şənbə günü, 14 noyabr 2026
     

Rusiya Ukraynada Gürcüstan ssenarisi hazırlığında: Qərb Kiyevə sahib çıxacaqmı?

Image


Qərb və Rusiya arasında Ukrayna ilə bağlı ziddiyyət getdikcə dərinləşməkdə, daha sürətlə müharibə həddinə yaxınlaşmaqdadır. Moskva birmənalı şəkildə Qərbin Ukraynadan əl çəkməsini və buradan hərbi qüvvə və texnikasını geri çəkməsini istəyir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin son çıxışında “geriyə yol yoxdur” deyərək, Qərbə ünvanladığı “qırmızı cizgi”dən vaz keçməyəcəyini bildirib: “ABŞ və onun müttəfiqləri başa düşməlidirlər ki, Vaşinqtonun Ukrayna ilə bağlı planlarına görə Rusiyanın geri çəkiləcək yeri yoxdur. Onların indi Ukrayna ərazisində etdikləri, yaxud etməyə çalışdıqları və planlaşdırdıqları bizim milli sərhədimizdən min kilometr uzaqlıqda deyil, bu bizim evimizin astanasındadır”. Putin Avropada gərginliyin artmasına görə Qərbin günahkar olduğunu vurğulayıb. Qərb isə Kremlin heç bir “cizgisini” tanımadığını bəyan edib. Qərbdə heç kim Putinin “qonşu dövlətlər arxa bağçamızdır, bura daxil ola bilməzsiniz” ultimatumunu qəbul etmək fikrində deyil, ancaq Kreml sahibi də sözünü deyib, geri çəkilməyi düşünmür. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi dekabrın 17-də ABŞ və NATO ölkələri ilə təhlükəsizlik zəmanətləri haqqında saziş sənədi layihəsini dərc edib. Həmin sənədə əsasən, NATO bütün keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır. NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, bütün mübahisələri güc tətbiq etmədən və dinc yolla çözməyə razılaşmalıdır. Təklif olunmuş “saziş layihəsində” NATO-nun genişləndirilməsinin dayandırılması, onun Moskvanın göstərdiyi “bufer zonasında” keçirdiyi hərbi təlimlərin ordu briqadası səviyyəsindən çox olmaması nəzərdə tutulur. Moskvanın təkliflərinə görə, NATO Rusiyanın ərazisini vura bilən bütün yerlərdə orta və qısamənzilli raketlərin yerləşdirilməsindən çəkinməlidir. Rusiyalı ekspert Dmitri Suslov bildirib ki, Rusiyanın bu tələbləri eşidilməsə, 2008-ci ilin avqust hadisələri bu dəfə Ukraynaya münasibətdə təkrarlana bilər: “Çünki 2008-ci ilin avqustu ərəfəsində də Rusiya Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü barədə vədlər verməkdən imtina etməyə çağırmışdı. Amma bu çağırışlar eşidilmədi.”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Moskva yanvar ayında NATO ilə təhlükəsizlik zəmanətləri barədə danışıqlara ümid edir: “Biz yaxın gələcəkdə bunu planlaşdırırıq. Yanvar ayında bunu etmək istəyirik. Rusiya ilə NATO ölkələri arasında təhlükəsizlik zəmanətləri haqqında saziş layihəsi ilə bağlı ikinci sənədin müzakirəsinə başlamaq istəyirik”. Amma Qərbdən istədiyini ala bilməyən Rusiya Ukrayna sərhədləri boyu ordu cəmləşdirməyə də davam edir. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyir ki, Ukrayna sərhədindən 200 kilometr məsafədə 122 min rusiyalı hərbçi cəmləşib: "Qoşunların sayına gəlincə, bu gün biz 122 min nəfər görürük, bu 200 kilometr, 143,5 min nəfər isə sərhədimizdən 400 kilometr məsafədədir". Onun sözlərinə görə, Ukrayna prezidenti və ölkənin ali hərbi rəhbərliyi vəziyyəti nəzarətdə saxlayır: “Biz orada nə baş verdiyini başa düşürük və hər şeyi izləyirik. Ölkənin əlavə resursları var və ordu, lazım gələrsə, mütləq təcavüzkarı dəf edəcək”.

Bunlar fonunda ABŞ Dövlət Departamenti bu ölkə vətəndaşlarına xəbərdarlıq edərək, onları Ukraynaya səyahətdən çəkinməyə və Donbass münaqişəsi bölgəsindən uzaq durmağa çağırıb: “ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyata hazırlaşdığı yönündəki xəbərləri bilməlidir. ABŞ vətəndaşları, xüsusən Ukrayna sərhədləri boyunca, Rusiyanın işğal etdiyi Krımda və Rusiyanın nəzarətindəki şərqi Ukrayna vilayətlərində təhlükəsizlik şərtlərinin çox risqli olduğunu nəzərə almalıdır”. Onu da qeyd edək ki, NATO Rusiyanın müdaxiləsi halında Kiyev tərəfindən döyüşlərdə iştirakını mümkünsüz hesab edir. Baş verənlərlə bağlı daha bir maraqlı məsələ Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamalarıdır. O iddia edir ki, Donetsk vilayətində yerləşən ABŞ-a məxsus özəl hərbi şirkətlər Ukraynanın şərqində kimyəvi maddələr vasitəsilə təxribat hazırlayır: “Təxribat törətmək üçün Avdeyevka və Krasnı Liman şəhərlərinə kimyəvi tərkibləri naməlum olan ehtiyatlar gətirilib”. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna xüsusi təyinatlılarına təlim keçmək üçün ABŞ özəl hərbi şirkətlərinə məxsus 120-yə yaxın nümayəndə bölgəyə gəlib. Bütün bunlar Rusiyaya Ukraynaya müdaxilə üçün əsas verir. Amerikalı ekspert Ramon Marks bu durumda bildirir ki, Qərb ölkələri Ukraynada sabit vəziyyəti bərpa etmək üçün daha diplomatik yanaşma nəzərdən keçirməlidir, çünki alyansdakı avropalı müttəfiqlər Kiyevə hərbi müdafiə zəmanəti verə bilməyəcəklər: "NATO-ya üzv ölkələrin Ukraynanı uğurla müdafiə etmək üçün real hərbi imkanları yoxdur. Avropanın bu yolla getməyə nə gücü, nə də istəyi var". Marks avropalı siyasətçilərə “Soyuq müharibə” dövründə Finlandiya və Avstriyada neytrallıq yaratmaq üçün uğurlu diplomatik layihələri xatırlamağı təklif edib. Onun fikrincə, bunlardan Ukrayna böhranının həlli üçün potensial yanaşmalar kimi istifadə etmək olar.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ