Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ İrəvanı Rusiyaya qarşı qiyama çağırır, əks halda silah görməyəcəklər

Image


Məlumdur ki, son günlərdə ABŞ-ın orbitinə daxil olmağa can atan Ermənistan bu ölkədən silah alışına cəhd edir. Erməni diaspor və lobbisi də bununla bağlı aktiv fəaliyyətə keçib. ABŞ Erməni Milli Komitəsi (ANCA) bu fonda belə bir məlumat paylaşıb ki, ABŞ Ermənistana silah satmağı nəzərdən keçirir.

Qeyd olunur ki, 1991-ci ildə Ermənistan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq amerikalı siyasətçilər Konqresdəki hər iki partiyanın daimi təzyiqi altında Ermənistana özünü müdafiə etmək üçün Amerika silahlarını satmağı düşünür. Bu hal ABŞ Konqresinin sədri Nensi Pelosinin Ermənistana səfəri və orada reallıqlardan kənar açıqlamaları fonunda gündəmə gəlib. Fransanın gündəlik “Le Figaro” qəzetinin redaktor müavini Jan-Kristof Buisson da iddia edir ki, Amerika Ermənistana silah verəcək: “Birləşmiş Ştatlar türklərdən müdafiə üçün Ermənistana silah tədarük etməyi planlaşdırır. Bəs Avropa İttifaqı? Bəs Fransa?”. Qeyd edək ki, ABŞ Konqresində 1992-ci ildə "Azadlığın dəstəklənməsi Aktı"na 907-ci düzəliş edilib. Bu düzəliş Azərbaycan və Ermənistana hücum xarakterli silahların satışını yasaqlayır. Reallıq həm də budur ki, Azərbaycanın hazırda ABŞ silahına ehtiyacı yoxdur. Azərbaycanın arsenalında olan silahlar kifayət edir ki, ölkəmiz istənilən təhdidin öhdəsindən gəlsin. Bununla belə, ABŞ Azərbaycana təhlükəsizlik məsələlərinin həlli üçün vəsait və avadanlıq tədarük edir. Son illər bu tədarükün həcmi 100 milyon dolları keçib. Bu, silah deyil, sərhədlərin mühafizəsi, Xəzərin milli sektorunun monitorinqi üçün avadanlıq və vasitələr, qaçaqmalçılığın qarşısını almaq üçün rentgen skanerləridir. Azərbaycan cənub sərhədlərinin böyük hissəsi üzərində nəzarəti özünə qaytardıqdan sonra ABŞ bu sahədə etibarlı mühafizənin təmin edilməsi üçün avadanlıq tədarükündə böyük köməklik göstərib. Son iki ilin statistikası bu istiqamətdə müsadirə edilən narkotiklərin ikiqat artdığını göstərir. Bu, həmin köməyin nə dərəcədə effektiv olduğunun göstəricisidir. Digər bir istiqamət Xəzərdə təhlükəsizliyin təmin edilməsinə, mühüm neft-qaz infrastrukturunun və neft kəmərlərinin mühafizəsinə yardımdır. Bu məqsədlə Azərbaycana sahil radarları, amfibiya qayıqları və Xəzərin milli sektoruna tam nəzarət üçün avadanlıqlar təhvil verilib.

Ermənistana gəlincə, bu ölkə Nensi Pelosinin səfərindən sonra ABŞ-dan silah almaq eşqinə düşüb. Elə bu günlərdə “armenianreport” portalı məsələ ilə bağlı yazırdı: Bizə nə lazımdır? Silah, silah, yenə silah. Xeyr, rus silahı yox. Bu silahlar Ukraynada özünü gözdən salıb. Bizə ən əvvəl ABŞ HİMARS-ları lazımdır. Ondan ötrü ki, Azərbaycanın bütün guşələrində azərbaycanlılar öz qohumlarının, yaxınlarının həyatına görə daim vahimə keçirsinlər. Məhz o zaman tamamilə qanuni hədəfə çevrilmiş düşmən ölkənin istənilən nöqtəsini vura biləcəyik… “Artsax” tezliklə azad ediləcək. Yeni bufer zona yaradılacaq, düşmən tərksilah ediləcək və təzminat ödəməyə məcbur ediləcək. Artıq proses başlayıb. Çox qalmayıb, bir azca səbrli olaq”. Amma konqresmen Ceki Speyerin son açıqlamaları ermənilərin arzusunu gözündə qoyur. Speyer Amerika Erməni Assambleyasının təşəbbüsü ilə təşkil olunan onlayn görüş zamanı bildirib: “Biz Ermənistanı Rusiyanın əlinə keçəcək silahlarla təchiz edə bilmərik. ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması da az əhəmiyyət kəsb etmir. Lakin biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz-qolumuz bağlıdır”. O, Ukraynanı misal çəkərək, Ermənistanın da bu ölkənin yolu ilə gedəcəyinə və Rusiyaya müqavimət göstərəcəyinə ümid etdiyini bildirib. Erməni kökləri olan Ceki Speyer Ermənistanı vətəni hesab etdiyini bildirib və ölkənin Sovet İttifaqının dönəminə qayıtmasını istəmədiyini qeyd edib. “ABŞ Azərbaycana silah tədarükünün qarşısını almaq üçün nə edə bilər” sualına konqresmen əminliklə cavab verib ki, 907 saylı düzəliş nəzərə alınaraq, yaxın gələcəkdə Azərbaycana maliyyə ayrılmayacaq. Ermənistana  verilən dəstək isə 45 milyon dollardan 60 milyon dollara yüksəlib. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın ABŞ-ın yardımına və silahına ehtiyacı yoxdur. Amma Ermənistan fərqli mövqedədir. Bu ölkə ABŞ-dan silah almağa çalışır. Lakin Rusiya faktoru və geosiyasi məqamlar buna imkan vermir. ABŞ silahları alacağı halda İranın da buna müsbət baxmayacağını Ermənistan bilir. İranşünas erməni ekspert Nver Davtyan bu xüsusda qeyd edir ki, İran Vaşinqtonu regional problemlərin həllinə cəlb etməklə ABŞ-ın regionda təsirinin artırmasına imkan vermək istəmir: “İran ABŞ-dan çox Rusiyanın burada olmasını üstün tutur. Amerikalılar da öz növbəsində Tehranın təsirini artırmaq istəmir”. O qeyd edib ki, İran cəmiyyəti liberal baxışlı və həmişə ziddiyyətləri ilə seçilən, təlatümlərə səbəb olan qapalı, ənənəvi baxışlı iki təbəqəyə bölünüb. Davtyanın sözlərinə görə, daxili sabitliyə təhlükə yaradan belə qütbləşmə regionun digər dövlətlərində də mövcuddur. Ekspertin fikrincə, qızıl orta gənclərin ehtiyacları ilə cəmiyyətin təməlləri arasında tarazlıq tapmaqdır. “Belə bir cəmiyyətin kəskin liberallaşdırılması risqlər daşıyır. Digər tərəfdən, iranlı gənclərin narazılığı onların ölkədən mühacirət və beyin axınının artmasına gətirə və gələcəkdə demoqrafik problemlər yarada bilər. Xarici təsir var və bu nəzərə çarpır. İran hakimiyyətinin hadisələrə sərt münasibəti də bununla bağlıdır. Etirazlar İranın regionda artan rolunu zəiflətməyə çalışan xarici qüvvələrin marağına səbəb ola bilər”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ