Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan əvvəl beynəlxalq nüfuzunu, ardınca dövlətçiliyini itirmək ərəfəsində…

Image


Ermənistanın nüfuzdan düşmüş, kimsənin diqqət yetirmədiyi, başqalarının əlində alət olmuş dövlətə çevrilməsi haqda deyilənlər artıq bu ölkənin özündə də etiraf edilir. Bu xüsusda indi erməni mediasında da, ekspert dairələrində də çoxsaylı maraqlı fikirlər səsləndirilir.

Qeyd edilən xüsusda “armenianreport” portalı yazır ki, son vaxtlar daha çox milli mənlik, erməni xalqının  maddi və mənəvi dəyərləri haqqında düşünəndə dəhşətə gəlmək olar: “Bu fonda ancaq məyusedici nəticələrə gəlirik - biz başqa xalqlardan və dövlətlərdən hörmət tələb edirik, amma eyni zamanda özümüzə hörmət etmirik. Halbuki, hətta üç-dörd il əvvəl belə görünürdü ki, Köçəryan-Sarkisyan qruplaşmasının boyunduruğunu ataraq, əsl demokratik cəmiyyət quruculuğu yoluna qədəm qoyan, müttəfiqləri və tərəfdaşları ilə münasibətlərə yenidən baxan Ermənistan özünə hörmət etməyə başlayacaq ki, başqaları da ona  hörmət etsin. Təəssüf ki, bu baş vermədi. Bu gün artıq həyəcan təbili çalmaq olar, çünki erməni dövlətçiliyinin dağılması, xalqımızın faciəsi, onun alçaldılması prosesi gedir. Buna görə təkcə indiki hakimiyyəti qınamaq olmaq. Əvvəlki onilliklərdə Köçəryanın və Sarkisyanın hakimiyyəti altında biz praktiki olaraq suverenliyimizi və müstəqilliyimizi itirmiş, öz fikrinə, öz iqtisadiyyatına, öz dəyərlərinə malik olmayan ölkəyə, Rusiyanın az qala müstəmləkəsinə çevrilmişik. Sarkisyanın dövründə konstitusiya dəyişikliklərinə başlayan prezident əvvəlcə səlahiyyətlərini uzatmayacağına söz verəndə, sonra isə həm xalqın, həm də beynəlxalq ictimaiyyətin üzünə tüpürüb özünü yüksək səslə baş nazir elan edəndə bütün dünyanın gülüş hədəfinə çevrildik. Paşinyanın dövründə, demək olar ki, heç nə dəyişməyib – o, hakimiyyətə gələrkən çox şeylər vəd edib, iqtidaqı əldə etdikdə isə az şey edib. Və burada məsələ təkcə uduzulmuş müharibədə deyil - iki il yarım ərzində onun Köçəryandan və Sarkisyandan miras aldığı “Avgili tövlələrini”, o cümlədən Silahlı Qüvvələrdəki qanun pozuntularını, korrupsiyanı təmizləmək sadəcə mümkün deyil. Lakin onun heç olmasa bu vəziyyəti düzəltməyə başlamaq şansı var idi. Məsələn, əsas “strateji müttəfiqə” - bizə xəyanət edib İrəvanla qeyri-bərabər münasibətlər quran Rusiyaya münasibətdə dəyişiklik ola bilərdi. Təəccüblüdür, lakin Azərbaycan və Türkiyənin Ermənistana qarşı təzyiqinə göz yuman  Rusiya və KTMT-dəki digər “müttəfiqlər” tərəfindən Ermənistana belə açıq-aydın yanaşmadan sonra da ölkəmizdə Moskva və Putinin hərbi bloku ilə münasibətlərin dərinləşməsinin tərəfdarı olan kifayət qədər insan var. Həm siyasi arenada, həm də cəmiyyətimizdə bunlar kifayət qədərdir.

Birincisini tam əminliklə milli satqınlar və Kremlin beşinci kolonu, ikincisini isə “itirilmiş canlar” adlandırmaq olar. Axı bizi milli özünəhörmətdən məhrum edən Rusiyanın Ermənistanla bağlı siyasəti, Köçəryan və Sarkisyan qruplaşmasının uzun sürən hakimiyyəti, eləcə də Ermənistandakı fəal beşinci kolondur. Nəticədə nəinki Rusiya, hətta belaruslar və qazaxlar kimi digər “müttəfiqlər”ə də bizə hörmət etmir. Ən maraqlısı odur ki, bütün bunlara baxmayaraq, Moskva və Nur-Sultan riyakarcasına Ermənistanın dostu və müttəfiqi kimi davranmaqda davam edir. Bizim Xarici İşlər Nazirliyi isə Moskvanın bizə qarşı cinayət siyasətini sərt şəkildə göstərmək əvəzinə, ikiüzlü formada onunla razılaşır. Belə ki, Ermənistanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü ilə əlaqədar Ararat Mirzoyanın departamenti bəyanat yayaraq qeyd edib ki, “keçən dövr inandırıcı şəkildə göstərdi ki, Ermənistan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi imzalanıb. İrəvanla Moskva arasındakı tarixi əlaqələr xalqlarımızın həyati maraqlarına tam cavab verir, iki ölkənin sosial-iqtisadi inkişafı məqsədlərinə, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə xidmət edir”. Və sanki ölkənin milli özünəhörmətinin olmadığını sübut edən XİN-imiz vurğulayır: “Biz Rusiya sülhməramlılarının Qarabağ əhalisinin dinc və ləyaqətli həyatının bərpası üçün şəraitin təmin edilməsinə yönəlmiş xüsusi roluna görə minnətdarıq.  Ermənistan Rusiya tərəfinin Cənubi Qafqaz regionunda hərtərəfli sülhün, etimad mühitinin və rifahın bərqərar olmasına yönəlmiş səmərəli addımlarını yüksək qiymətləndirir”. Rusiyaya belə yaltaqlıqdan sonra başqalarından Ermənistana hörmət tələb edirik? Yaxud, burada erməni xalqını, üstəlik, həm bizim hakimiyyət orqanlarının, həm də KTMT və Aİİ-dəki “müttəfiqlərin” ələ salmasının daha bir nümunəsi var. Qazaxıstan prezidenti Tokayev Paşinyanı Qazaxıstan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib. O yazır: “Hörmətli Nikol Vovayeviç! Böyük məmnunluq hissi ilə qeyd edirəm ki, son üç onillikdə dövlətlərimiz möhkəm dostluq, etimad və qarşılıqlı dəstək münasibətləri qurmağa müvəffəq olub”.  Bu həmin Tokayevdir ki, ötən həftə Bakıda Əliyevi öpərək Azərbaycanın ərazi bütövlüyünün bərpası və 44 günlük müharibədə qələbə qazanması münasibətilə təbrik edib. Bu həmin Qazaxıstandır ki, Azərbaycanı həmişə dəstəkləyib. Lakin bizim prezidentimizVaaqn Xaçaturyan da Tokayevə təbrik məktubu göndərib və orada qeyd edib: “Bu, çoxəsrlik tarixdə əlamətdar gündür. Ermənistan və Qazaxıstan xalqları arasında münasibətlərin inkişafı şanlı qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanan dövlətlərarası əməkdaşlıq kontekstində keyfiyyətcə yeni mərhələnin inkişafını simvollaşdırır”. Qarşılıqlı hörmət və dostluq, Vaaqn Qarnikoviç? Aydan gəlmisən? Yoxsa özünüzə hörmətinizi o qədər itirdiniz ki, Tokayevin dedikləri ilə durub-oturursunuz? Belədirsə, vay halınıza... Təbii ki, belə hökmdarlar, nazirlər, məmurlarla milli mənlik və dövlətçilik qalıqlarını itirməmək çətindir”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:48
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ