Cümə axşamı günü, 12 noyabr 2026
     

Keçmiş XİN başçısı Paşinyanın Əliyevə hələ 2018-ci ildə uduzduğunu düşünür...

Image


Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın Qarabağla bağlı yeni məqaləsi dərc olunub. Məqalədə Nikol Paşinyan baş nazir olandan sonra Ermənistan hakimiyyətinin buraxdığı səhvlərdən bəhs olunur.

V.Oskanyanın fikrincə, Ermənistanın müharibədə məğlubiyyətinin 3 əsas səbəbi var: “Bunlardan birincisi Paşinyanın İlham Əliyevlə təmas xəttində atəşkəsə riayət etmək barədə razılığa gəlməsi olub (2018-ci ilin sentyabrında Düşənbədə) . Paşinyanın ikinci səhvi odur ki, o, bütün danışıqlar prosesinə və illər ərzində işlənmiş sənədlərə etinasız yanaşıb. Hökumət başçısının üçüncü yanlış hesablaması bir tərəfdən Dağlıq Qarabağla bağlı tutarlı siyasətin olmaması, digər tərəfdən isə bir-birini inkar edən və ziddiyyətli bəyanatlar verməsi olub”.

Oskanyan təcrübəli diplomat olsa da, təəccüblüsü odur ki, məqalənin sonunda tamamilə absurd tezislər ortaya atıb. Onun fikrincə, Bakının təqdim etdiyi məqamlara İrəvanın cavabı danışıqlar üçün aşağıdakı mövzuları əhatə edə bilərdi və etməli idi: “Dağlıq Qarabağın gələcək statusu, Dağlıq Qarabağın ayrılmaz hissəsi kimi Şuşa və Hadrutun taleyi. Qarabağ, Ermənistan vətəndaşlarının Azərbaycan əsirliyindən qayıtması, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılması, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların bərpasının mümkünlüyü, sülhməramlıların qalma müddətinin uzadılması”.

O boyda məğlubiyyətdən sonra bunlar hələ də “bəlkə də qaytardılar” düşüncəsindədilər. Revanşist erməni müxalifətinin prinsiplərindən çıxış edirlər. Halbuki, bunu reallaşdırmaq mümkünsüzdür.

“Erməni baş nazir situasiyanı uzatmağa cəhdlər göstərir və bu cəhdlər Azərbaycana daha geniş imkanlar yaradır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh üdən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, V.Oskanyanın məsləhətləri Paşinyanın siyasi ölüm prosesini sürətəndirə bilər: “Bu gün Ermənistanın ictimai-siyasi isteblişmentinin müharibədə uğradıqları məğlubiyyətləri müxtəlif bəhanələrlə ört-basdır etmək cəhdləri əslində onların daha çox ifşası ilə nəticəsini tapır. Ermənistanın sabiq XİN rəhbərinin ölkəsinin İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğramaq səbəblərindən biri kimi Nikol Paşinyanın 2018-ci ildə Prezident İlham Əliyevlə Düşənbədəki görüş zamanı təmas xətlərində atəşkəsə riayət olunması ilə bağlı razılığa gəlməsini deməsi atəşkəs rejiminin məhz Ermənistan tərəfindən pozulması faktını isbatlayır. Deməli, belə nəticə hasil etmək olar ki, Prezident İlham Əliyev Nikol Paşinyandan atəşkəs rejiminə riayət olunmasını tələb edib və erməni baş nazir həmin tələbə əməl edəcəyi vədini verməsi ilə Azərbaycanı müharibəyə təhrik etdiyini dolayısı ilə etiraf edib. 44 günlük müharibənin də başlanması, erməni tərəfinin ağır məğlubiyyətə, nəticədə kapitulyasiya aktına imza atması səbəbi məhz Ermənistanın dinc əhalimizi, kənd və şəhərlərimizi atəş altında saxlaması, habelə torpaqlarımıza göz dikməsi, işğalçılıq niyyətlərini davam etdirməsi oldu. Oskanyanın Paşinyanın digər səhvi ilə bağlı iddiasını isə belə qəbul etmək olar ki, Paşinyan müharibəyə qədər imzalanmış sənədlərə etinasız yanaşıb”.

B.Quliyev hesab edir ki, Oskanyanın üçüncü ittihamında onun Qarabağla bağlı “tutarlı siyasətinun olmaması” fikri belə əsaslandırıla bilər: “Məlum olduğu kimi, Ermənistanda indi də Qarabağ klanı mövcuddur və Paşinyanın həmin klanı Qərb dairələrinin dəstəyi və “məxməri inqilabı” sayəsində devirməsi ilə hakimiyyətə yiyələnməsi əvvəlki iqtidarların onun Qarabağa yönəlik siyasətinə maneələr yaratmağa başladı. Düzdür, Paşinyan hətta Qarabağa istədiyi müdaxilələri etsəydi belə, yenə də güclü Azərbaycan qarşısında diz çökəcəkdi. Ancaq Oskanyan bununla demək istəyib ki, Paşinyan Ermənistanın Qarabağı işğal altında saxlaması faktına barmaqrarası baxırdı və bu da onun qısa müddətdə məğlub olmasına zəminlər yaratmış oldu. Əgər Paşinyan bundan sonra da bənzər siyasəti davam etdirəcəksə daha ağır vəziyyətlərə düşəcək. Görünən budur ki, erməni baş nazir situasiyanı uzatmağa cəhdlər göstərir və bu cəhdlər Azərbaycana daha geniş imkanlar yaradır. Misal üçün, Qərbi Zəngəzur kimi tarixi torpaqlarımıza iddia qaldırmaq, oradan zor və güc yolu ilə qovulmuş soydaşlarımıza status tələb etmək və s. Eyni zamanda, Prezident İlham Əliyev də dəfələrlə bu barədə bəyanatlarını səsləndirib və qarşı tərəf reallığı dərk etməzsə, üzərinə düşən öhdəliklərini icra etməzsə, bundan sonra da dəqiq mina xəritələrini verməkdən imtina edərsə, yaxud olmayan status məsələsini hər dəfə qaldıracaqsa, rəsmi Bakının yenidən güc dili ilə danışmaqdan başqa çarəsi qalmayacaq. Oskanyanın Paşinyana tövsiyə olaraq aparılan danışıqlar zamanı hələ də Şuşa və Hadrutun, eləcə də “status”, artıq öz ömrünü başa vurmuş ATƏT-in Minsk Qrupunun fəaliyyəti və s. gülünc iddialarını “vacib nüans” kimi səsləndirməsi Ermənistan üçün böyük itkilərə səbəb ola bilər. Bütün bunlar söz yox ki, İrəvanın zərərinə olan məsələlərdir. Oskanyanın məsləhətləri Paşinyanın siyasi ölüm prosesini sürətəndirə bilər. Fikrimcə, Paşinyan da bunları yaxşı bilir və onun rəsmi Bakının tələblərini qısa müddətdə həyata keçirməkdən başqa heç bir çıxış yolu yoxdur”.

Bir sözlə, politoloq hesab edir ki, Ermənistan hakimiyyəti müharibədən sonra yaranan reallıqları qəbul etməlidir.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ