Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanın Brüssel uğuru Ermənistanı da mat qoyub...

Image


Siyasi gündəmin ən aktual mövzularından biri, heç şübhəsiz, Azərbaycan və Ermənistan liderlərinin sonuncu Brüssel görüşüdür. Yayılan məlumatlar, aparılan təhlillər bu görüşün Azərbaycan üçün müsbət nəticələrlə bitdiyini, ölkəmizin postmüharibə dövründə təkid etdiyi sülh müqaviləsinə bir qədər də yaxınlaşdığını göstərdi.

Ümumiyyətlə, Brüsseldə əldə edilən nəticələr postmüharibə mərhələsində sülhə doğru mühüm dönüş kimi qiymətləndirilə bilər. Bu mənada görüş Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüssel görüşü ilə bağlı bəyanatı da bir çox mətləblərə işıq salır. Bəyanatdan aydın olur ki, dördüncü üçtərəfli görüşdə də gündəlikdəki bütün məsələlər nəzərdən keçirilib. Hətta 3-cü görüşdə əldə edilən razılaşmalar istiqamətində bəzi addımların atılması təqdir olunub. Xarici işlər nazirlərinə sülh layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib. Eyni zamanda, humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi bu dəfə də diqqət mərkəzində olub. İttifaqın bu məsələlərlə məşğul olmaqda davam etməsi növbəti mərhələlərdə nəticə əldə etmək istiqamətində ümidləri artırır. Ortada olan nəticə bu görüşdən də Azərbaycanın siyasi-diplomatik uğurla ayrıldığından xəbər verir. Bu görüşün nəticəsi onu deməyə əsas verir ki, proses rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılır. Əslində, buna Ermənistanın baş naziri Nikol Paşinyanın etiraflarında da rast gəlmək mümkündür. Brüsseldə keçirilən üçtərəfli görüşü hökumətin iclasında şərh edərkən Paşinyan qeyd edib: “Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün bizə qətiyyət lazımdır. Brüsseldə geniş, çətin müzakirələr aparılıb, amma qeyd etmək istəyirəm ki, bizim məqsədlərimiz, çıxışlarımda da qeyd etdiyim kimi, davam edir və belə də olmalıdır. Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu asan deyil, mümkün həll yolları zahirdə görünmür, ardıcıl işi davam etdirməliyik, çünki həm bizim qərarımız, həm də xalqın iradəsi ondan ibarətdir ki, regionda tezliklə hərtərəfli sülh bərqərar olsun. Görüşlə bağlı başqa təfərrüatlar yoxdur, çünki razılaşdığımız hər şey qısa şəkildə təqdim olunub”.

Xatırladaq ki, Brüsseldə tərəflər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə substantiv işi aktivləşdirmək barədə razılığa gəliblər. Brüssel görüşünü ölkəmiz üçün uğurlu edən digər məqam ondan ibarətdir ki, yeni sənəddə Qarabağ mövzusu, ATƏT Minsk Qrupu barədə heç nə yoxdur. Bir daha bu reallıq ortaya qoyuldu ki, Minsk Qrupu formatı artıq ləğv olunub. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyi var. Eyni zamanda, burada Qarabağ mövzusu yoxdur və bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Ən nəhayət, hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı çərçivəsində həyata keçirilən proses məhz Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip üzərindən inkişaf etdirilir. Bunu Ermənistanda da etiraf edirlər. Ermənistan parlamentinin “Hayastan” blokundan olan deputat Andranik Tevanyan Brüssel danışıqlarının yekunlarını şərh edərkən bildirir: “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur, hətta “Qarabağ” sözü də işlənilmir. Əgər biz əvvəllər Mişelin “Dağlıq Qarabağ” subyekti ifadəsini işlətmədiyi, “Qarabağın erməni əhalisi” dediyi və onların hüquq və təhlükəsizlik təminatlarından danışması barədə mübahisə edirdiksə, indi heç bu da yoxdur”. “Şərəf duyuram” müxalifət fraksiyasının rəhbəri Ayk Mamicanyan da görüşü uğursuz hesab edir: “Ermənistan hakimiyyəti Qarabağ məsələsindən əl çəkib. Paşinyanın iştirak etdiyi danışıqların istənilən raundu yeni itkiləri nəzərdə tutur - bu, həm ərazi itkisi məntiqi, həm də təhlükəsizlik təminatları baxımından ola bilər. Bütün danışıqlar prosesi Qarabağın statusundan yan keçir, faktiki olaraq vətənin tələsik satılması məntiqinə əsaslanır”. Erməni politoloq Tevan Poğosyan  da qeyd edib ki, ermənilərin durumu ağırlaşır: “Şarl Mişel bizim maraqlarımız haqqında düşünməlidir? Xeyr, o, Avropa İttifaqı haqqında düşünəcək, Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxaracaq. İran əvvəllər sərhədlərin dəyişdirilməsinin yolverilməzliyindən danışırdı, indi isə ancaq deyir ki, İranla Ermənistan arasında sərhəd olmalıdır. Rusiya sülhməramlıları da Qarabağa özlərinin, Rusiyanın maraqlarına xidmət etmək üçün gəliblər, bura “gözəl gözlərimizə” görə gəlməyiblər, yoxsa müharibənin birinci günündə gələrdilər”. O qeyd edib ki, Azərbaycan Rusiya sülhməramlılarının beşillik müddətin sonuna qədər Qarabağı tərk etməsi üçün hər şeyi edəcək: “Geosiyasi dəyişikliklər dövründə heç kim sənədlərə baxmır, gücə baxır”. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyanın diplomatik uğursuzluğa düçaq olduğunu bildirir: “Əvvəldən bu hal özünü göstərirdi. Elə 2020-ci ildə müharibə bir tərəfdən Paşinyanın Qarabağ məsələsində dəqiq mövqe və siyasətinin olmaması, digər tərəfdən ziddiyyətli bəyanatlar verməsinin nəticəsi oldu. Düşünürəm ki, məhz onun fikirlərindəki dərin ziddiyyətlər Azərbaycana məsələnin danışıqlar yolu ilə həllinin mümkünsüzlüyünü əsaslandırmaq və müharibənin qızışdırılmasına müəyyən qədər haqq qazandırmaq imkanı verdi. Qarşısını almaq mümkün olmayan müharibə yoxdur. Bunun əksini iddia etmək siyasi acizliyə və fəaliyyətsizliyə haqq qazandıran yanlış və təhlükəli bir fərziyyədir. Əgər bizim qaçmaq istədiyimiz müharibə başlayıbsa, demək, Ermənistan rəhbərliyi sadə siyasi hesablamalarda səhvə yol verib, danışıqlar prosesində uğursuzluğa düçar olub. Təəssüf ki, bu tendensiya və diplomatik səhvlərin paradı davam edir, bizə yeni, lakin mütləq qarşısı alına bilən insan və ərazi itkiləri verir”. Indiki vəziyyətdə Ermənistanın yeganə yolu beynəlxalq hüquqa söykənərək konstruktiv yol üzrə irəliləməkdir. Belə olan halda Azərbaycanla münasibətlərin normallaşması və Ermənistanın həqiqi inkişaf yoluna çıxması mümkündür.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ