Ora getdim dedilər ki, hələ səfərlik haqda heç bir məlumat yoxdur. Açığı, bir az incidim və kor-peşiman evə qayıtdım. Səhərisi gün Ali Baş Komandanın qismən səfərbərlik elan edilməsilə bağlı sərəncam verdiyini duyar-duymaz yenə də Səfərbərlik İdarəsinə getdim. Şöbənin Aşurov soyadlı əməkdaşı olan gənc zabit mənə yaşımın keçdiyini bildirdi. Dedim ki, mən evdən hamı ilə halallaşıb çıxmışam, evə qayıtmaq fikrim yoxdur, müharibəyə gedəcəyəm. Uzun mübahisədən sonra istəyimə nail oldum. Eyni zamanda Səfərbərlik İdarəsinin 49 saylı məktəbdə qurulan qərarhagına axın-axın insanların gəldiyini görəndə bir daha qəti qərara gəldim ki, mütləq müharibəyə getməliyəm.

- İki il bundan əvvəl içimizdə bir boynubüküklük, narahatlıq vardı, sanki çiyinlərimizdən ağır daşlar asılırdı. Müharibədən sonra necə, bu yükdən azad ola bildikmi, içimizi gəmirən o acıları silmək mümkün oldumu?

- Həyatın qəribə bir təsadüfünü sizə xatırlatmaq istəyirəm. Şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimovun anası Səmayə xanımın KİV-lərdə, sosial şəbəkələrdə bir çıxışı yayıldı. Həmin çıxışda Səmayə xanım bir söz işlədib: “1991-ci ildə Polad evə gəldi və əlindəki məktəbli çantasını bir qırağa tulladı, Polad o vaxta qədər hüquq fakültəsinə hazırlaşırdı. O dedi ki, tarix müəllimimiz Habil müəllim “torpağı işğal altında olan şəxs hüquqa yox, hərbiyə hazırlaşmalıdır” deyib”. Müəllimin bir sözü Polad Həşimovun həyatında bir dönüş nöqtəsi olub. Bilmirəm bu təsadüfdürmü, yoxsa qanunauyğunluqdurmu, Polad Həşimova o sözü deyən tarix müəllimi Habil Xəlilov mənim doğmaca bibim oğludur. Bunu nə üçün xatırltdım? 2006-cı ildə mən Dövlət İdarəçilik Akademiyasını bitirərkən məhz Habil müəllimin təkidi ilə 3 aylıq zabitlik kursunda iştirak etmişəm. Rütbə almasam da, kiçik çavuş kimi həmin kursu bitirmişəm. İkimizin də həyatında hərbiyə və vətən sevgisinə vəsilə olan, onu inkişaf etdirən şəxs olub, o bizə yol göstərib. Əsgəri xidmətdən sonra jurnalistika və başqa sahələrdə fəaliyyət göstərdim. Amma vətənpərvərlik hissim, vətənə dəyən zərbələrə müqavimət göstərmək istəyim heç zaman səngiməyib.

- Siz həm də Birinci Qarabağ müharibəsində itkin düşən və girov götürülən vətəndaşlarımızla bağlı sənədləri araşdırmısınız...

- Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasında şöbə müdiri işləmişəm. Həmin dövrdə mənə verilən tapşırıq Birinci Qarabağ müharibəsində (1988-1994-cü illərdə) əsir və itkin düşmüş vətəndaşlarımızla bağlı informasiyaların toplanmasına, araşdırılmasına, onların ensiklopedik formada çapına birbaşa nəzarət etməklə bağlı olub. Bu istiqamətdə işləməyim, hər itkin düşmüş, hər girov götürülmüş vətəndaşla bağlı sənədlərlə tanışlığım məni düşmənə qarşı hədsiz dərəcədə nifrətlə doldurdu. Bu nifrətin də nəticəsi müharibədə iştirak oldu. Bugünkü gün çox sevinirəm ki, müharibədə iştirak etdim, düşmənə qarşı döyüşdüm. Bu şanlı Zəfər tarixinin bir parçası olduğuma görə bu şansı mənə və mənim kimi yüz minlərlə insana verdiyi üçün Ali Baş Komandana dərin təşəkkürümü bidlirirəm. Bu tarixi yaşamaq, onun bir parçası olmaq qürurvericidir.

- Yenə də 27 sentyabr 2020-ci ildəki vəziyyət yaranarsa müharibəyə gedərsiz?

- Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Laçın, Zəngilan və Kəlbəcər rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribat zamanı Azərbaycan ordusunun 81 hərbiçisi şəhid olub. Ermənilərin növbəti təxribatı ilə bağlı rəsmi xəbər yayılan kimi yenə də ilk işim cəbhə bölgəsinə göndərilmək üçün Səfərbərlik İdarəsinə getmək olub. Fikrimcə, müharibə görmüş, döyüşmüş bir şəxsin yeri elə vəziyyətdə ön cəbhədə olmaqdır. Lakin oradan dedilər ki, buna ehtiyac yoxdur. amma yenə müraciətimi rəsmləşdirdim ki, ehtiyac olarsa məni çağırsınlar.

- Nahid bəy, qələmini odlu silaha çevirib döyüşmək üçün cəbhəyə gedən həmkarlarımızın sayı 30-a qədərdir, bəlkə də daha çoxdur. Onların sırasında çox parlaq imza sahibləri var ki, biz onlara həm də bir qəhrəman olaraq yanaşırıq.

- Jurnalist də vətəndaşdır. Biz özümüzü kompüter arxasında yox, daha çox cəbhədə gördük, orada olmalı olduğumuzu düşündük. Bilmirəm, taleyin gərdişidir, yoxsa bir təsadüf, bəzi həmkarlarımla döyüş bölgəsində qarılaşdım. Məsələn, İTV-də işləyən əslən Cəbrayıl rayonundan olan İlham Tumasla bərabər döyüşmüşük. Zabit kimi o, çavuş kimi də mən düşmənə qarşı vuruşmuşuq. Biz döyüş bölgəsində bir-birimizi görmüşük, adımızı eşitmişik, ancaq nə o məni, nə də mən onu üzdən tanımışıq. Müharibənin gedişatında belə şeylər olur. Müharibədən sonra görüşmüşük. Bu gün mənim üçün çox böyük qürurdur ki, qələm dostlarımla birgə əlimizdə silah Vətəni mənfur düşməndən qorumaq üçün döyüşmüşük. Jurnalistlər düşmənə qarşı həm informasiya cəbhəsində, həm də döyüş meydanında bütün gücü ilə savaşıb. Azad edilən ərazilərimizin hər qarışında bizim jurnalistlərin qəhrəmanlığı var.

- Könüllü kimi sizin özünüzün döyüş yolunuz Füzulidən Şuşaya qədər keçib, ağır yaralanmısınız, amma yenə də cəbhəyə qayıtmısınız, sona qədər döyüşmüsünüz. Eləcə də digər həmkarlarımız müharibənin sonuna qədər ön cəbhədə olub. Sizlərə münasibət qənaətbəxşdirmi?

- Bu gün dövlət qazilərə, müharibə iştirakçılarına, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir. Mümkün qədər müharibə iştirakçılarının mövcud problemlərinin həll olunması istiqamətində ciddi işlər görülür. Lakin bunu qəbul etmək lazımdır ki, bir jurnalistin müharibədə iştirak etməsi çox əhəmiyyətlidir. Jurnalist müharibədə iki formada iştirak edir - qələmi və kamerası, silahı və hərbi forması ilə. Jurnalist cəbhədə baş verənləri çox içdən yaşayır. Cəmiyyətin hər şeyə ən həssas reaksiya verən təbəqəsi jurnalistlərdir. Jurnalist yeganə sənət sahibidir ki, öz problemi ilə yox, cəmiyyətin problemi ilə məşğul olur. Müharibədə iştirak edən jurnalistlər ikitərəfli psixoloji yüklə yükləniblər. Jurnalist kimi bütün hadisələri görür, amma onu yaza, ötürə bilmir, çünki əlində qələmi, hər hansı bir rabitə vasitəsi yoxdur, yalnız silah var. O, müharibədə savaşır və baş verənləri yaşayır. Bugünkü gün çox istərdim ki, qazi jurnalistlərə diqqət artırılsın. Biz istəyirik ki, həm dövlət qurumları, həm ictimai təşkilatlar bizim informasiyalardan istifadə etsinlər. Biz hazırda erməni xalqı ilə savaşmırıq, ermənizmlə, erməni ideologiyası ilə savaşırıq. Erməni ideologiyasını yenmək üçün var gücümüzlə savaşmalıyıq. Çünki dünya gözlə görünənə yox, erməni mifinə daha çox inanır. Ona görə də, dövlət qurumlarının müharibədə iştirak edən jurnalistlərdən istifadə etməsi bir nömrəli vacib məsələdir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ