Cümə günü, 18 sentyabr 2026
     

Azərbaycan Brüsseldə növbəti mühüm qələbəyə imza atdı

Image


Məlumat verildiyi kimi, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurası prezidentinin vasitəçiliyi ilə təşkil olunan sayca dördüncü görüşü keçirilib. Üçtərəfli danışıqlarda sülh sazişi, humanitar, sərhəd və kommunikasiyaya dair məsələlərin nəzərdən keçirildiyi bildirilir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuat üçün açıqlamasında deyilir ki, son görüş zamanı əldə olunmuş razılaşmaların irəliləyişi istiqamətində bir çox addımlar atılıb. Sənədə əsasən, görüş vaxtı məsələlərin bütün spektri nəzərdən keçirilib: “Biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətnlərin layihələrini hazırlamaq üçün bir ay ərzində görüşməyi tapşırdıq". Açıqlamaya əsasən, tərəflər həmçinin humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirələr aparıb. Açıqlamada deyilir ki, sərhədlərlə bağlı bütün məsələlər üzrə irəliləyiş nəzərdən keçirilib və noyabrda sərhəd komissiyalarının iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bəyanatda, həmçinin, hər iki tərəfdə əhalini uzunmüddətli davamlı sülhə hazırlamağın vacibliyi qeyd olunur: “Avropa İttifaqı uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır". Tərəflər noyabrın sonuna qədər bu formatda yenidən görüşmək barədə razılığa gəlib. Ekspertlər görüşün nəticələrini Azərbaycanın mənafeləri baxımından yüksək qiymətləndirir.  İlk növbədə o baxımdan ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması razılaşdırıldı. Beləliklə, Ermənistan tərəfinin müqavimətinə rəğmən, sülh müqaviləsinin razılaşdırılması üçün zəruri addım atılır. Təsadüfi deyil ki, prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev görüşdən sonra sosial şəbəkə hesabında Aİ-nin vasitəçilik səylərini yüksək qiymətləndirən paylaşım etdi: “Biz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Elə prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”. Müzakirə edilən sülh müqaviləsi Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur.  Bundan başqa, Belçika görüşündəki yeni sənəddə Qarabağ mövzusu, ATƏT-in Minsk Qrupu barədə heç nə yoxdur. Digər tərəfdən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyi var, burada Qarabağ mövzusu yoxdur, çünki bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Bunlar Avropa İttifaqının rəsmi Bakının mövqeyini tam nəzərə aldığını nümayiş etdirir.

Daha bir maraqlı məqam isə görüşə Rusiyanın münasibətidir. Görüşdən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Brusselin vasitəçilik rolunu tənqid edərək bildirib ki, Aİ-nin fəallığı arxasında geosiyasi ambisiyalar durur: “Aİ-nin Cənubi Qafqazdakı fəallığı geosiyasi ambisiyalarla müəyyən edilir. Fikrimizcə, bunun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real yardım istəyi ilə heç bir əlaqəsi yoxdur". Rusiya XİN-in ənənəvi brifinqində suala cavab verən rəsminin sözlərinə görə, avropalıların psevdotəşəbbüslərindən fərqli olaraq, Rusiyanın vasitəçilik səyləri konkret nəticələr verir. Ekspertlərə görə, Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə qısqanc yanaşır, hesab edir ki, Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq istəyir. Qeyd edək ki, prezident İlham Əliyevin Nikol Paşinyanla Brüsseldə bundan əvvəlki görüşü mayın 22-də baş tutmuşdu. Mariya Zaxarova həmin tarixdə də eyni sözləri deyib: “Avropa İttifaqının Cənubi Qafqazda fəallığı geosiyasi ambisiyalarla əlaqəlidir. Avropa İttifaqının real istəyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına heç bir aidiyyəti yoxdur. Bu, avropalıların psevdo təşəbbüsüdür. Bunlar daha çox utanmadan vasitəçiliyi özününküləşdirməyə bənzəyir, halbuki, bunun altında heç nə yoxdur”. Beləliklə, Mariya Zaxarova hər dəfə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən əvvəl və ya sonra eyni açıqlamanı səsləndirir. Amma Azərbaycan üçün əsas nəticədir. Nəticənin Brüsselin və ya Moskvanın vasitəçiliyilə əldə edilməsinin isə Azərbaycan üçün heç bir fərqi yoxdur. Ermənistanda isə ona diqqət edilir ki, Brüsseldə keçirilən danışıqlar bölgədə vəziyyətin gərginləşməsindən sonra baş verir. İrəvanda bəzi təhlilçilər gərginliyi danışıqlardan əvvəl siyasi təzyiq üsulu hesab edirlər. Bu barədə erməni politoloq Benyamin Poğosyan Rusiyanın “Kommersant” nəşrinə bildirib: “Avqustun əvvəlində baş verənlər göstərdi ki, hərbi üstünlüyə malik olan Bakı İrəvanı öz şərtləri ilə razılaşmağa məcbur edə bilər. Bundan əlavə, Cənubi Qafqazda iştirak edən bütün əsas xarici oyunçular - Rusiya, Aİ, ABŞ, İran və Türkiyə bir daha gördülər ki, Ermənistan cəmiyyəti və dövləti ərazi itkisinə dözməyə hazırdır". Beynəlxalq Böhran Qrupunun təhlilində deyilir ki, Bakı hərbi əməliyyatı öz əsgərinin ölümünə görə intiqam adlandırıb, lakin onun hərəkətləri həm də yerlərdəki vəziyyətlə bağlı narazılıqdan irəli gəlir: “Bakı Qarabağdan erməni hərbçilərinin çıxarılmasını və sülh sazişinin imzalandığını görmək istəyir. 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra İrəvan və Bakı arasında danışıqlar iki platformada - Brüssel və Moskvada aparılır. Ukraynadakı müharibəyə görə Qərblə Rusiya arasında ziddiyyətlər kəskinləşsə də, qoşa vasitəçilik davam etməkdədir və indiyədək tərəflərin ona qarşı açıq etirazları nəzərə çarpmır. Daha mübahisəli məsələ ATƏT Minsk Qrupunun iştirakı ilə bağlıdır. Bakı ABŞ, Fransa və Rusiya həmsədrlərindən ibarət vasitəçilər qrupuna ehtiyac qalmadığını, İrəvan isə qrupun mandatının hələ də aktual olduğunu deyir. Ötən həftə Minsk Qrupunun  amerikalı həmsədrinin təyin olunması barədə xəbər Bakıda narazılıqla qarşılanıb”. Amma reallıq budur ki, Rusiya və Avropa İttifaqının vasitəçiliyi fonunda Minsk Qrupunun fəaliyyəti artıq qeyri-mümkündür. Elə bu da Azərbaycanın növbəti diplomatik qələbəsi hesab oluna bilər.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17.09.2026 / 14:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - FOTO

17.09.2026 / 14:53
Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ