şənbə günü, 14 noyabr 2026
     

Qərb və Rusiyanın Qafqazda Azərbaycan-Ermənistan münasibətləri üzərindən yeni rəqabəti başlanır

Image


Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən danışıqlar Qərb dünyasında hələ də geniş müzakirə mövzusudur. Burada belə hesab edilir ki, Avropa İttifaqı, eləcə də ABŞ regiona daha çox diqqət ayırmalı, burada Rusiyanın birmənalı dominant rolunun qarşısını almalıdır.

Məsələyə bu prizmadan yanaşan ABŞ-ın Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz öncə diqqəti ona yönəldir ki, Brüssel görüşündən və ya ən azından Avropa İttifaqının xülasəsinə əsasən, mühüm məsələlərlə bağlı irəliləyişlər əldə olunduğunu demək olar: “Bunlardan biri kommunikasiya və nəqliyyatdır. Bundan əlavə müdafiə əlaqələri, saxlanılan hərbi qulluqçuların mümkün mübadiləsi, Avropa İttifaqının mümkün rolu,  sərhədlərin və ya ən azından demilitarizasiya zonalarının müəyyənləşdirilməsi istiqamətində də nailiyyətlər olub. Yəni belə görünür ki, görüş yaxşı keçib. Nəqliyyat və kommunikasiya məsələsinə gəldikdə, hər iki ölkə, Ermənistan və Azərbaycan bundan faydalana bilər. Lakin hələlik başqa paketlərin və ya tələblərin olub-olmayacağı bəlli deyil. Amma düşünürəm ki, uzunmüddətli məntiq bu ölkələri bu əlaqələri inkişaf etdirməyə doğru aparacaq. Bəli, bu addımlar doğru istiqamətdədir. İdeal olaraq minaların harada olduğu barədə tam məlumat, məhbusların və ya saxlanılanların mübadiləsi, təkcə müdafiə nazirləri deyil, digər liderlər arasında birbaşa kommunikasiyanın bərpası olmalıdır. Bunların hamısı həyata keçirilsə, müsbət addım kimi görünür”. O qeyd edir ki, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh quruculuğu səylərində mühüm rol oynaya bilər: “Bəli, bu mənə maraqlı gəldi, çünki mən daha öncə Avropa İttifaqı, ABŞ və ya başqa Qərb ölkələrinin bu məsələdə böyük rolunu görməmişdim. Belə görünürdü ki, məsələ ilə bağlı qərarları Rusiya, Türkiyə və döyüşən tərəflər verəcək. Amma Avropa İttifaqının daha böyük rol oynaması, bəlkə də, Qərbin münaqişənin aradan qaldırılması və münaqişə zonasının sabitləşməsində rol oynaya biləcəyinə dair müsbət işarədir. Ona görə də, mən Avropa İttifaqının bu irəliləyişlərin əldə olunmasında rol oynadığını gördüyümə görə şadam. Vaşinqtonun da Avropa İttifaqının rolunu dəstəkləməli olduğunu düşünürəm. Belə görünür ki, bunlar hamısı ABŞ-ın da marağındadır. Bundan əlavə, Vaşinqtonun mümkün rəqiblərinin, məsələn Rusiyanın münaqişə zonasındakı təsirini azaldan hər şey faydalı olar. Ona görə də ümid edirəm ki, Bayden administrasiyası bu təşəbbüsləri həyata keçirmək üçün Avropa İttifaqındakı tərəfdaşlarımızla yaxından işləyəcək”.

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl da məsələyə eyni prizmadan yanaşır: “Brüssel görüşü üç cəhətdən əhəmiyyətlidir, ən azı üç cəhətdən. Birincisi, görüşün ümumiyyətlə baş tutması faktıdır. Moskva bu danışıqları müstəsna olaraq öz nəzarəti altına almaq üçün çox çalışıb. Amma indi vəziyyət dəyişir. İkincisi, prezident Əliyev bildirib ki, indi tərəflər Azərbaycanla Naxçıvan arasında quru dəhlizinin yaradılması prosesinə başlamağa hazırdır. Ermənistan prezidenti isə qeyd edib ki, onun hökuməti və Türkiyə hökuməti iki ölkə arasında çarter reyslərini bərpa etmək və münasibətlərin normallaşdırılması üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər. Bu son dərəcə mühüm bir addımdır. Üçüncüsü isə bu, 2020-ci ilin noyabrında, daha sonra 2021-ci ilin yanvarında əldə edilən və bir çox insanın hələ də sülh razılaşmaları və ya sülh müqaviləsi adlandırdığı bəyannamələrin icraya yənəldilməsinin təzahürüdür. Həm Bakı, həm də İrəvanın bu münaqişənin həlli üçün başqa yerə deyil, Avropaya üz tutmasına ancaq sevinə bilərəm”. Pol Qobl hesab edir ki, avropalılar bunun həll olunmasını istəyir: “Düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan nizamlanmanı istəyir. Nizamlanmanı istəməyən əsas oyunçu Rusiya Federasiyasıdır, çünki münaqişə olmasaydı, Moskva tez-tez istifadə etdiyi cənab Putinin məşhur “parçala və hökm sür” siyasətini yeridə bilməzdi. Moskva yeni status-kvonun mövcud olduğu vəziyyətdən çox razı qalardı. Amma bu vəziyyət  Azərbaycanla Naxçıvan arasında keçid məsələsini həll etmir. Bu, Qarabağdakı erməni icmasının statusu məsələsini həll etmir. İndi Avropada baş verənlər onu deməyə əsas verir ki, həm Bakı, həm də İrəvan hazırkı nöqtədə qalmaq istəmir. Onlar daha geniş nizamlanmaya çalışır. Ermənistanın indi Türkiyə ilə diplomatik münasibətlərin bərpasına ümid etməsi yekun həllə nail olunmasını daha da asanlaşdırır. Ona görə də mən hesab edirəm ki, ruslar hər şeyi olduğu yerdə saxlamaq istərdilər. Amma düşünürəm ki, bu baş verməyəcək, çünki bu 30 illik münaqişənin real həllini görmək istəyən başqa oyunçular var”.

Rusiya ilə Qərb arasında münasibətlərdə hazırkı gərginlik nəzərə alınsa, Kremlin maraqlarının və regionda aparıcı rolunun üçtərəfli sazişlərin tam həyata keçirilməsi perspektivlərini çətinləşdirməsinin mümkünlüyünə toxunan Pol Qobl qeyd edir: “Birincisi, bunlar üçtərəfli sazişlər deyil. Bunlar bəyannamələr idi. Nə Ermənistanın, nə də Azərbaycanın onlardan razı qalmamasının səbəblərindən biri də bəzi sualların açıq qalmasıdır. Məsələn, onlardan birini götürək. Bəli, bu razılaşmalar Zəngəzur, həm şimal, həm cənub, həm də şərq və qərbdən keçən quru nəqliyyat dəhlizlərinin yenidən açılmasını nəzərdə tutur. Lakin burada tərəflərə bunu nə zaman etməyə imkan verilməsi üçün vaxtın müyyənləşdirilməsi nəzərdə tutulmur. Bu isə istənilən real razılaşmada aradan qaldırılmalı olan qeyri-tarazlıq yaradır. Bu vəziyyətdə Moskvanın zorakılığa yenidən başlamaq üçün onun nəzarəti altında olan qruplar tərəfindən, təxribat xarakterli addımlar da daxil olmaqla, hər cür vasitəsi var ki, bu da hər iki tərəfin irəliləyişini çətinləşdirir. Mən bunların bəzisini görəcəyimi gözləyirəm, çünki mən Rusiyanın status-kvonu dəyişə biləcək bir razılaşmanın istəmədiyini düşünürəm, ona görə ki, əgər status-kvo Bakı ilə İrəvan arasında daha geniş razılaşma istiqamətində dəyişərsə, Moskvanın Cənubi Qafqazda təsiri sürətlə azalacaq. Digər tərəfdən aydındır ki, Türkiyənin rolu çox genişlənib. Belə görünür ki, avropalılar son vaxtlara qədər kənarda qalmışdılar və Rusiya bu vəziyyətdən istifadə edərək öz istədiyinə nail oldu, bu da Moskvanın regionda sülhməramlı adlandırdığı Rusiya hərbi qüvvələridir. İranın da, təbii ki, marağı var. Xüsusilə də Atlantikanın bu tərəfində çox vaxt diqqətdən kənarda qalmalarına baxmayaraq, iranlıların rolunu unutmayaq. Düşünürəm ki, coğrafiyası və mədəniyyətilə əlaqədar həmişə qarşıdurmaların meydanı olan Qafqazda yenidən bir hərəkətin şahidi oluruq. Sovet dövründə 1920-ci illərin əvvəlləri, daha sonra isə İkinci Dünya müharibəsi zamanı və ondan dərhal sonra olduğu kimi, bir neçə istisna olmaqla, hər şey faktiki olaraq dondurulmuş vəziyyətdə idi. Hesab edirəm ki, biz indi münasibətlərdə yeni canlanma görürük, ona görə də mən geosiyasi rəqabətin artacağını gözləyərdim. Əgər bu geosiyasi rəqabət zorakılıqla bağlı deyilsə, mən hesab edirəm ki, avropalılar insanların düşündüyündən daha böyük rol oynayacaqlar. Onlar faktiki olaraq həm Azərbaycanın, həm də Ermənistanın ehtiyac duyduğu müxtəlif növ yardımları göstərə bilmək iqtidarındadır. Moskva bunu edə bilmir. Mən çox ümid edirəm ki, Birləşmiş Ştatlar da prosesdə fəal iştirak edəcək. ABŞ-ın bu məsələni avropalıların ixtiyarına vermək istədiyini söyləyən bəzi insanlar var, necə ki, əvvəllər Qərbin problemi Rusiyaya həvalə etdiyini deyənlər var idi. Düşünürəm ki, avropalıların bu qədər uğurlu olması onların liderlik rolunu öz üzərinə götürməsinə gətirib çıxaracaq və ABŞ bunu mütləq dəstəkləyəcək, burada iştirak edəcək. Amma ruslar Qafqazda Avropanın təsirinin genişlənməsini qəbul etməyə daha çox razıdırlar, nəinki Amerikanın”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ