Cümə axşamı günü, 12 noyabr 2026
     

Qarabağdakı rus sülhməramlıları Ukrayna cəbhəsinə göndərilə bilər

Image


Rusiya və Ukrayna arasında müharibə uzandıqca tərəflərin savaşa getdikcə daha çox qüvvə və vəsait sərf etdiyi müşahidə edilir. Bu məsələdə Qərb Ukraynaya yardımlarının miqyasını genişləndirməyə hazırlaşır. Rusiya isə əsasən daxili ehtiyatlar hesabına Ukrayna savaşını davam etdirir.

Kreml üçün qeyd edilən fonda əsas problem Ukraynada şəxsi heyət sarıdan ordunun təminatında özünü göstərir. Buna görə Rusiya qismən səfərbərliyə gedib. Amma səfərbərlikdən qaçan Rusiya vətəndaşlarının sayının sürətli artımı Moskvanı çətin vəziyyətdə qoyub. Ona görə Rusiya sərhəd zonalarında yerləşdirdiyi, müxtəlif ölkələrdə hərbi bazalarında olan ordusunu, ayrı-ayrı dövlətlərin ərazisindəki sülhməramlı qüvvələrinin əksər hissəsini Ukraynaya çəkmək məcburiyyətində qalıb. Bu mənada gözlənilir ki, Qarabağda olan rus sülhməramlı qüvvələrinin çox hissəsi, hətta mümkündür ki, hamısı çıxarılıb Ukraynaya aparılsın. Hər halda, Rusiyanın Finlandiya və Baltikyanı ölkələrlə sərhədyanı bölgədən ordusunu çəkməsi bu ehtimalı artırır. Nüfuzlu “Foreign Policy” dərgisi yazır ki, Rusiya Ukraynadakı müharibə üçün qoşunlarının 80 %-ni Finlandiya və Baltikyanı ölkələrlə sərhədyanı bölgədən çıxarır. Bildirilir ki, Ukraynanın işğalına qədər bölgədə 30 minə yaxın Rusiya hərbi qulluqçusu var idi, lakin Moskva ağır itkilərin əvəzini çıxmaq üçün onların əksəriyyətini müharibəyə göndərməli olub. Nəşrin istinad etdiyi adı açıqlanmayan iki Avropa müdafiə qurumu rəsmisi hesab edir ki, Kalininqrad və Baltikyanı regionda cəmi 6 minə yaxın Rusiya hərbçisi qalıb. Jurnal qeyd edib ki, Rusiyada elan edilən səfərbərlik nəticəsində bu rəqəm dəyişə bilər, lakin xidmətə çağırılan ehtiyatda olan hərbçilər, çox güman ki, zəif təlim keçib və təchiz olunub. Skandinaviya ölkəsinin adı çəkilməyən hərbi rəsmisi vurğulayıb: “Son yeddi ay ərzində bu regiondan hərbçilərin köçürülməsi çox əhəmiyyətli dərəcədə olub. Rusiya uzun onilliklər ərzində bizim yanımızda quru qoşunlarını saxlayıb, indi isə onlar, demək olar, buxarlanıb”. Eyni zamanda rəsmi qeyd edib ki, Rusiya regionda hələ də güclü hava varlığını qoruyub saxlayır və nəşrin “Rusiya dəniz gücünün mirvarisi” adlandırdığı Şimal Donanması praktiki olaraq Ukrayna müharibəsindən təsirlənməyib. Finlandiyanın “Yle” telekanalı bildirib ki, Moskva Sankt-Peterburq yaxınlığında yerləşən, hava hücumundan müdafiə sistemləri və raketlər də daxil olmaqla, bəzi hərbi texnikanı regiondan çıxarır. “Foreign Policy”nin məlumatına görə, Baltikyanı regiondan Ukrayna cəbhəsinə köçürülən hərbi qulluqçuların əhəmiyyətli bir hissəsi Rusiyanın Baltikyanı ölkələr və Finlandiya ilə sərhədlərinin mühafizəsinə cavabdeh olan 6-cı Ümumqoşun Ordusuna məxsus olub. Ukraynada bu orduya Rusiya qüvvələrinin bu yaxınlarda ciddi məğlubiyyətə uğradığı Xarkov vilayətində döyüşmək tapşırılmışdı.

Finlandiya hərbi kəşfiyyatının keçmiş rəhbəri, hazırda ölkənin müdafiə nazirliyinin müşaviri olan Harri Ohraahonun sözlərinə görə, quru qoşunların yerdəyişməsi təlim keçmiş hərbçilərin “katastrofik çatışmazlığı” səbəbindən zəruri olub: “Bunun NATO təhlükəsi ilə heç bir əlaqəsi yoxdur. Reallıqda bu təhlükə yox idi, yalnız Rusiya liderlərinin ritorikasında mövcud idi”. Eyni zamanda, hazırkı və keçmiş Avropa müdafiə qurumları rəsmiləri “Foreign Policy”yə deyiblər ki, Rusiya uzunmüddətli perspektivdə region, xüsusilə kiçik Baltikyanı ölkələr üçün təhlükə yaradır. Onlar gözləyirlər ki, Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq, Moskva Qərb Hərbi Dairəsində öz hərbi potensialını bərpa edəcək. ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin əməkdaşı Cim Taunsend baş verənlərlə bağlı bildirib: “Bu gün Rusiyanın Baltikyanı ölkələr üçün təhlükəsi bir il əvvəlki kimi deyil, çünki Rusiya ordusu döyüş qabiliyyətini çox böyük ölçüdə itirib. Lakin kiçik Baltikyanı ölkələr yalnız ona görə rahatlaşa bilmirlər ki, Rusiya indi özünü yaxşı tərəfdən göstərmir”. Yuxarıda qeyd edildiyi kimi, baş verənlər Rusiyanın Qarabağda olan sülhməramlı qüvvələrinin taleyinə də təsirsiz ötüşməyəcək. Rus hərbçiləri döyüş hazırlığının bərpası və qoşunların yenidən qruplaşdırılması, həmçinin hücum əməliyyatlarının davam etdirilməsinə hazırlıq üzrə tədbirlər görür. Bu fonda rus qoşunlarının yenidən qruplaşdırılması zamanı Ukrayna ərazisində döyüş əməliyyatlarının aparılması üçün əlavə bölmələr hazırlanır. Məlumatlara görə, Cənub Hərbi Dairəsinin 102-ci Hərbi Bazasının (Gümrü, Ermənistan) daha bir neçə yüz hərbçisi döyüş bölgəsinə göndərilmək üçün Rusiyaya aparılıb. Gözlənilir ki, onlarla bərabər Rusiya Silahlı Qüvvələrinin Qarabağdakı sülhməramlı kontingentin bir hissəsi də Ukraynaya köçürülsün. Sülhməramlı qüvvələr Rusiya Müdafiə Nazirliyinə tabedir və Moskva onlardan necə istəyirsə, istifadə edə bilər. Bu mənada sülhməramlı kontingentin Qarabağdan çıxarılmasına Ermənistanın hansısa narazılığı da əhəmiyyət kəsb etməyəcək. Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanat əsasında rusiyalı sülhməramlılar Qarabağa gəlib. Sülhməramlı qüvvələrə 1960 əsgər, 90 ədəd BTR zirehli maşın, 370 ədəd avtomobil və xüsusi texnika cəlb edilib. İndi bu qüvvə və texnikanın Ukraynada istifadə edilməsi Rusiyaya daha çox lazımdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ