şənbə günü, 14 noyabr 2026
     

60 illik ömrün 600 illik xidməti və ya Vətən olmağı bacaran Xilaskar - FOTO

Image


Çağdaş filosof Əbu Turxan yazır: “Böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər”. Tarix sübut edib ki, bəzən şəxsiyyətlər millətləri yetişdirir, gələcəyə hazırlayır. Bu, o zaman baş verir ki, xalq uzun müddət əsarətdə qaldıqdan sonra millət olmaq müqavimətini itirir, müstəqil dövlətini qurmaq, azad yaşamaq üçün özündə güc tapa bilmir. Məhz belə bir tarixi dövrdə Ulu Tanrı müstəqil dövlət qurmaq əzmi bəxş etmiş xalq üçün bir xilaskar göndərir, onu yenidən öz milli dövləti olan millətlər cərgəsinə qoşur.

O xalq xoşbəxtdir ki, onun xilaskarı müəyyən bir tarixi dövrdə insanları düşdüyü bəlalardan qurtarmaqla yanaşı, xalqı gələcəkdə üzləşə biləcəyi təhlükələrdən qorumaq üçün əbədi xilaskarlıq yolu müəyyənləşdirir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi xilaskarlıq yolu xalqımızı hələ neçə yüzillər böyük təhlükələrdən qoruyacaq, müstəqil dövlətimizin qarantı olacaqdır.

Xalqımızı yox olmaqdan xilas edən yolun başlanğıcında O, bu işin asan olmayacağını bilirdi. Tarixi taleyinin burulğanlarında müxtəlif dalğaların zərbələrinə məruz qalaraq sulara qərq olmaqda olan Azərbaycan gəmisini bu dalğaların əhatəsindən xoşbəxt gələcəyə aparmaq asan deyildi. Bu burulğanda şimaldan, cənubdan, qərbdən əsən küləklərin yaratdığı dalğaların hərəsinin öz missiyası var idi. Azərbaycan adlı gəmi bu dalğaların hər hansısa birinin ağuşuna sığına bilərdi. Lakin bu, onun öz yolu ilə gedərək  “MÜSTƏQİL AZƏRBAYCAN”  adlı mənzil başına çata bilməməsi ilə nəticələnəcəkdi.

Bütün bunları reallaşdırmaq, gəmini mənzil başına çatdıra bilmək üçün isə böyük fədakarlıq, həyatını xalqının yolunda qurban vermək tələb olunurdu. Təkcə öz həyatını deyil, övladlarının da həyatını Vətən yolunda, müstəqil Azərbaycan naminə qurban vermək lazım idi. Nəticədə, bütün dünyanın qəbul etdiyi, super dövlətlərin belə öhdəsindən gələ bilməyəcəyi çətinlikləri aşan qüdrətli bir dövlət qurulacaqdı.

Xilaskarlıq missiyasının çox böyük hədəfləri var. Ulu öndər Heydər Əliyev xalqımızı bu hədəflərə çatdıra bilmək üçün okeanda bütün sərt dalğalara sinə gərəcək nəhəng bir Azərbaycan gəmisi inşa edib və onun sükanını İlham Əliyev kimi qüdrətli bir dövlət xadiminə etibar edib.

Əgər İlham Əliyev olmasaydı, Heydər Əliyevdən sonra xarici qüvvələr tərəfindən idarə olunanlar Azərbaycanı parçalayacaq və məhv edəcəkdi. O, ilk dəfə Prezident seçiləndən bir gün sonra böyük hədəflərə istiqamətlənmiş Azərbaycanı öz yolundan döndərməyə, xalqımızı yenidən faciələrə sürükləməyə, dövlət müstəqilliyimizi sarsıtmağa cəhd edənlərə qarşı prinsipial mövqe tutaraq xilaskarlıq yolunu davam etdirmək əzmini bütün dünyaya göstərmişdi. Beləliklə, O, xilsakarlıq missiyasını Azərbaycanı qorumaqla davam etdirməyə başlamışdı. Hələ o vaxt Azərbaycan xalqı əmin olmuşdu ki, dövlətimiz etibarlı əllərdədir.

2003-cü ildən ötən dövrdə İlham Əliyev öndərliyində Azərbaycan bir sıra çətinliklərdən xilas edilərək yeni inkişaf mərhələsinə qədəm qoydu.

2020-ci ildə baş verən hadisələr isə Prezident İlham Əliyevin həm bu xalqın  xilaskarı, həm də müdrik dövlət xadimi olduğunu bir daha sübuta yetirdi. Ötən il koronavirus pandemiyası bütün dünyanı öz cənginə aldı. Dünyanın ən inkişaf etmiş dövlətləri belə bu xəstəliklə mübarizədə aciz vəziyyətdə qaldılar. Dünya nəhəngləri olan Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Avropa ölkələrində baş verən hadisələr bizə məlumdur. Bu ölkələrdə koronavirusa yoluxma və ölüm halları sürətlə artdı, iqtisadiyyatlar böhranlı vəziyyətə düşdü, insanlar çıxış yolu tapa bilmədilər. Onlardan fərqli olaraq, Azərbaycanda nəinki koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olundu, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görüldü,  postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edildi.

Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi Azərbaycanı böyük bir fəlakətdən xilas etdi.

Xilsakarlıq missiyasının növbəti mərhələsi itirilmiş əzəli Azərbaycan torpaqlarının geri qaytarılmasıdır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ötən il xalqımızın ən böyük problemi öz həllini tapdı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi ilə biz təkcə Qarabağ problemini həll eləmədik, həm də qürurumuzu özümüzə qaytardıq.  İkinci Qarabağ savaşı parçalamaq, pərən-pərənə salmaq istədikləri xalqımızı birləşdirdi, bütövləşdirdi. Müharibə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının heysiyyatı, qüruru ilə oynamaq olmaz.

Tarix boyu bu xalqı dəfələrlə məhv etməyə çalışıblar. Ancaq o, yenidən var olmağı bacarıb, dirçələ bilib. Xalqımızın hər bir övladı əli hər yerdən üzüləndə Vətəndən yapışıb. Hamı Vətəndən yapışanda isə birləşib, daha güclü olub, haqqının tapdalanmasına imkan verməyib.

Bu dəfə də belə oldu. 30 il haqsızlığa, ədalətsizliyə dözən Azərbaycan xalqı yenə Vətənindən yapışıb öz problemini özü həll etmək istədi. Ancaq indi vəziyyət başqa idi. Dünyanın böyük gücləri daha amansız, daha vicdansız, daha insafsız olmuşdu. Onlar bu xalqı elə yormuşdular ki, indi onun Vətənindən yapışıb birləşməyə heç illacı qalmamışdı.

Bir möcüzə baş verməli, kimsə Vətən olmağı bacarmalı idi. Ki, əli hər yerdən üzülənlər ondan tutub ayağa qalxa bilsin. Bu möcüzəni Prezident İlham Əliyev yaratdı, hər kəs Onun ətrafında biləşib ayağa qalxa bildi. Beləliklə, Prezident İlham Əliyev 200 illik tarixi gedişi dəyişdirərək bölgədə yeni reallıq yaratdı. O öz adını Azərbaycanın tarixinə Qarabağın və Şərqi Zəngəzurun Xilaskarı kimi əbədi həkk elədi.

Xalqımız bilir ki, Prezident necə çətin bir işi reallaşdırıb, hansı təhdid və təzyiqlərə sinə gərərək torpaqlarımızı düşmən tapdağından azad edib, bunun üçün kimlərlə mübarizə aparıb. Fakt odur ki, dünyanın güc mərkəzləri yeni dünyanın güclü li­deri ilə hesablaşmağa məcbur olublar. Onlar da bilir ki, İlham Əliyev üçün Azərbaycanın müstəqilliyinin, dövlətimizin ərazi bütövlüyünün qorunmasından önəmli heç nə yoxdur. Bu həm də yeni tarixi mərhələnin liderinə Ulu Öndərimizin vəsiyyəti idi.

Prezident İlham Əliyev xilaskarlıq missiyasını davam etdirir. İlham Əliyev növbəti mərhələdə Naxçıvanı da xilas edəcəkdir. Zəngəzur dəhlizinin açılmasından sonra muxtar respublika blokada məngənəsindən çıxarılacaq, bölgənin ölkəmizin əsas ərazisi ilə quru əlaqəsi yaradılacaq və  daha sürətli inkişafı təmin ediləcəkdir.

Bildiyimiz kimi, 1920-ci ildə Zəngəzurun zorla Ermənistana birləşdirilməsindən sonra Naxçıvan blokadaya salınıb. Blokadaya görə muxtar respublika statusu verilən Naxçıvan Azərbaycanın əsas hissəsindən təcrid olunmuş vəziyyətdə yaşamağa məcbur edilib. Naxçıvanlılar 30 ildən çoxdur ki, öz həyatlarında blokadanın çətinliklərini hiss edirlər. Naxçıvanda yaşayanlar mövcud vəziyyətin, yəni blokadanın nə demək olduğunu yaxşı bilirlər.

Qüdrətli dövlətimiz naxçıvanlılara hər nə qədər blokadanın çətinliklərini hiss etdirməməyə çalışsa da, ömründə bircə dəfə İran ərazisindən keçib Bakıya gələn muxtar respublika sakinləri,  yaxud əzizinin dəfnində iştirak etmək üçün Naxçıvana təyyarə bileti tapa bilməyənlər blokadanın ağrı-acısını iliklərinə qədər hiss ediblər. Ona görə də Zəngəzur dəhlizi Naxçıvan üçün nəfəslikdir. Və İlham Əliyev Naxçıvana nəfəs verir.

Zəngəzur dəhlizinin yaradılması Naxçıvanı təkcə blokadadan çıxarmayacaqdır. Bu nəqliyyat dəhlizinin açılmasından sonra muxtar respublika logistik mərkəzə çevriləcəkdir. Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin təmin edilməsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək, bölgəyə investisiya qoyuluşunu stimullaşdıracaq, yeni istehsal müəssisələrinin yaradılmasına, əlavə iş yerlərinin açılmasına səbəb olacaqdır.

Zəngəzur dəhlizinin açılması Türk dünyasının coğrafi birləşməsidir. İlham Əliyevin qətiyyəti həm də bu tarixi ədaləti bərpa edir. Deməli, bizim Liderimiz Türk dünyasının qırılmış əlaqəsinin xilaskarı kimi dünya tarixində əbədə yaşayacaqdır.

Zəngəzur dəhlizi Ermənistan üçün də tarixi fürsətdir. Bu dəhlizin açılması hər gün məhvə doğru sürüklənən Ermənistanın xilası üçün olduqca vacibdir. Revanşistlərdən fərqli olaraq, erməni cəmiyyətinin ağıllı adamları başa düşür ki, onları ancaq İlham Əliyev xilas edə bilər. Deməli, Prezident İlham Əliyev həm də bütün Cənubi Qafqazda sabitliyin xilaskarına çevrilir. Belə bir xilaskarlıq missiyasını reallaşdırmağı isə bu bölgədə tarixin heç bir dövründə heç bir siyasi lider bacarmayıb.

Prezident İlham Əliyev yeni tarix yazır. O, Heydər Əliyev kimi, Azərbaycan xalqının inamını özünə qaytarır, xalqı bir yumruq kimi birləşdirməyə nail olur. O, İlham Əliyev məktəbinin yetirməsi, ən sadiq silahdaşı Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanı daha qüdrətli dövlətə çevirir. O, yeni dünya düzəninin formalaşdırılma­sında fəal iştirak etməyə iddialıdır. O, bu niyyətini reallaşdıraraq kiçik ölkə olan Azərbaycanı dünyanın böyük siyasi mərkəzinə çevirmək istəyir. Artıq Azərbaycan dünyada müəyyən siyasi qərarların qəbul edilməsində həlledici rol oynayır.

O, 60 illik ömründə Azərbaycan üçün 600 ilə bərabər işlər görüb, xalqımızın əsrlərlə çözülməmiş problemlərini həll edib. İlham Əliyev qüdrətli dövlət başçısı, Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə, xalqımızın Vətən olmağı bacaran Xilaskarıdır. Bu tarixi xidmətlərinə görə, İlham Əliyev Azərbaycan xalqının hər bir övladının xilaskarına çevrilib, insanların qəlbində əbədiyaşarlıq hüququ qazanıb.

Yubileyiniz mübarək mənim Xilaskarım!

Tural Səfərov,
tədqiqatçı-jurnalist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ