Cümə axşamı günü, 12 noyabr 2026
     

Düzgün mənəvi tərbiyə və inkişaf müasir dünyada milli təhlükəsizliyin əsas prinsiplərindən birinə çevrilib

Image


Tarixən məlumdur ki, mənəvi tərbiyə əxlaqın obyektiv tələblərini insanın şəxsi əqidəsinə çevirən mürəkkəb psixoloji-pedaqoji proses kimi özünü göstərir. Cəmiyyətin əxlaqi tələblərinin, əxlaqi prinsiplərin insanın daxili münasibətlərinə çevrilməsi bu mənada insanın gündəlik həyatında əsl kompas rolunu oynayır.

Elə bunun nəticəsidir ki, Azərbaycanda dövlət siyasətinin və münasibətlərin hüquqi tənzimlənməsinin prinsiplərindən biri qarşılıqlı hörmət, çalışqanlıq, vətəndaşlıq, vətənpərvərlik, məsuliyyət, bu qəbildən olan digər keyfiyyətlərin,  şəxsiyyət xüsusiyyətlərin uşaq və gənclərdə təlqininə nail olmaqdır. Təhsil müəssisələrində bu cəhətlərə indi getdikcə daha çox diqqət edilir. Çünki uşaq və gənclərin düzgün mənəvi tərbiyəsi və inkişafı hər bir dövlət üçün indi milli təhlükəsizlik məsələsinə çevrilib.

  • Gənc nəsil üçün özündən əvvəlkilərin sosial-mədəni təcrübəsinin öyrənilməsi əsasdır

Müasir dünya cəmiyyətlərinin təcrübəsi bir daha göstərir ki, mənəviyyat və əxlaq insanın fəaliyyətində, davranışlarında təzahür edən əsas xüsusiyyətləridir. Pedaqoji mənbələrdə mənəviyyat dedikdə insanın düşüncə, söz və hərəkətlərdə ifadəsini tapan özünüdərk vəziyyəti nəzərdə tutulur. Əxlaq isə insanın mənəvi dəyərləri, özünə və başqalarına olan tələblərini mənimsəməsi və nəhayət, təkmilləşmə perspektividir. Mənəvi-əxlaqi tərbiyə bu fonda Vətən üçün ənənəvi olan mənəviyyat əsasında onların əxlaqını formalaşdıran biliklərin uşaqlara ötürülməsi, inkişaf etmiş mənəvi-əxlaqi dəyərlər əsasında davranış və həyat fəaliyyəti təcrübəsinin formalaşdırılması kimi başa düşülür.

Mənəvi-əxlaqi tərbiyə mədəni-tarixi ənənədə təmsil olunan əvvəlki nəsillərin sosial-mədəni təcrübəsinin öyrənilməsinə əsaslanmalıdır. Bu, Azərbaycan kimi ölkəlr üçün xüsusilə vacibdir. Ölkəmizdə ənənənin dəyərlər sistemi bir çox əsrlər boyu inkişaf edib. Azərbaycan xalqlarının yaşadığı ərazinin tarixinin, təbiətinin, coğrafi xüsusiyyətlərinin təsiri altında nəsillərin təcrübəsinin mənimsənilməsi ölkəmizdə sağlam cəmiyyətin mövcudluğu və davamiyyətinin əsas təməl sütunlarından biridir. O səbəbdən mənəvi-əxlaqi tərbiyə daim aktual mövzudur. Bu aktuallığı indiki dünyada yaranmış ziddiyyətlər, çətinliklər və hətta böhran hadisələri diktə edir. Gənc nəslin milli mədəniyyətdən, nəsillərin ictimai-tarixi təcrübəsindən uzaqlaşdırılmasına cəhdlər isə dövrümüzün ciddi problemidir. Məsələ burasındadır ki, hansısa ölkə üzərində total nəzarət imkanı əldə etmək istəyən xarici qüvvələr hədəf kimi seçdikləri ölkələrdə cəmiyyətin mənəvi tərbiyəsinin deqradasiyasına nail olmağa indi daha çox can atırlar. Elə Azərbaycan cəmiyyətinə qarşı da belə cəhdlər mövcuddur. Lakin cəmiyyətin mənəvi durumu bu cəhdlərin iflasa uğramasında müstəsna rol oynayır. Belə cəhdlərin bundan sonra da fiaskosu üçün mənəvi tərbiyə faktoru daim diqqət mərkəzində yer almalıdır. Ekspertlərə görə, bununla bağlı olaraq ilk növbədə məktəbəqədər yaşdan uşaqlarda mədəni irs anlayışını formalaşdırmaq və ona diqqətli münasibət bəsləmək lazımdır. Çünki xalqın ruhunun yaşadığı təməl hisslər uşaq və gənclərə aşılanmasa, heç kim xalqın layiqli övladı ola bilməz. Hər hansı cəmiyyətdə milli mədəniyyətdən kənarda yetkinləşmək mümkün deyil. Bunlar fonunda deməkolar ki, uşağın mənəvi-əxlaqi tərbiyə sistemi onu öz xalqının mədəni irsi ilə tanış etmək üzərində qurulur.

  • Mənəvi cəhətdən kamil şəxsiyyətin yetişdirilməsi hər bir ölkə üçün müstəsna əhəmiyyətə malikdir

Məlumdur ki, mədəniyyət, ilk növbədə, ənənələrdə sabitlənmiş dəyərlər sistemidir. Mənəvi özəyi olmayan, insanları birləşdirən, ruhlandıran ideya olmadan gənc nəslin tərbiyəsini təşkil etmək mümkün deyil. Başqa sözlə deyilsə, atalarımızın, babalarımızın əsrlər boyu övladları üçün qoyduğu mənəviyyat irsi olmasa, biz mənəvi cəhətdən sağlam, tarixən formalaşmış milli xüsusiyyətlərini özündə saxlayacaq nəsil yetişdirə bilməyəcəyik.

Mənəvi cəhətdən kamil şəxsiyyətin yetişdirilməsi yalnız ailənin, təhsil müəssisəsinin və dövlətin birgə səyi ilə mümkündür. Ancaq etiraf edilməlidir ki, bu sahədə müəyyən problemlər də mövcuddur. Çünki ölkəmizdə müasir təhsilin problemlərindən biri tədris prosesində nəsillərin tarixi davamlılığına lazımınca diqqət edilməməsidir. Uşaqlar keçmişdə yaşamış insanlardan bəzi hallarda örnək götürmək imkanından məhrumdurlar. Mənəvi-əxlaqi şəxsiyyətin yetişdirilməsi istiqamətində indiyədək edilən cəhdlər göstərir ki, bu fəaliyyətdə indiki haldaa ən zəif yer ailədir. Bir çox valideynlər sadəcə bilmirlər ki, məhz məktəbəqədər yaşda sosial normaların, əxlaqi tələblərin və imitasiyaya əsaslanan davranış nümunələrinin mənimsənilməsi baş verir. Ona görə də valideynlərə kömək etmək lazımdır ki, ilk növbədə əxlaqi mənəvi dəyərlər ailədə qorunub ötürülməlidir. Uşaqların inkişafında və davranışında pozuntuların, ailələrdəki böhranların böyük bir hissəsi ilk növbədə, mənəvi-əxlaqi mənşəyə malikdir. Əvvəllər nəsildən-nəslə ötürülən ailələrin pedaqoji ənənələri indi müxtəlif obyektiv və subyektiv səbəblərdən uşaqların yarısının evdə tərbiyə aldığı bir vaxtda xeyli dərəcədə itirilir. Halbuki, mənəvi-əxlaqi tərbiyə ilə bağlı sistemli işin köməyi sayəsində mühüm nəticələr əldə edilə bilər. Bura ilk növbədə davranış bacarıqlarının təkmilləşdirilməsi, fərdin dəyər sferalarının əsaslarının formalaşması, zehni inkişafın sabitliyi, dünya qavrayışının bütövlüyü daxildir. Eyni zamanda hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətin tərbiyəsinə də bu fonda nail olunur.  Nəticədə uşaq və yeniyetmələrdə özünü təkmilləşdirmə və müstəqil yaradıcılıq qabiliyyətlərinin inkişafı baş verir. Bu səbəbdən daim uşaqları və yeniyetmələri ənənəvi ailə həyat tərzinin formaları haqqında biliklərlə tanış etmək, onların ailədəki yerini anlamaq xüsusi diqqət mərkəzində olmalıdır. Xüsusən də məktəbəqədər uşağın şəxsiyyətinin hərtərəfli mənəvi, əxlaqi və sosial inkişafı, onun ən yüksək dəyərlərlə tanış olması çox vacibdir. Bu, onun sonrakı həyatına da təsir edir. Nəticədə ailənin və cəmiyyət həyatının dəyərlər məzmununun ötürülməsi daha uğurla baş verir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ