şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Ermənistanın İranla əməkdaşlığını məhdudlaşdırdı

Image


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfərini xüsusi diqqət mərkəzində saxlayan ölkələrdən biri də Ermənistan oldu. Ümumiyyətlə, Ermənistan Azərbaycan və İran arasında münasibətlərin intensiv inkişafından ciddi narahatlıq duyur. Xüsusən də İran tərəfinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində hərtərəfli Azərbaycana dəstək göstərməyə hazır olduğu ifadə etməsi, həmçinin ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur, o cümlədən hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafı İrəvanda isterika ilə qarşılanır.  

Hüseyn Əmir Abdullahian da ölkəmizə səfəri fonunda Azərbaycan və İran dövlətləri arasında əlaqələrin qədim tarixə və ortaq mədəniyyətə əsaslandığını qeyd edib. O, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Nazir, ölkə rəsmiləri arasındakı təmasların, xüsusilə də dövlət rəhbərləri səviyyəsində görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini deyib. Proseslər göstərir ki, bu gün İran üçün xarici siyasətdə əsas prioritetlərdən biri Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək, regional inteqrasiya istiqamətində əməli addımlar atmaqdır. Qeyd edilənlər hələ cari ilin noyabr ayında Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşündə özünü qabarıq surətdə bürüzə verib. Dövlət rəhbərlərinin Aşqabad görüşü İran-Azərbaycan əlaqələrinin inkişafına kifayət qədər güclü təkan verib. Bunun ən bariz nümunəsi yenə Aşqabadda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalanması oldu. Azərbaycanla İran arasında Şimal-Cənub, Zəngəzur nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq, Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması, beynəlxalq təşkilatlar çərçivəsində işbirliyi, iqtisadi-ticari əlaqələrin daha da dərinləşməsi bu gün hər iki ökənin xüsusi maraq dairəsindədir. Bu, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri konktekstində özünü bir daha qabarıq şəkildə büruzə verdi. Abdullahianın görüşlərində siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsi əsas diqqət mərkəzində yer alıb. O bildirir ki, İranın yeni hökumətinin prioriteti Azərbaycanla əlaqələri maksimum səviyyədə inkişaf etdirməkdir. İranın regional əməkdaşlıqla bağlı maraqlı olduğu formatlarda da Ermənistan yenə arxa planda yer alır. Bunu yenə Abdullahianın ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarı ilə  birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də təsdiq edir. İranlı nazir bildirib ki, rəsmi Tehran İran, Azərbaycan, Türkiyə və Rusiya arasında dördtərəfli əlaqələrin inkişaf etdirilməsini istəyir. Ermənistanın yanaşması Azərbaycan və İran üçün hansısa əhəmiyyət kəsb etmir. Əksinə, ölkələrimiz bir çox istiqamətlərdə birgə vacib layihələr həyata keçirir. “Xudafərin”, “Qız qalası”, “Ordubad” su elektrik stansiyalarının inşasını, Astaraçay üzərində körpünün tikilməsini, İran-Azərbaycan-Rusiya dəhlizinin daha da təkmilləşdirilməsini, Neftçalada birgə avtomobil istehsalı zavodunu buna misal göstərmək olar. Bunlara paralel olaraq iki ölkə arasında yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir. Siyasi, diplomatik, mədəni və digər istiqamətlər üzrə də əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir. Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bunlar fonunda qeyd edir ki, Azərbaycan-İran dialoqunun intensivləşməsi İrəvan üçün pis xəbər sayıla bilər. Onun sözlərinə görə, İran xarici işlər nazirinin Bakıya səfəri və Azərbaycan rəhbərliyi ilə danışıqları erməni ictimaiyyətinin nəzərindən yayınıb.

Oskanyan bildirib ki, İrəvanın keçmiş meri ətrafında daxili siyasi debatlar və ehtiraslar xarici gündəmi boğub: “İranlıların nöqteyi-nəzərindən Ermənistan rəhbərliyi aydın olmayan siyasət yürüdür, addımları kortəbii xarakter daşıyır. İran hələ də müzakirə olunan iqtisadi və infrastruktur layihələrini həyata keçirməyə hazırdır. Lakin problemi Ermənistan hakimiyyətində axtarmaq lazımdır. Məsələn, Gorus-Qafan yolunun Bakının nəzarətinə keçməsi İrandan yüklərin Ermənistana və Qara dəniz limanlarına daşınmasını əngəlləyir. İran elitası hesab edir ki, hazırda İran mallarının tam tranziti və Fars körfəzi-Qara dəniz dəhlizinin formalaşması üçün Ermənistanda müvafiq şərait yoxdur”. Sabiq erməni nazir əlavə edib ki, Azərbaycan Ermənistanın İranla kommunikasiya sahəsində əməkdaşlığını məhdudlaşdırmağı bacarıb. İran parlamentinin üzvü Mahmud Abbaszadə isə bu fonda qeyd edir ki, Azərbaycan İran üçün xüsusilə əhəmiyyətli olmaqla yanaşı, dost və qardaş dövlətdir. O bildirib ki, İran üçün Azərbaycanı heç bir dövlət əvəz edə bilməz: “Hər iki dövlət dostluq və qardaşlıq münasibətlərini davam etdirərək xalqların mənafelərini qorumalıdırlar. İran hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşıb. Biz çox şadıq ki, Azərbaycan ordusu uzun müddət işğalda qalan ərazilərini Prezident İlham Əliyevin rəhbərliyi ilə azad etdi. Azərbaycan xalqının sevinci bizim də sevincimizdir”. Deputat bildirib ki, Azərbaycanın zəfəri yeni reallıqlar yaradıb. Bu reallıqlar hər iki dövlətə fayda gətirəcək: “İran prezidenti İbrahim Rəisi qonşularla əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Qonşularımız arasında Azərbaycanın xüsusi yer tutması da təsadüfi xarakter daşımır. İran və Azərbaycan xalqları müştərək tarixə, mədəniyyətə, dinə və adət-ənənələrə malikdir. Bu amillər bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin artmasına zəmin yaradır. İran və Azərbaycan prezidentlərinin Aşqabaddakı görüşü və qaz mübadiləsi haqqında imzalanan saziş iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da artırılması üçün böyük potensialın olduğunu göstərdi. Bu potensialdan istifadə edərək münasibətləri daha da yaxınlaşdırmaq zəruridir”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ