Cümə günü, 13 noyabr 2026
     

Qərbin Azərbaycanın tranzit imkanlarından asılılığı artır...

Image


Rusiya qazının pulunu rublla ödəməkdən imtina edən Avropa ölkələri bir-birinin ardınca şimal qonşumuzdan “mavi yanacaq” idxal imkanlarını itirirlər. Bolqarıstan və Polşadan sonra artıq “Qazprom” Finlandiyanın dövlət enerji şirkəti “Gasum”a rublla ödəniş edilməməsi səbəbindən qazın tədarükünün tamamilə dayandırıldığını bildirib.

Məsələ ilə bağlı “Qazprom”un açıqlamasında bildirilir: “Qazprom” rublla ödəniş edilmədiyinə görə “Gasum”a qaz nəqlini tamamilə dayandırıb. Rusiya Federasiyası prezidentinin 31 mart 2022-ci il tarixli 172 nömrəli Fərmanına uyğun olaraq, mayın 20-də iş gününün sonuna olan məlumata görə, “Qazprom Eksport” şirkəti aprel ayında “Gasum”dan qaz tədarükü üçün ödəniş almayıb”. Qeyd olunur ki, 2021-ci ildə “Qazprom Export” “Gasum”a 1,49 milyard kubmetr qaz tədarük edib ki, bu da Finlandiyada ümumi qaz istehlakının üçdı iki hissəsini təşkil edib. “Qazprom” qeyd edir ki, aprelin 1-dən verilən qaza görə ödənişlər yeni rekvizitlərdən istifadə edilməklə rublla aparılmalıdır, bu barədə qarşı tərəflər vaxtında məlumatlandırılıb. Lakin Finlandiyanın rublla ödənişdən imtinası Rusiyanın bu ölkəyə qaz nəqlini dayandırmasına səbəb olub. Finlandiyanın “Gasgrid Finland” şirkəti də Rusiyadan qaz nəqlini dayandırdığını açıqlayıb. İndiki vəziyyətdən ehtiyat edən İtaliya və Almaniya hökumətləri şirkətlərə rublla hesab açmağa icazə verib. Şirkətlər bu yolla sanksiyaları pozmadan Rusiya qazına görə olan borclarını ödəyə biləcək. Bununla belə, “Gazprombank”a ödəniş yalnız avro və dollarla həyata keçiriləcək. Sonra isə müvafiq məbləğ rubla konvertasiya ediləcək. Bununla belə İtaliyanın baş naziri Mario Draqi Rusiyadan qaz nəqlini dayandırmaq planlarını təsdiqləyib. Onun sözlərinə görə, Roma 2024-cü ilin ikinci yarısına kimi Rusiyanın “mavi yanacağ”ından tam müstəqilliyə nail olmaq niyyətindədir, lakin bu prosesin “ilk izləri” 2022-ci ilin sonunda görünəcək. İndilikdə Rusiya ilə razılaşmağa çalışan Avropa ölkələri digər mənbələrdən qaz idxalına da xüsusi diqqə edir. Bolqarıstanın baş naziri Kirill Petkovun Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine Zeitung” qəzetindəki məqaləsində bu xüsusda maraqlı məqamlar  yer alıb. O yazır ki, Bolqarıstan hökuməti enerji sahəsində güclü mövqe nümayiş etdirməli olduğunu anlayıb və buna görə də dərhal Rusiya təchizatına alternativ axtarmağa başlayıb: “Buna misal kimi Azərbaycanla sazişi göstərmək olar. Sazişə əsasən, Bolqarıstan Azərbaycandan qaz ala biləcək, əvvəlki hökumət anlaşılmaz səbəblərdən bundan imtina edib”.

Məqalədə Ukraynadakı müharibə, Rusiyanın qazının tədarükünün dayandırılması, Bolqarıstanın həmin ölkənin tədarükündən ciddi şəkildə asılı olan ölkə kimi davranışı mövzularına toxunulub. Baş nazir vurğulayıb ki, Rusiyanın Ukraynaya hücumu bir çox dövlətləri, o cümlədən Bolqarıstanı ekzistensial seçim etmək zərurəti ilə üz-üzə qoyub. İtaliyanın “Consumatore.com” portal da qeyd edir ki,  Avropa Azərbaycandan enerji nəqlini artıra bilər. O da vurğulanır ki, Avropa İttifaqı (Aİ) üzv ölkələrə günəş panellərini məcburi etmək üçün maliyyə vəsaiti hazırlayır: “Bahalı enerji təkcə İtaliyada daxili müzakirələrin mərkəzi mövzusu deyil. Enerji məsələsi bütün Avropanı narahat edir. Nəticə isə elektrik enerjisinin əhəmiyyətli bir hissəsinin də asılı olduğu Rusiya qazından asılıdır. Geri addım atmaq və nüvə enerjisinə qayıtmaq ideyası Aİ-nin planlarına daxil deyil.  Avropa əmindir ki, Rusiyadan enerji asılılığını aradan qaldırmaq lazımdır. Eyni zamanda, digər tədarüklər Azərbaycandan da gücləndirilə bilər. Bununla belə, enerji məsələsini kökündən dəyişdirmək üçün nəhayət, bərpa olunan enerjiyə doğru güclü bir istiqamət olduğu görünür”. Bu arada qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 7,233 milyard kubmetrdən çox təbii qaz ixrac edib.  Yanvar-aprel aylarında ixrac olunan təbii qazın ümumi məbləği ötən ilin analoji dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 4,178 milyard dollara çatıb. Azərbaycanın bu il ərzində Avropaya daha çox qaz satması gözlənilir. Bun aparalel olaraq İran qazının da Azərbaycan üzərindən Avropaya nəql ehtimalı artır. İran mətbuatının yazdığına görə, rəsmi Tehran Ukraynada aparılan hərbi əməliyyatlar səbəbindən Avropada yaranan qaz böhranını nəzərə alaraq hasilatı artırıb ki, böyük həcmdə qaz sata bilsin. Lakin İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar buna imkan vermir. Buna görə də İran diplomatiyası bütün qüvvəsi ilə sanksiyaların heç olmasa bir qisminin aradan qaldırılmasına çalışır ki, enerji resurslarını dünya bazarına çıxararaq ölkədəki iqtisadi vəziyyəti düzəldə bilsin. Son dörd ayda İranda ərzaq və digər gündəlik tələbat mallarının qiyməti sürətlə artmaqda davam edir. Hökumət əhaliyə kompensasiya versə də, bu, çox cüzi məbləğdir və aztəminatlı ailələrin güzəranına əhəmiyyətli təsir göstərmir. Hazırda dünyada baş verən iqtisadi böhran, inflyasiyanın və qiymətlərin kəskin artması sanksiyalar altında qalan İran kimi dövlətlərə daha mənfi təsir göstərir. May ayının əvvəlində İranın Xuzistan, Sistan-Bəlucistan, Kirman, Kürdüstan vilayətlərində sosial vəziyyətin ağırlığı ilə əlaqədar kütləvi etiraz aksiyaları keçirilib. Polis ilə etirazçılar arasında baş verən toqquşmada 1 nəfərin öldüyü, 4 nəfər polis əməkdaşının yaralandığı bildirilir. İran hökuməti  bu fonda preventiv addımlar atır və bu, təkcə etirazları yatırmaqdan ibarət deyil. Belə ki, prezident İbrahim Rəisi “müqavimət iqtisadiyyatı”nı daha da gücləndirmək niyyətindədir. Bu xüssuda İran dünyaya daha çox qaz satmağa çalşır. Hazırda İran Çin və Hindistana qaz satmaqla büdcəsini təmin edə bilir. Rəsmi Tehranın istehsalı artırmaqla Avropaya qaz sata bilməsi isə mümkündür. Bunun üçün İrana ən sərfəli variant Azərbaycan infrastrukturundan istifadə edib qazını Avropaya çatdırmaqdır. Bu məsələ indi Avropanın özünün də xüsusi maraq dairəsindədir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ