şənbə günü, 14 noyabr 2026
     

Rəsulzadənin oğlu Heydər Əliyevə: “Bakıya gəlsəydim mənə ev verərdinizmi?” - MÜSAHİBƏ

Image


“Mən sürgündə doğulmuşam, uşaqlığım sürgündə keçib”

Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rais Rəsulzadənin 75 yaşı tamam olub. R.Rəsulzadə ilə 75 illik yubileyi günlərində görüşüb müsahibə götürdüm...

- Rais müəllim, 75 yaşınız tamam olub. Həyat yolunuz keşməkeşlidir, çoxrənglidir, burada ağrı-acının, sürgün adlı məhrumiyyətin, əzab-əziyyətin payı da az deyil...

- Sözün açığı, heç zaman yubiley keçirmək həvəsində olmamışam. 60, 70, 75 olsun, bu yaşa elə də çox fikir vermirəm. Bəzən inanmağım gəlmir ki, mənim 75 yaşım var. Gündəlik işlərimlə məşğul oluram, vaxtın necə gəlib-getdiyini bəzən bilmirəm. Ailəmizin başına böyük faciələr gəlib, məhrumiyyətlər yaşamışıq, Vətənimizdən Qazaxıstana sürgün edilmişik, elə bir ağrı-acı olmayıb ki, onu bizim ailəmiz yaşamasın. Amma bütün bunlara rəğmən çox nikbin adamam. Doğrudur, həmişə deyirlər ki, yaradıcı insanın uşaqlıq dövründə yaşadığı travmalar, hadisələr onun psixikasında dərin izlər buraxır. Bu doğrudur, uşaqlıqda yaşananlar birbaşa psixologiyaya təsir edir. Amma bununla belə mən nikbin adamam.

- Yəqin 75 illiyinizlə tədbirlər, sərgilər olacaq...

- Bəli, dostlar-tanışlar məni sərgi üçün tələsdirirlər.

- Bəs Rəssamlar İttifaqında necə sərginiz təşkil ediləcək?

- Bizdə bir ənənədir 70, 75 və digər yubiley yaşlarında sərgilər açılır. 70 illiyimdə ərizə yazmışdım sərgimin keçirilməsi ilə bağlı. Bu bir yaradıcılıq hesabatı idi. Rəssamlar İttifaqı mənim sərgimi proqrama saldı və sərgi keçirildi. Ümumiyyətlə, sərgiyə ciddi hazırlaşmaq lazımdır. 70 illiyimdə mənim 1 deyil, 4 sərgim açıldı. Bunlardan biri də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda oldu. Ankarada da “Bir dünya rəssamı Rais Rəsulzadə” adlı böyük bir tədbir keçirildi, ABŞ-da da sərgim oldu və sair. 75 illiyimdə də sərgi keçirməyimi istəyirlər. Sərgiyə hazırlaşmaq lazımdır. Əsərlərim var. İşlərimin müəyyən bir hissəsi Amerikadadır, başqa ölkədədir. Bəziləri şəxsi kolleksiyalarda, bəziləri qalereyalardadır, bəzilərini alıblar, bəzilərini hədiyyə etmişəm. 75 illik yubiley üçün sərgiyə kataloq çap etmək lazımdır. Mən sərgi üçün təkliflə razılaşdım və dedim ki, onda monoqrafiya tipli sanballı bir kataloq hazırlanmalıdır. Bu da həm vaxt, həm də vəsait tələb edir...Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyidir və ömrümün təxminən 50 ilə yaxını bu universitetlə bağlıdır, 1978-ci ildən orada dərs deyirəm. 

- Rais müəllim, siz necə oldu ki, Bakıya gəldiniz? 

- Bilirsiniz ki, ailəmiz Qazaxıstana - Karakandaya sürgün edilmişdi. Mən sürgündə doğulmuşam, uşaqlığım sürgündə keçib.  Bakıya Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumaq üçün gəlmişəm, rəssamlıq məktəbini bitirdikdən sonra isə Qazaxıstana qayıtmayıb Bakıda qaldım. Əzimzadəni bitirəndən sonra əsgər getdim...

- Demək, əsgəri xidmətə Bakıdan yola düşdünüz?

- Bəli, Biləcəridən.

- Orta məktəbdə, yaxud Rəssamlıq Məktəbində, əsgərlikdə sizin kim olduğunuzu, Rəsulzadənin nəvəsi olduğunuzu bilirdilərmi?

- Təbii bilmirdilər. O dövrdə Rəsulzadənin heç adını da çəkmirdilər. Əlbəttə, mən bilirdim Rəsulzadə mənim babamdır, amma onun hansı işlər gördüyünü bilmirdim. Azərbaycana gələndən və ali məktəbə qəbul olandan sonra ali məktəblər üçün yazılan üç cildlik “Azərbaycan tarixi”ndə Rəsulzadə haqqında yazılmışdı. Kitabda babam Sovet hökümətinin düşməni kimi təqdim olunurdu...

- Dostalarınızdan kimsə sizin Rəsulzadənin nəvəsi olduğunuzu bilmirdi? Yoxsa məlumatı olan vardı?

- Mənim Fazil Əliyev adlı bir dostum vardı. Onun qardaşı Azər Əliyev Kommunist Partiyasının Mərkəzi Komitəsində işləyirdi. İdeoloji məsələrə baxırdı. Dostum qardaşından soruşur ki, Məhəmməd Əmin Rəsulzadənin kim olduğunu bilirsən? Qardaşı cavab verib ki, sən onun haqqında haradan eşidibsən? “O, Sovet hökümətinin bir nömrəli düşmənidir” - deyib Azər Əliyev. Dostum ona “Məhəmməd Əmin Rəsulzadə Raisin babasıdır” cavabını verib. Belə şeylər olub.

- Eşitdiyimə görə, ataniz Azər Rəsulzadə hələ “xalq düşməni” “damğa”sından xilas olmamışdan əvvəl Bakıya gəlib qohumlarınızla görüşüb. Bu necə baş verib?

- Repressiya olunanlar “xalq düşmənləri” sayılırdılar. Ona görə də “xalq düşmənləri”nin övladlarını əsgər aparmırdılar. Onları katorqaya, ağır işlərdə, insan sağlamlığı üçün zərərli olan sahələrdə işləməyə aparırdılar, aparsalar da “ştrafnoy batalyona”a aparırdılar və onları minalı sahələrə buraxırdılar, ölən ölürdü, qalan qalırdı. Atamı da 1943-cü ildə Qazaxıstanın Tekeli şəhərinə, Çin sərhədinə ağır işdə işləməyə aparmışdılar. Atam çox ağır şəraitdə insan sağlamlığına zərərli olan işdə işləyirdi. Günlərin bir günündə qəfil atamı çağırıb, paltar və sənəd verib “sən İrana getməlisən” deyiblər. Atamı 1943-cü ildə İranın Məşhəd şəhərinə göndərirlər. Bu da Tehran konfransə ərəfəsində baş vermişdi. Sovet qoşunlarını İran meşələrində yerləşdirmişdilər, onlar gözləmə mövqeyində idilər. Atam Məşhəd şəhərinə gedir. Atam yaxşı tar çalırdı. Şəhərə çıxıb gəzəndə onu orada keçmiş qonşuları görüb tanıyıb və evinə dəvət edib. Deyib ki, tarını götür axşam bizə gəl. O vaxt iranlıları da sürgün edirdilər. Atam tarı götürüb qonaqlığa gedib, yeyib-içiblər, sonra siqaret çəkmək üçün bayıra çıxıb. Onda tanımadığı bir adam ona yaxınlaşıb və “sən Rəsulzadənin oğlusan?”- deyə soruşub. Atam da “hə” deyib. Həmin adam atama deyib ki, istəsən səninlə atanın görüşünü təşkil edərik. Atam da imtina edib. Düşünüb ki, birdən-birə məni Çin sərhədindən İrana gətirib burada atamla görüşümü təşkil etmək təklifinin irəli sürülməsi təsadüfi deyil, burada nə isə var. Atam şübhələnib, ona görə də “yox” deyib. Sonradan bu hadisə haqqında babama deyiblər, o da “düz edib, mən də olsaydım elə edərdim” cavabını verib. 1946-cı ildə atam əsgərlikdən qayıdarkən Bakıya gəlib və İçəri Şəhərə xalasının evinə gedib. Seyid Hüseynin ailəsinə - xalası evinə gəlib. Seyid Hüseynin həyat yoldaşı Ümugülsüm xanım atamın xalası idi. Atam danışırdı ki, içəri təzə girmişdim, oturmuşduq qapı döyüldü. Dedilər ki, pasportlar yoxlanılacaq. Atam şinelini geyib arxa qapıdan çıxıb gedib. Atam Bakıya bir neçə dəfə gəlib...

- Eşitdiyimə görə, Heydər Əliyevlə də görüşüb atanız. Bu doğrudur?

- Bəli.

- Görüş necə baş verdi? Nələrdən danışdılar?

- Bu hadisə atamın Bakıya son gəlişində baş vermişdi. 1991-ci il idi. Atam növbəti dəfə Bakıya gəlmişdi. Məktəb dostlarından biri ilə zəngləşib danışmışdılar, görüşməli idilər. Görüşün vaxtına hələ vaxt vardı. Atam mənə dedi ki, gəl Şəhidlər Xiyabanına gedək, şəhidlərimizi ziyarət edək. O vaxt orada 20 Yanvar şəhidləri dəfn edilmişdi. Şəhidlər Xiyabaınında şəhidlərimizi ziyarət etdik. Şəhidlər Xiyabanında heç kim yox idi, ikimiz idik. Birdən atam qoluma toxundu ki, o Heydər Əliyevdir. Mən də baxdım ki, həqiqətən odur. Onun da yanında jurnalistlər var idi. Özü də girəcəkdə idi, müsahibə verirdi. Onların hamısını araladı, düz bizim yanımıza gəldi. Atamla salamlaşdı, dedi ki, “Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?” Atam dedi, bəli. Heydər Əliyev dedi ki, “mən sizi bir dəfə televizorda görmüşəm. Necəsiniz? Nə var, nə yox? Eşitmişdim problemləriniz var. Səhhətiniz nə yerdədi?”. Atam da dedi ki, “Necə olacaq, "xalq düşməni" damğasını atmışam, gəlmişəm bura”. Heydər Əliyev də dedi ki, “Mən də "kommunist" damğasını atmışam. Sabah burada Milli Məclisdə çıxış etməliyəm”. Bizim burada 3 evimiz var idi, atam deyirdi ki, o evləri aldılar. Atam Heydər Əliyevdən soruşdu ki, “düzünü deyin, mən Bakıya gəlsəydim, siz mənə ev verərdiniz?”. Heydər Əliyev də atama dedi, “əlbəttə, sizə ev verərdim, niyə vermirdim. O vaxtı “Qlavlit”də müdür, bilikli mütəxəssis lazım idi, adam tapa bilmirdik. Bir gün gəldilər ki, biz adam tapmışıq, amma o olmaz. Dedim niyə? Dedilər, çünki Məhəmməd Əminin qohumudur. Mən də dedim o nə deməkdir ki? Gətirin vəzifəyə həmin adamı. Gəldi, fəaliyyət göstərdi, özünü doğrultdu da həmin adam. Ona görə o vaxt gərək gələrdiniz”. Bizimlə görüşdüyü dönəmdə Naxçıvanda fəaliyyət göstərirdi Heydər Əliyev. Ona görə deyirdi ki, “İndi mənim burada səlahiyyətim yoxdur, amma Naxçıvana gəlin, orada nə şərait istəyirsiniz sizə yarada bilərəm. Qeyd edim ki, orada mənim stolumun üstündə Leninin büstü var idi, onu atdıq, Məhəmməd Əmin Rəsulzadənin büstünü qoymuşuq, onun bayrağını asmışıq. Görüş belə oldu...

- Rais müəllim, sizinlə danışmaq həqiqətən də çox maraqlıdır... Amma nə edək ki, bunların hamısını bir yazıya sığışdırmaq olmaz. Bu yaşda ən böyük arzunuz nədir?

- Arzum budur ki, bütün balalar, körpələr xoşbəxt, savadlı, vətənpərvər böyüsünlər. Müharibə olmasın. Biz müharibə etməliydik. Çünki düşmən torpağımızı xoşluqla azad etmək istəmirdi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz, oğullarımız düşmənə həddini bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ