Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya-Çin müttəfiqliyi dünyanı yeni savaşa sürükləyir…

Image


Ukraynada həyata keçirdiyi hərbi əməliyyata görə Qərb ölkələri tərəfindən sıxışdırılan Rusiya üçün xüsusi maraq doğuran məqam Çini ABŞ və Avropa ilə üz-üzə qoymaqdır. Hadisələrin inkişaf axarı bu prosesdə Rusiyanın niyyətinə çatma ehtimalının heç də az olmadığını göstərir. Xüsusən də NATO-nun baş katibi Yens Stoltenberqin “Globe and Mail” qəzetinə yazdığı məqalədə səsləndirdiyi fikirlərdən sonra.

Stoltenberq qeyd edib ki, Arktikada Rusiya və Çin arasında əməkdaşlıq NATO-nun dəyərlərinə və maraqlarına bir mesajdır. Onun sözlərinə əsasən, Rusiya son illər Arktikada hərbi fəallığını artırıb. Stoltenberq əlavə edib ki, Çin də regiondakı mövcudluğunu genişləndirir, özünü subarktik dövlət elan edir və Çini Avropa ilə birləşdirəcək “Qütb İpək Yolu”nu yaratmağı planlaşdırır: “Bu ilin əvvəlində Pekin və Moskva dəyərlərimizə və maraqlarımıza zidd olan strateji tərəfdaşlığın dərinləşdirilməsi çərçivəsində Arktikada praktiki əməkdaşlığı gücləndirməyi öhdələrinə götürüblər”. O, həmçinin vurğulayıb ki, NATO “Uzaq Şimalda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın qorunmasında” maraqlıdır. Stoltenberq xatırladıb ki, səkkiz Arktika dövlətindən yeddisi Finlandiya və İsveçdən sonra Alyansa üzv olacaq. Məsələyə Çin sərt reaksiya verib. Rusiya da eyni mövqe sərgiləyir. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunovun sözlərinə görə, Finlandiya və Helsinkinin alyansa qoşulması vəziyyəti gərginləşdirir. Korçunov bəyan edib ki, Arktika “beynəlxalq hərbi əməliyyatlar teatrına” çevrilir. Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Arktika Rusiyanın iqtisadi və təsərrüfat fəaliyyəti zonası olduğundan, NATO-nun baş katibi Yens Stoltenberqin Arktika regionunda alyansın mövcudluğunun artırılması zərurəti ilə bağlı bəyanatlarını mənfi qarşılayırlar: “Biz NATO baş katibinin bəyanatı mənfi qəbul edirik, Arktika bizim iqtisadi, təsərrüfat fəaliyyəti zonamızdır. Rusiyanın təhlükəsizliyini təmin etmək fəaliyyətimizlə bağlı zonadır. Arktika bizim həyati maraqlarımız olan sferadır. Digər ölkələrlə qarşılıqlı fəaliyyət, xüsusilə də Çin Xalq Respublikası ilə əməkdaşlıq yalnız Arktika zonasının daha da inkişafına yönəlib, heç bir başqa ölkə və ya birlik üçün təhlükə yaratmır və yarada da bilməz”. O qeyd edib ki, Kreml bu cür bəyanatları Arktikada Rusiyanın maraqlarına qarşı çıxmaq niyyətinin ifadəsi kimi qəbul edir və Rusiya öz maraqlarını etibarlı, lazımi səviyyədə təmin edəcək.

Buna paralel olaraq, Rusiya Tayvan məsələsində də Çinə fəal dəstək verir.  Belə bir vaxtda Tayvan ətrafında artan gərginlik də Rusiyanın maraqlarına uyğun gəlir. Son məluatlara görə isə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Tayvan boğazından keçməyə başlayıb. “Reuters” ABŞ administrasiyasının üç nümayəndəsinə istinadən məlumat yayıb ki, manevrdə beynəlxalq sularda fəaliyyət göstərən “Antietam” və “Chancellorsville” esminesləri iştirak edir. Daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hind və Sakit okean regionları üzrə koordinatoru Kurt Kempbell Tayvan ətrafındakı vəziyyətlə bağlı brifinqdə deyib ki, ABŞ beynəlxalq hüququn icazə verdiyi yerlərdə hava və dəniz məkanında fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, buna Tayvan boğazından standart keçidlərin aparılması da daxildir. Amerika hərbi gəmilərinin keçidi barədə informasiyanı Tayvanın hərbi idarəsi də təsdiqləyib. Dəqiqləşdirilib ki, kreyserlər cənub istiqamətində hərəkət edib. Boğazda müvafiq manevrlər avqustun 2-3-də ABŞ Konqresi Nümayəndələr palatasının spikeri Nensi Pelosinin Taybeyə baş tutmuş səfərindən sonra ilk dəfədir keçirilir. Həmin səfər Vaşinqton və Pekinin münasibətlərini son dərəcə kəskinləşdirib. Çin Xalq-Azadlıq ordusunun Şərq zonasının komandanlığı bununla bağlı bildirib ki, Çin Silahlı Qüvvələri yüksək döyüş hazırlığını saxlayır və istənilən an istənilən təxribatın qarşısını almağa hazırdır. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş gəmisinin Tayvan boğazındakı beynəlxalq sulardan keçməsi fonunda Çin Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu fonda Rusiya ABŞ-ın hərəkətini pisləyərək Çinə dəstək ifadə edib. Hesab edilir ki, Rusiya Tayvan ətrafında Çinin hərbi təqzyiqi artırmasına, bununla Qərbin əsas diqqətini Ukraynadan bu istiqamətə yönəltməyə çalışır. Qərbin indiki Çin siyasəti bu mənada Rusiyaya sərf edir. Qərbin planlarında olan istiqamətlərdən biri əvvəldən Çini Ukrayna müharibəsindəki bataqlığa sürükləmək, Pekinin Ukrayna müharibəsinə münasibətdə Moskva ilə müttəfiqlik münasibətləri görüntüsünü yaratmaq və ona qarşı da sanksiya tətbiq etməkdən ibarət idi. Amma Çin kifayət qədər ehtiyatlı və bir qədər də sürüşkən mövqe nümayiş etdirir, özünü bataqlığın içərisinə salmır, Rusiya ilə Qərbin onu öz tərəfinə dartmağına imkan yaratmırdı. Rusiyanın Ukraynaya təcavüzü Moskva ilə Pekin arasında yüksək səviyyəli strateji əlaqələri poza bilməyib. İndi Qərbin Çinə təzyiq etməsi Pekini sürətlə Moskvaya doğru itələyir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ