şənbə günü, 14 noyabr 2026
     

Postmüharibə dövründə vətəndaş cəmiyyətinin üzərinə daha böyük missiyalar düşür…

Image


Vətəndaş cəmiyyətinin müasir dövrdə inkişafı qloballaşma prosesinin təsiri altında konkret şəkildə götürülmüş ölkələrdə baş verən sosial-iqtisadi və siyasi dəyişikliklərlə qırılmaz şəkildə bağlıdır. Azərbaycanda da vətəndaş cəmiyyətinin inkişafına ilk növbədə bu prizmadan yanaşılmalıdır. Daha bir vacib məqam odur ki, Qərb cəmiyyətinin sosial-iqtisadi və texnoloji modernləşməsi postsovet məkanında olduğu kimi ölkəmizdə də əhalinin sosial strukturuna əhəmiyyətli dərəcədə təsir göstərib.

Biznes subyektləri ilə QHT sektoru arasında əməkdaşlıq səviyyəsi hələ də qaneedici həddə çatmayıb

Kənar mütərəqqi təsirlərə baxmayaraq, ölkəmizdə müasir vətəndaş cəmiyyəti konsepsiyası  bir sıra ənənəvi metodoloji postulatlara əsaslanır. Belə ki, vətəndaş cəmiyyətinin hər bir üzvü hüquq və azadlıqların subyektidir. Ölkəmizdə qanunun aliliyi vətəndaşlara davranış muxtariyyətinə, maraqlarını müəyyən etməkdə müstəqillik  verir. Bu da vətəndaş cəmiyyətinin yalnız demokratik sistemdə mümkün olduğunu və Azərbaycanda məhz belə bir sistemin bərqərar olduğunu  göstərir.

Azərbaycanda dünyəvilik, fikir plüralizmi vətəndaş cəmiyyətinin ayrılmaz xüsusiyyətləri kimi təzahür edir. Digər tərəfdən ölkəmizdə vətəndaş cəmiyyətində şəxsiyyətlərarası, ailəvi, sosial-iqtisadi, mədəni, dini münasibətlər dövlətin bilavasitə müdaxiləsi olmadan inkişaf edir. Vətəndaş cəmiyyətinə münasibətdə hakimiyyət anlayışı, onun sosial-psixoloji fonu dəyişir. Belə ki, subyektlərin müstəqilliyini təmin edən hakimiyyət qanunun aliliyinin mahiyyətinə çevrilir. O da məlumdur ki, demokratik sistemlərdə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün ictimai həyatın siyasi normalarla tənzimlənməyən sosial siniflərin, ictimai təşkilatların, hərəkatların, birliklərin və bu qəbildən olan digərlərinin mövcudluğu mühüm şərtdir. Azərbaycanda da bu istiqamətdə zəruri addımlar atılıb, müvafiq işlər görülüb və görülməkdədir. Amma burada bir sıra problemli məqamlara da diqqət edilməlidir. Məsələ burasındadır ki, Azərbaycanda dövlət vətəndaş cəmiyyətinin, onun ayrılmaz tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti ilə yanaşı, maliyyə yükünü də əsasən dövlət çəkir. Ancaq inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, QHT sektoruna biznes subyektləri, sahibkarlar tərəfindən də xeyli vəsait ayrılır. Bu, sosial əməkdaşlıq üçün də mühümdür. Sosial tərəfdaşlıq və sosial həmrəylik isə hər şeydən əvvəl dövlət orqanlarının, biznes sektorunun və qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığını nəzərdə tutur. Amma faktdır ki, bu gün biznes subyektləri , sahibkarlar QHT-lərlə əməkdaşlığa, onların layihə və proqramlarının dəstəklənməsinə çox az maraq göstərirlər. Halbuki, özəl sektorla vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlıq üçün dövlət lazımı şərait yaradır. Bu halda cəmiyyətdə sosial tərəfdaşlıq münasibətlərinin inkişaf etməsi üçün özəl sektor və QHT-lərin birgə əməkdaşlığı çox vacibdir.  Vətəndaş cəmiyyəti institutları ilə özəl sektor arasında əməkdaşlığın təşviqi bu fonda daim xüsusi diqqət mərkəzində yer almalıdır.  Biznes qurumları bu müstəvidə yalnız mənfəət dalınca qaçmamalı, eyni zamanda cəmiyyət qarşısında üzərinə götürdüyü sosial məsuliyyəti lazımı səviyyədə yerinə yetirməlidir.

Azərbaycanla Ermənistan arasında sülh prosesinə vətəndaş cəmiyyətləri də böyük töhfə verə bilər

Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının ölkə daxili ilə yanaşı, beynəlxalq müstəvidə də aktiv fəaliyyətində maraqlıdır. Bu məsələ 44 günlük Vətən müharibəsindən sonra daha da aktuallaşıb. Məsələ burasındadır ki, Azərbaycan Ermənistanla sülh şəraitində əməkdaşlığın inkişafına xüsusi diqqət ayırır.

Hələ 1990-cı illərin sonunda Azərbaycanda belə bir fikir mövcud olub ki, vətəndaş cəmiyyəti və QHT-lər münaqişə başa çatdıqdan sonra etimadın gücləndirilməsi baxımından işlər görə bilər. Vətən müharibəsi ilə  münaqişə başa çatıb. Bu mənada, vətəndaş cəmiyyətləri sülhün möhkəmləndirilməsi və regionda yeni baxışla bağlı ciddi rol oynaya bilər. Qeyd edək ki, cari ilin aprelində ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda prezident İlham Əliyev bu məsələyə toxunarkən mühüm mesajlar səsləndirib: “Burada barışıq məqsədilə addımların atılması üçün vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı geniş imkanlar mövcuddur. Ermənistanın vətəndaş cəmiyyətinin çox azsaylı nümayəndələri var ki, Azərbaycanla sülh barəsində danışsın. Belə fikir söyləyənlər isə ictimai təqiblərə, bəzən fiziki hücumlara məruz qalırlar. Onlara xəyanətkar deyilir və erməni siyasətçiləri onları türk adlandırırlar. Bu isə onların siyasi jarqon dilində yəqin ki, təhqir deməkdir. Yəni, siyasətçilər onlara hədə-qorxu gəlirlər. Biz, hətta münaqişə dövründə vətəndaş cəmiyyəti nümayəndələri arasında körpü yaratmağa cəhdlər etmişik. İki dəfə belə bir nümayəndə heyəti Ermənistanda və Qarabağda səfərdə oldu. Onlar da Bakıya səfər etdilər. Lakin vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və parlament üzvlərinin ikinci səfərindən sonra erməni tərəfi bunu dayandırdı. Mən Ermənistanın o zamankı prezidenti Sarkisyandan soruşanda ki, bunu niyə dayandırdınız, cavab verə bilmədi. Sonra məlum oldu ki, onlar müəyyən yaxınlaşma, müəyyən əməkdaşlıq elementlərinin yarana biləcəyindən qorxdular. Yəni onlar hər zaman buna mane olurdular. Ancaq indi onlar fərqli vəziyyətdədir. Biz mesajlarımızı Ermənistan cəmiyyətinə çatdırmaq iqtidarında olmalıyıq. Bu baxımdan resurslar məhduddur. Ermənistanda ictimai mühitə hökumət tərəfindən ciddi nəzarət edilir və dediyim kimi, Azərbaycanla bağlı deyilən istənilən müsbət söz xəyanət hesab olunur. Bu səbəbdən, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal ola bilərlər. Bu işdə QHT-lərin rolu böyük ola bilər və Azərbaycan bu məsələdə QHT-lərlə çalışmağa hazırdır”. Beləliklə, Azərbaycan vətəndaş cəmiyyətləri vasitəsilə də Ermənistanla sülh müstəvisində münasibətlərini inkişaf etdirməyə hazırdır. Lakin bunun üçün qarşı tərəfin də adekvat reaksiya sərgiləyib müvafiq addımlar atması önəmlidir. Azərbaycan belə hesab edir ki,  vətəndaş cəmiyyəti dövlətlə qırılmaz şəkildə bağlıdır. Vətəndaş cəmiyyəti özünü dövlətdən təcrid etmir, onu öz dəyərlərinə və maraqlarına uyğun formalaşdırır. Bu mənada sülh prosesinə də vətəndaş cəmiyyətləri mühüm töhfələr verə bilərlər.

Tahir TAĞIYEV

Yazı Azərbbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ