şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Ermənistanın yanacaq bazarına da təsir etməyə başladı

Image


Bir müddət öncə Gorus-Qafan yolunda SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsinin açılışının olması Ermənistanda getdikcə daha çox diqqət cəlb etməkdədir. Burada belə hesab edilir ki, Azərbaycan sözügedən istiqamətdə müvafiq addımlar atmaqla Ermənistan üzərində təsir imkanlarını artırır.

Müxalif “Hayastan” blokunun deputatı Vahe Akopyan yerli mediaya açıqlamasında bildirib ki, Azərbaycanın atdığı addımların mütləq əks-sədası olacaq: “Gorus-Qafan yolunda yanacaq məntəqəsi açan azərbaycanlıların qiyməti ucuz edəcəyini təxmin edirəm. Çünki Ermənistan mane olmasa, İran maşınları yalnız o yolla hərəkət edəcək və yanacağı da ordan alacaqlar”. O bildirib ki, Gorus-Qafan yolu iranlılar üçün bir neçə səbəbdən cəlbedicidir: “O yol genişdir, yüklənməyib, yolda ucuz yanacaq var. Gorus-Qafan yolunda azərbaycanlılar yanacağı ucuz qiymətə satacaq, ona görə də iranlılar ora gedib maşınlarına yanacaq dolduracaqlar”. Onun sözlərinə görə, Ermənistanın alternativ kimi təklif etdiyi Tatev-Ağvan yolunda daim tıxac müşahidə olunur. Bu, bir daha təsdiq edir ki, SOCAR-ın Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi açması Ermənistanda ciddi narahatlıq yaradıb. Bir çox ekspertin fikrincə, Azərbaycanın daha tez və daha rahat, geniş yolla mənzilbaşına çatmaqla bərabər ucuz yanacaq da təklif etməsi, iranlılardan başqa, sadə ermənilərin də marağına səbəb olacaq. Çünki SOCAR-ın təklif etdiyi qiymətlər Ermənistandakı yanacaq qiymətlərindən az qala iki dəfə ucuzdur. İrəvanda rəsmilər və siyasi dairələrin də əsas narahatlığı sadə ermənilərin də bu yoldan istifadəyə meyillənməsindəndir.

Bu arada maraqlı bir məqamı da qeyd edək ki, son dövrlərdə İrandan Ermənistana yanacaq idxalı azalıb və bu da ikincidə qiymətlərin artmasına səbəb olur. Ermənistan Enerji Təhlükəsizliyi İnstitutunun direktoru Vahe Davtyan da qeyd edir ki, Gorus-Qafan yolunda Azərbaycan gömrük və sərhəd postunun qurulması Ermənistanın daxili bazarında enerji daşıyıcılarının qiymətinə təsir edir. O iddia edib ki, bu müddət ərzində İran maşınlarının axını azalıb və nəticədə yanacaq qıtlığı müşahidə edilib. Belə ki, bunun nəticəsində 29 oktyabrda Ermənistanda yanacaq qiymətləri qalxıb. Ancaq bu son olmayacaq. Onun sözlərinə görə, Ermənistanda maşınlar qiymətə görə daha çox maye qazla işləyir: “Məsələ burasındadır ki, maye qaz Ermənistana irihəcmli yük maşınlarında gətirilir. Bu maşınlar üçün Ermənistan hakimiyyətinin çəkdiyi alternativ dolama yollar isə çox dar və keçilməzdir. Elə bu səbəbdən İrandan Ermənistana idxal olunan benzin və maye qazın həcmi kəskin şəkildə azalıb. Bu, Azərbaycanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsinə nəzarət etməsi ilə əlaqəlidir. Bizim burada həqiqətən də ciddi problemlərimiz var və Gorus-Qafan yolunda baş verənlər maye qazın qıtlığına və qiymət artımına birbaşa təsir edir. Təkcə son bir ayda Ermənistanda maye qazın qiyməti 20 dram artıb”. Onun sözlərinə görə, qiymət artımı bununla məhdudlaşmayacaq. Davtyanın fikrincə, indiki çətin vəziyyətdə Rusiyanın maye qazı Ermənistan bazarı üçün müəyyən həyat xəttinə çevrilə bilər. O əmindir ki, İran-Ermənistan yolunun bağlı və ya təhlükəli olması səbəbindən erməni idxalçılar tədricən Rusiyadan idxala diqqət yetirəcəklər: “Amma bu ssenaridə də Ermənistan bazarı üçün gizli təhlükələr var. Fakt budur ki, Rusiya Federasiyasında daxili bazarı inflyasiya şoklarından qorumaq üçün maye qaz və benzinin ixrac həcminə kvotaların tətbiqi məsələsi vaxtaşırı müzakirə olunur. Bunu nəzərə alaraq deyə bilərik ki, bəli, Rusiya versiyasını müəyyən mənada xilasedici hesab etmək olar, lakin Ermənistanla bağlı oxşar qərar verilərsə, bu sahədə mümkün kəsiri aradan qaldırmaq çox çətin olacaq”. Bütün bunlar bir daha təsdiq edir ki, Gorus-Qafan yolunda SOCAR-ın yanacaqdoldurma məntəqəsində qiymətlərin daha ucuz olması, üstəlik Gorus-Qafan yolunun alternativ yoldan müqayisəedilməz dərəcədə rahatlığı Ermənistan vətəndaşlarının bu yoldan və SOCAR-ın yanacaq məntəqəsindən istifadəsini stimullaşdıracaq. Bu isə Ermənistan bazarına Azərbaycanın ilk nüfuzu hesab oluna bilər.

Bu arada bir məsələni də qeyd edək ki, dekabrın 1-dən Gorus-Qafan yolunda ermənilərin post-patrul xidməti fəaliyyətə başlayıb. Erməni diaspor komitəsinin rəhbəri Rüstəm Badasyan, hələ ki, Azərbaycan maşınlarının postdan keçmədiyini bildirib. Amma görünən odur ki, Ermənistan və İran maşınları Azərbaycan postlarından keçməyə məçburdur, Azərbaycanın o postdan keçməyə ehtiyacı yoxdur. Müxalif “Hayastan” blokunun deputatı Vahe Akopyan da bunu təsdiq edir: “Gorus-Qafan yolu Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Bu səbəbdən Gorus-Qafan yolu bağlıdır, yolun Azərbaycanın nəzarətində olan hissəsində artıq yanacaqdoldurma məntəqəsi quraşdırılıb. Bu kontekstdə Ermənistanın rəsmi strukturlarının gömrük və sərhəd məntəqələrinin bu ərazilərdə “güzgülü” quraşdırılması ilə bağlı açıqlamaları qəribə görünür. Çünki Azərbaycan tərəfinin bu yola ehtiyacı yoxdur”. Qafanın meri Gevorq Parsyan da bunu təsdiq edir və indiki vəziyyətdə yalnız ermənilərin özlərinin pis vəziyyətdə qaldığını qeyd edir: “Bu bizim üçün çox ciddi problemdir. Çünki Gorus-Qafan yolu bağlanıb və qəsəbələrə getmək üçün alternativ yol pis vəziyyətdədir. Yeganə seçim Mehri vasitəsilədir. Əslində, uzunluğu 7-8 kilometr olan və Qafana gedən yol 150 kilometrə qədər uzanır. 90-cı illərdə salınmış yeganə qısa alternativ yol keçilməzdir və üzərində ciddi iş aparılmalıdır”.

Ramil QULİYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ