şənbə günü, 14 noyabr 2026
     

İrəvanın KTMT-də Bakıya məğlubiyyəti yeni vüsət alır

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr kimi Qırğızıstan və Qazaxıstanın Azərbaycanı ikinci Qarabağ müharibəsində qələbə qazanması münasibətilə təbrik etməsi Ermənistanda hələ də ciddi müzakirə mövzusudur. Bundan başqa, cari il noyabrın 8-də Belarus prezidentinin azərbaycanlı həmkarına telefon zəngi və regionda münaqişənin bitməsini, sülh prosesini dəstəkləməsini Ermənistanda unutmurlar.

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında ərazi bütövlüyünü bərpa edən Azərbaycanı təbrik edənlər sırasında yenə KTMT üzvlərinin də yer alması İrəvanda xüsusi narahatlıqla qarşılanır. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır: “Məlum olduğu kimi, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammiti baş tutub. Gözlənildiyi kimi, sammitdə Aşqabad Fəaliyyət Konsensusu adlı bəyannamə qəbul edilib. Diqqətəlayiqdir ki, bu sənəddə Azərbaycanın maraqlarına tamamilə uyğun olan və Azərbaycandan başqa üzv dövlətlər, yəni İran, Türkiyə, Pakistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan tərəfindən imzalanan ifadələr və paraqraflar yer alıb. Bu o deməkdir ki, KTMT-nin üç üzv ölkəsi olan Qazaxıstan, Tacikistan və Qırğızıstan işğal edilmiş ərazilərin azad edilməsinə və ərazi bütövlüyünün bərpasına görə Azərbaycanı və Azərbaycan xalqını təbrik edərək Bakıya dəstək bildirib”. Nəşr qeyd edir ki, bu bir daha KTMT-də Azərbaycanın mövqeyinin Ermənistanla müqayisədə daha çox dəstəkləndiyini nümayiş etdirir. Bu səbəbdən İrəvanın bu təşkilatın sıralarını tərk etməsinin vacibliyi yenidən ön plana çəkilir. İsrailli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel isə indiki vəziyyəti təsadüfi saymır: “Ermənistanın KTMT üzrə üç müttəfiq ölkəsi - Qazaxıstan, Tacikistan və Qırğızıstan Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib. İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası ilə əlaqədar KTMT-yə üzv olan üç ölkənin Azərbaycanı təbrik etməsi çox vacibdir. Bu o deməkdir ki, Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, Azərbaycanla yaxınlıq və tərəfdaşlıq onlar üçün Ermənistanla olan bütün assosiasiyalardan qat-qat üstündür". Onun sözlərinə görə, bu onu göstərir ki, KTMT-yə üzv dövlətlər Azərbaycana dəyər verir, onu özləri üçün yaxın ölkə hesab edir, onunla həmrəydir və qələbəsini, o cümlədən özləri üçün çox mühüm hadisə hesab edir: "Bu həm də onu göstərir ki, həmin ölkələr Ermənistanla münasibətləri korlamaqdan çəkinmir və KTMT ölkələrinin sırasında kimin kim olduğunu bilirlər". O qeyd edib ki, bu, Azərbaycanın həm diplomatik, həm beynəlxalq, həm də iqtisadi müstəvidə böyük qələbəsidir: "Təbii ki, Azərbaycanın gələcəyi bütün cəbhələrdə hərtərəfli tərəqqi və regionda vəziyyətin yaxşılaşmasıdır. Ermənistan fikrini dəyişməsə və düzgün qərar verməsə, düzgün nəticə çıxarmasa, o zaman indikindən də pis vəziyyətlə üzləşəcək".

 Ermənistanın “Past” nəşri isə yazır ki, KTMT-də üzləşdiyi yeni biabırçı məğlubiyyətə rəğmən, İrəvan hələ də bu qurumun sıralarını tərk etməyə cəsarət etmir: “Nikol Paşinyan sonuncu “mətbuat konfransı” zamanı qeyd edib ki, Ermənistanın KTMT-dən çıxmaq məsələsinə baxacağını düşünmür. Zahirən xüsusi sensasiya və ya yenilik ehtiva etməyən bu bəyanat əslində, necə deyərlər, “məhz elə-belə” verilməyib. Mənbəmizin məlumatına görə, Paşinyan bənzər müşahidəni xüsusi vurğu ilə edib, çünki əslində bu münasibətlə dərin müzakirələr baş verib. Məsələ burasındadır ki, bizdə olan məlumatlara görə, Ermənistan hakimiyyəti Rusiya tərəfindən müəyyən mesajlar alıb ki, son dövrdə Ermənistanda kəskinləşən anti-Rusiya kampaniyası ilə bağlı Moskvada olduqca ciddi narahatlıq keçirirlər”. Nəşr yazır ki, bu halda Ermənistan KTMT sıralaırını tərk etsə, Rusiyadan böyük zırbələr ala bilər: “Təşkilat sıralarında qalmaq da vəziyyəti dəyişmir. Digər üzvlər açıq şəkildə Azərbaycana dəstək verir, Ermənistanı heçə sayırlar”.

Avropa Partiyasının lideri Tiqran Xemalyan bunları təsadüfi saymır: “Paşinyan əvvəlkitək əməldə deyil, sözdə Rusiya ilə əməkdaşlığa üstünlük verir və bunu Kremldə də yaxşı bilirlər. Baş nazir tədricən, lakin böyük ehtiyatlılıq nümayiş etdirə-etdirə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Reallıqda Paşinyan çox ehtiyatlı şəkildə ölkəni KTMT və Avrasiya İqtisadi İttifaqından Qərbə – NATO və Avropa İttifaqına doğru çəkməyə can atır. Bu fonda artıq Qərbin həddən artıq böyük maliyyə, diplomatik və siyasi dəstəyini təsadüf saymaq olmaz. Bütün bu dəstəyi ilk növbədə Qərbin özünün maraqları ilə izah etmək gərəkdir. Onlar üçün Ermənistan İrana açılan qapı deməkdir. Bizim üçün başlıca məsələ Ermənistanın maraqlarının Qərbin maraqları ilə üst-üstə düşməsidir”. Partiya sədri hesab edir ki, Ermənistanın Rusiya orbitindən çıxması qaçılmaz prosesdir. Rus politoloq Aleksandr Perenciyevin də məsələyə münasibəti maraqlıdır: “İrəvan tez-tez KTMT mexanizmlərinin işləmədiyini iddia edir. Nikol əmin idi ki, müharibə başlayan kimi, Rusiya dərhal Azərbaycan torpaqlarının erməni işğalı altında qalması alətinə çevriləcək. Lakin Rusiya buna getmədi. Bu fonda İrəvan Rusiya və KTMT-dən qopmağa çalışır. Amma bu, Ermənistanın bir ölkə kimi sonunu gətirə bilər”.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ