şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan regionda Ermənistandan yan keçən daha bir nəqliyyat dəhlizini işə saldı

Image


Fars körfəzinin Ermənistan ərazisi vasitəsilə Qara dənizə birləşməsi məsələsində İrəvanın tam fisakoya düçar olması artıq konkret fəaliyyət timsalında öz təsdiqini tapır. Belə ki, Azərbaycanla əlaqələrini dərinləşdirən İran əvvəllər Ermənistanla reallaşdırmaq istədiyi bir sıra layihələri indi ölkəmizlə həyata keçirməyə maraq göstərir və bi istiqamətdə əməli addımlar atır. Bunun ən son bariz nümunəsi Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi kontekstində özünü göstərdi. İranın 5 il əvvəl irəli sürdüyü bu layihə Ermənistan ərazisindən keçməklə Qara dənizi Fars körfəzinə bağlamalı idi.

Ermənistanda İranın reallaşdırmaq istədiyi bu nəqliyyat dəhlizinə böyük ümidlə yanaşılır, ölkənin bununla transmilli layihələrdə iştirakına start veriləcəyi iddia edilirdi. Amma son hadisələr Ermənistanın bu ümidlərinin də üzərindən xətt çəkdi. Qara dənizi Fars körfəzinə bağlayacaq dəhlizin Ermənistandan yox, Azərbaycandan keçməsinə dair razılıq əldə edildi. Artıq İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə konkret razılığa gəliblər. Bu fonda Cənubi Qafqazda artıq Azərbaycanın iştirakı ilə növbəti regional əməkdaşlıq platforması yaradılır. Belə ki, hazırda Körfəz ilə Qara dənizə birləşdirən tranzit marşrutu üzrə avtomobil karvanının Azərbaycan, İran və Gürcüstan ərazisindən keçməklə ilk sınaq yürüşü həyata keçirilir. Üç ölkənin nəqliyyat vasitələrindən ibarət avtomobil karvanı İran Biləsuvarından Azərbaycana, sonra Gürcüstan limanlarına, oradan Bolqarıstana, daha sonra quru yolla Şərqi Avropanın digər ölkələrinə hərəkət edəcək. Marşrut İranın cənubunda Körfəzdən başlayıb Avropaya kimi davam edir. Qeyd edək ki, dekabrın 22-də Təbriz şəhərindən Azərbaycan, İran və Gürcüstan nəqliyyat vasitələrindən ibarət karvanın təntənəli yola salınması mərasimi keçirilib. Tədbirdə İranın nəqliyyat qurumlarının, Şərqi Azərbaycan Vilayətinin, Azərbaycan və Gürcüstanın İrandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Avtomobil karvanı Azərbaycana çatıb və buradan Gürcüstan istiqamətində yola düşüb. Sınaq yürüşünün icrası zamanı əldə olunacaq nəticələr araşdırılacaq, marşrutun səmərəliliyi təhlil ediləcək.

Qeyd edək ki, gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq. Layihəyə əsasən, Cənubi Asiya ölkələri dəhliz vasitəsilə Qərbə daha bir yol əldə edəcəklər. Bu nəqliyyat dəhlizi və onun gələcəkdə istifadəsinin genişləndirilməsi region ölkələri üçün mühüm iqtisadi üstünlüklər vəd edir. Dəhliz həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm kəsb edir. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin əsas təşəbbüskarı və aparıcı qüvvəsi olan Azərbaycanın nəqliyyat habı olaraq mövqeyinin möhkəmlənməsinə, beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq. Nəticədə ölkəmizin strateji mövqeyi daha da güclənəcək. Ermənistan bu marşrutundan kənarda qalır. Rusiyali politoloq Daria Qrevtsova bu xüsusda qeyd edir: “İran Ermənistanı danışıqlar masasına oturtmayıb. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra İrəvanın iqtisadi inkişafla bağlı bir qədər fərqli planları var. Azərbaycanın parlaq qələbəsi Ermənistana hətta İranın təklif etdiyi birgə layihələrdə belə Azərbaycanla bir masa arxasında əyləşməyə çətinliklər yaradır. Ona görə də, indi İrəvanı bu layihəyə daxil etmək mümkün deyil, çünki iqtisadi cəhətdən Azərbaycandan zəifdir. Azərbaycan daha çox inkişaf edib və Azərbaycanla Ermənistan arasında birbaşa münaqişə bu layihəyə müəyyən dərəcədə ziyan vura bilər. Ola bilsin ki, İran gələcəkdə İrəvanın bu layihəyə qoşulma ehtimalını istisna etmir. Məlumdur ki, Ermənistan və İran kifayət qədər sıx əlaqələrə malikdirlər. İrəvan bu nəqliyyat layihəsində oyunçular sırasında olsa, İrana bundan ziyan dəyməyəcəyi aydındır. Ümumiyyətlə, indi biri-birinə bağlı bu cür nəqliyyat dəhlizləri nə qədər çox olarsa, onların keçdiyi ölkələrin iqtisadiyyatları da bir o qədər inkişaf edər”. Burada o da qeyd edilməlidir ki, Azərbaycan Xəzər dənizi və İran istiqamətindən gələcək yükləri ötürmək üçün öz ərazisində zəruri olan bütün infrastrukturu yaradıb. Azərbaycanın Xəzər sahilindəki Ələt limanının ötürücülük gücü 15 milyon tondur, zəruri halda 25 milyon tona qədər artırmaq mümkündür. Digər tərəfdən, Azərbaycan İrandan dəmiryolu ilə gələcək yükləri ötürmək üçün stansiya və anbarları da tikib başa çatdırıb. Hətta Bakı İranın şimal bölgəsində dəmiryol sistemini Fars körfəzindən gələn xətlə birləşdirməsi üçün Tehrana 500 milyon dollar kredit də ayırıb. Azərbaycan Bakıdan İran sərhədinə qədər olan avtomobil yolunu ən müasir tələblərə cavab verən səviyyədə yenidən qurub. Bakıdan Gürcüstana gedən magistralda genişlənmə işləri yekunlaşmaq üzrədir. Bakıdan Rusiya sərhədinə gedən magistralda da işlər böyük sürətlə davam etdirilir. Azərbaycanın həm Gürcüstan, həm də Rusiya istiqamətində mövcud dəmiryol sistemində də yenidənqurma işləri sürətlə aparılmaqdadır. Bu proses yekunlaşmasa belə, Azərbaycan Şimal-Cənub dəhlizi ilə yükdaşımaların xeyli hissəsini dəmiryolu ilə reallaşdırmaq imkanına sahibdir. Ermənistanın isə öz dəmiryol infrastrukturu ilə belə imkanı yaxın onillikdə belə olmayacaq. Bunlar fonunda Fars Körfəzi - Qara Dəniz nəqliyyat dəhlizinin Azərbaycan üçün əhəmiyyətindən danışan ekspertlər bildirir ki, bu istiqamətdə nəqliyyat əlaqələrinin formalaşması region üzərindən daşınan beynəlxalq yüklərin həcminə birbaşa təsir göstərəcək.Regionun beynəlxalq yükdaşımalar baxımından potensialı kifayət qədər böyükdür. Azərbaycan və İran Şimali-Cənub nəqliyyat dəhlizində iştirak edən dövlətlərdir. Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində fərqli istiqamətlərdə əməkdaşlıq var. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin və eyni zamanda digər Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi istiqamətində də əməkdaşlıq müşahidə olunur. Üç ölkəni birləşdirən yeni nəqliyyat dəhlizi istiqamətinin formalaşdırılması da regionun mövcud beynəlxalq yükdaşımalar üzrə imkanlardan daha fəal şəkildə iştirak etmək niyyətində olmasından xəbər verir.

Ramil QULİYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ