şənbə günü, 14 noyabr 2026
     

Sərhəd məsələsində Avropa da Ermənistanı məyus etdi

Image


"Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həlli yollarının axtarışı Rusiyanın diqqət mərkəzindədir. Rusiya bu cür böhranların həllinə konkret töhfə verir". Belə bir açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Lavrov onu da qeyd edib ki, Moskva Qarabağda qan tökülməsinin dayandırılmasında və Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həllinin tapılmasında əsas rol oynayır. Bu fonda onu da bildirək ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsində oynadığı rol İrəvanda ciddi tənqid obyektidir. Elə bu səbəbdən Ermənistan məsələyə Qərbin, xüsusən də Avropa İttifaqının müdaxilə etməsini istəyir. Amma Avropa Parlamentində ATƏT-in nazirlər konfransı çərçivəsində keçirilən müzakirələr erməni tərəfinin ümidlərinin əbəs olduğunu göstərir. Məsələ ilə bağlı “Azatutyun” radiosu yazır ki, müzakirələrdə Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” məsələlərinə baxan nümayəndəsi Lourens Meredit Cənubi Qafqazda Şərq Tərəfdaşlığının iki üzvü – Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il razılaşmasından sonra yaranmış vəziyyət barədə məlumat verib: “Vəziyyət gərgin olaraq qalır. Bir neçə həftə bundan əvvəl mən qonşuluq məsələləri üzrə komissar Oliver Varheylə üç Qafqaz ölkəsinin xarici işlər nazirlərinin görüşündə iştirak etmişdim. Bu elə Ermənistan və Azərbaycan arasında faciəli toqquşmaların baş verdiyi vaxt və ya bundan bir qədər əvvəl idi. Mən öz tərəfimizdən qəti şəkildə vurğulamaq istəyirəm ki, Avropa Komissiyası Qafqazın bütün ölkələrinin naminə möhkəm sülhün bərqərar edilməsi üçün mümkün olan hər şeyi etməyə son dərəcə hazırdır”. Daha sonra Meredit bölgəyə 17 milyard avro ayrıldığını, xüsusilə də münaqişədən ziyan çəkmiş bölgələrə investisiyalar yatırılmasının müzakirə olunduğunu bildirib. Avropa İttifaqı Xarici Fəaliyyət Departamenti başçısının “Şərq Tərəfdaşlığı” və Rusiya üzrə müavini Lyuk Devin isə bildirib: “Brüssel regionda sabitlik və təhlükəsizliyə dəstək verməyə tam hazırdır. Amma bizim imkanlarımız məhduddur. Aydındır ki, vəziyyətə nəzarət əhəmiyyətli dərəcədə hərbçilərin, hərbi gücü olanların, indiki halda yalnız Rusiyanın əlindədir”. “Azatutyun” yazır ki, belə diplomatik izahat Avropa Parlamentində heç də hamını qane etməyib. Bir saatadək davam edən müzakirələr zamanı müxtəlif siyasi partiyaların və ölkələrin nümayəndələri eyni sualı verirdilər: Brüssel toqquşmaların qarışısını almaq, təşəbbüsü öz əlinə almaq üçün mümkün olan hər şeyi edibmi?

Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Estoniya nümayəndəsi Marina Kalyurand bildirib: “Mən razılaşıram ki, güc əlində silah olanlarda, qoşunu olanlardadır. Amma bu, Avropa İttifaqının daha fəal iştirakının olmamasına haqq qazandıra bilməz. Əldə olunmuş razılaşmalar, əsirlərin mübadiləsi, atəşkəs sazişinin imzalanması – bütün bunlar Rusiyanın vasitəçiliyi ilə həyata keçirilib. Mən yeni meyl görürəm. Azərbaycan gündəliyə Dağlıq Qarabağ məsələsinin salınmasından imtina edir. Onlar deyirlər ki, bu, Ermənistan və Azərbaycan arasında olan münaqişədir. Kommunikasiyaların açılmasına gəlincə isə, burada müsbət dəyişikliklər var. Mən “dəhliz” sözünü işlətmək istəmirəm, amma bu ərazi ciddi gərginlik yaradır. Ermənistan keçmişdə, sovet illərində istifadə olunmuş yollara qayıtmaq istədiyi halda, Azərbaycan yeni yollar istəyir. Mənim bu məqamda bir sualım var: Avropa İttifaqı nə edə bilər? Öz siyasətini necə təkmilləşdirə bilər?”. Bu sualın cavabında Lyuk Devin deyib ki, Avropa İttifaqı imkanında olan hər şeydən istifadə edir. Diplomat bu istiqamətdə kifayət qədər iş görülmədiyinə dair tənqidləri rədd edib: “Hərbi gücünün olmadığı bir şəraitdə Avropa İttifaqı bundan artıq nə edə bilər ki? Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən təkcə Fransa deyil, ABŞ-ın da orada qoşunları yoxdur. Ötən il olduğu kimi silahlar danışanda, diplomatlar üçün bunun qarşısını almaq və ya dayandırmaq çox çətin olur”.

“Azatutyun” bu fonda qeyd edir ki, Avropa rəsmisi Ermənistanın bu “dəhliz”dən olan narahatlığı məsələsinə toxunmayıb: “Avropa diplomatı əsirlərin qaytarılmasına və iqtisadi bərpaya Brüsselin daha çox dəstək verə biləcəyinə dair nə isə vəd edən reaksiya verməyib. Lyuk Devin bu xüsusda bildirib: “Biz bir yandan tərəfləri minalardan təmizləmə üçün xəritələri təqdim etməyə, digər yandan əsirləri və saxlananları azad etməyə çağırır, etimadın möhkəmləndirilməsinin vacib olduğuna inandırmağa çalışırıq. Amma hər iki tərəf razılaşmır. Erməni tərəfi deyir ki, artıq bütün xəritələri verib, Azərbaycan isə bəyan edir ki, bu tələb adekvat deyil, çünki saxlananlar hərbi əsir deyillər. Odur ki, bu mürəkkəb məsələdir. Biz iqtisadi sağlamlaşdırma üçün daha çox iş görə bilərik. Amma bunun üçün sülh olmalıdır. Növbəti toqquşmaların və ya partlayışın nə vaxt olacağı bilinməyən regiona özəl sektordan kim investisitya yatırar?”. Avropa diplomatı “Şərq Tərəfdaşlığı”nın iki üzvü arasında davam edən münaqişənin həyəcan yaratdığını etiraf etsə də, bildirib ki, “Şərq Tərəfdaşlığı” sülhün bərqərar edilməsi və ya münaqişələrin çözülməsi üçün platforma deyil. Bununla belə, Lyuk Devin Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşündən ümidləndiyini qeyd edib”.

“Azatutyun” daha sonra yazır ki, İrəvanın fikrincə, beynəlxalq birlik Azərbaycan və Ermənistan arasında son toqquşmaları sərhəd insidenti yox, Azərbaycanın Ermənistanın suveren ərazisinə müdaxiləsi kimi qiymətləndirməlidir. Amma beynəlxalq birlik, o cümlədən Avropa İttifaqı məsələyə fərqli yanaşır. Bu fonda həm Avropa deputatları, həm də diplomatlar demarkasiya və delimitasiyaya dair Soçi görüşündə əldə olunmuş razılaşmaları dəstəklədiklərini bildiriblər.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ