Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanın almaq istədiyi İran PUA-larının zay olduğu üzə çıxdı

Image


Müasir müharibələrin təhlili burada pilotsuz uçuş aparatlarının (PUA) çox mühüm rol oynadığını göstərir. Bunun ən real nümunələrindən biri İkinci Qarabağ müharibəsi fonunda özünü büruzə verdi. Elə həmin müharibədən sonra da Ermənistan PUA-lara xüsusi maraq göstərir. Amma müasir PUA almağa Ermənistanın nə puu, nə də yaxın müttəfiqi var.

Bəllidir ki, Ermənistanın istəyinə baxmayaraq, İsrail bu ölkəyə PUA və digər silahlar satmaqdan imtina edib. Qərb ölkələri də eyni mövqe sərgiləyir. Rusiya da Ermənistana PUA satmağa tələsmir. İndiki halda Ermənistan əsas etibarı ilə İrandan PUA almağa cəhd edir. Bu, Moskvadakı “Ordu 2022” forumu zamanı da özünü göstərdi. Burada  İranın pilotsuz təyyarələri, o cümlədən zərbə dronları da nümayiş olunub. İran nümayəndəsi Nayafi Pour  Davud nümayiş etdirilən silahlarla bağlı bildirib: “Xəbərləri izləyən insanlar bizim pilotsuz təyyarələrimizin nəyə qadir olduğunu, o cümlədən Fars körfəzində baş verənləri yaxşı bilir. Hər kəs artıq İran pilotsuz uçan aparatlarının nəyə qadir olduğunu bilir. Buna görə də burada ən çox dronlara və kvadrokopterlərə diqqət yetirilir”. İran “Ordu 2022” forumunda ümumilikdə üç pilotsuz uçuş aparatı təqdim edib: “Quadcopter”, “Mohajer 6” və “Karrar-3”. Sərginin gedişində Ermənistan da İran PUA-ları ilə maraqlanıb. İstisna deyil ki, İran perspektivdə Ermənistana PUA-lar satsın. Amma onlar Azərbaycan ordusunun arsenalında olan Türkiyə, İsrail PUA-ları qədər effektiv deyil. Bunu Ukrayna müharibəsinin gedişi də təsdiq edir.

Qeyd edək ki, İran istehsalı olan PUA-lar artıq Rusiyaya çatdırılıb. Ağ Evin mətbuat katibi Karine Jan-Pyer də bildirib ki, artıq rəsmi Tehran Moskvaya pilotsuz uçuş aparatları tədarük edib: “Hesab edirik ki, Rusiya avqust ayında bir neçə gün ərzində İrandan “Mohajer-6” və “Shahed” seriyalı pilotsuz uçuş aparatlarını alıb. Rusiya təyyarələri İrandakı aerodromda PUA-larla yüklənib, daha sonra təyyarə İrandan Rusiyaya uçub. Gördüklərimiz, qiymətləndirmələrimiz budur”. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də bildirib ki, Moskva Ukraynada hərbi əməliyyat zamanı istifadə etmək məqsədilə İrandan pilotsuz uçuş aparatları alması ilə bağlı Tehranla danışıqları davam etdirir. “The New York Times“ nəşri də ABŞ-dakı rəsmi mənbələrə istinadla məlumat yayıb ki, İran istehsalı olan PUA-ların ilk partiyası Rusiyaya çatdırılıb. Nəşrin məlumatına görə, dronları Rusiyaya yük təyyarələri 19 avqustda çatdırıb. 2 ayrı növdən olan PUA-lar Ukraynaya qarşı istifadə edilir. Lakin “The Washington Post” nəşri yazır ki, döyüşlərdə İran PUA-ları özünü doğrultmur: “İran Ukraynaya qarşı müharibədə istifadə etməsi üçün Rusiyaya pilotsuz uçuş aparatlarının ilk partiyasını çatdırıb. Söhbət radar sistemlərinə, artilleriya qurğularına və digər hərbi obyektlərə atəş açmaq üçün nəzərdə tutulan ən azı iki növ döyüş pilotsuz təyyarəsindən, yəni “Mohajer-6” və “Shahed”dən gedir. Rusiya nəqliyyat təyyarələri avqustun 19-da müvafiq yüklə İrandan havaya qalxıb. Amma Rusiya əldə olunan PUA-ların istismarında çoxsaylı nasazıqlıqlarla üzləşib. Adının açıqlanmasını istəməyən Amerika xüsusi xidmət orqanlarının nümayəndələrinin sözlərindən məlum olur ki, ilk sınaqlardan sonra Rusiya hərbçiləri İranın bəzi pilotsuz təyyarələrindən istifadəyə yararsız olması səbəbindən narazı qalıb”.  Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç də İranın Rusiyaya pilotsuz uçuş aparatı ötürdüyünü təsdiqləyib: “Bəzi məlumatlara görə, onların tətbiqi artıq qeydə alınıb. İranın PUA-ları köhnə nəsil, əldəqayırma maşınlardır. Lakin onlar tapşırığın müəyyən hissəsini yerinə yetirməyə qadirdir. Çünki bu müharibədə hətta uşaq kvadrokopterləri də tapşırıq yerinə yetirə bilər”. Onun sözlərinə görə, dronlardan istifadənin effektivliyi operatorların bacarıq və təcrübəsindən asılıdır. Məlumata görə, Rusiyaya əsas etibarı ilə İran istehsalı olan “Şahed-191" və ”Şahed-129" PUA-ları çatdırılıb. Adıçəkilən PUA-lar İsrailin “Hermes 450" və ABŞ-ın MQ-1 ”Predator" PUA-sı əsasında hazırlanıb. “Şahed 129" uçuş aparatının gövdəsinin uzunluğu 8 metr, qanadları arasındakı məsafə 16 metrdir. Döyüş yükü 400 kq-a qədərdir. Uçuş sürəti 150 km/saat, uçuş məsafəsi 1700 km təşkil edir. PUA-nın 24 saata qədər havada qaldığı bildirilir. PUA ”Sadid-1" tank əleyhinə idarəolunan raketləri və ya parçalanmış döyüş başlığına malik yüksək dəqiqlikli “Sadid-345" bombası ilə silahlana bilər. Amma bu, məsələnin rəsmi tərəfidir. Əslində bu PUA-lar döyüş şəraitində özlərini doğrultmur. Odur ki, həmin PUA-lar Rusiya-Ukrayna müharibəsinə ciddi dərəcədə təsir göstərmək iqtidarında deyil. Ukraynanın müttəfiqlərindən aldığı silah və texnika hesabına İran PUA-sı ilə başa çıxması mümkündür. Bütün bunlar həm də onun təsdiqidir ki, Ermənistan da İran PUA-ları ilə silahlansa da, bu, Azərbaycanla güc balansında heç nəyi dəyişməyəcək. Əvvəla, bu PUA-lar Azərbaycanın malik olduqları ilə müqayisədə texniki baxımdan çox geridir. Digər tərəfdən, Azərbaycanın malik olduğu silahlar onları asanlıqla məhv etməyə imkan verir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ