şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın Soçi uğuru Ermənistanın gözləntilərini alt-üst etdi, erməni lobbisinin Brüssel planları “suya düşdü”…

Image


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə baş tutan görüşü ölkəmizdə yeni diplomatik uğur kimi qiymətləndirildiyi halda, İrəvanda tamam əks mənzərə müşahidə edilir. Təbii ki, bütün bunlar da səbəbsiz deyil. Məsələ burasındadır ki, Soçi bəyanatında Azərbaycanın mövqeyi tam şəkildə əks olunmaqla, ölkəmiz qarşısına qoyduğu məqsədlərə çatıb. Bəyanata nəzər saldıqda görmək olar ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi yoxdur. Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir.

Bundan başqa, Soçidə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə də bağlı qərarlar qəbul olunub. Qeyd edilənlər birmənalı şəkildə ölkəmizin maraqlarına cavab verir. Bəyanatda görüşün iştirakçısı olan ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və ona dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər. Bundan başqa, ən önəmli məsələlərdən biri də odur ki, Rusiya prezidenti mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətməklə bu məsələnin həyata keçirilməsinə öz dəstəyini ifadə etdi. Eyni zamanda, bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi də çox önəmli məsələ olmaqla yanaşı, sülh danışıqlarını daha çox ikitərəfli formata yönəldir. Bununla da status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılır. Beləliklə, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib. Bütün bunlar deməyə əsas verir ki, noyabrın 26-da Soçidə imzalanmış üçtərəfli bəyanat ölkəmizin yeni diplomatik uğuru olmaqla bərabər, həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılmış mühüm addımdır. Elə bu fonda da Ermənistanda Soçi görüşündən narazılıq artır. Erməni siyasi şərhçi Ambarsum Kabanyan isə məsələnin olduqca maraqlı məqamlarına toxunur: “Ermənistanın tarixi şansı var idi. Böyük işlər görülmüşdü, pullar tökülmüşdü, diasporumuzun əsas işi bundan ibarət idi – 15 dekabr Brüsseldə baş tutacaq sammitdə İlham Əliyevlə Nikol Paşinyanın görüşü və bu zaman bəzi Qərb ölkələrinin İrəvanın maraqlarını qoruması. Amma Vladimir Putin bütün planlarımızı alt-üst etdi. Bu plandan heç kəsin xəbəri yox idi – məxfilik qoruna bilmədi. Kreml hər şeyi anladı və Soçi üçtərəfli görüşünü təşkil etdi. Soçidə isə Əliyev yenidən siyasi qələbə əldə etdi. Putin elə etdi ki, Brüssel görüşü formal xarakter daşıyacaq bir protokol görüşünə çevrildi. İrəvan bundan güclü zərbə ala bilməzdi. Maraqlısı da odur ki, Soçi görüşündə ictimailəşdirilməyən bir neçə məqam da öz həllini tapıb. Sözsüz ki, Bakının lehinə. İndi dediklərim Ermənistan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, deyəcəm: günah Paşinyanda deyil. Onun yerində kim olsaydı, eynilə hərəkət edərdi. İnanın ki, bu həqiqətdir”.

Ermənistan parlamentinin deputatı Ayk Mamicanyan da Soçi görüşünün ölkəsinin növbəti diplomatik məğlubiyyəti olduğunu bildirir: “Soçidə imzalanmış bəyanatda Ermənistanın maraqlarına cavab verən bir bənd də tapmadım. Bəyanatda nə hərbi əsirlərin geri qayıtma tarixi, nə Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında həlli məsələsi, nə də Qarabağın statusu qeyd olunur”. Mamicanyan Nikol Paşinyanın danışıqlar aparan şəxs kimi görünmədiyini, danışıqlar masası arxasında yox, hardasa masanın altında olduğunu deyərək baş naziri tənqid edib: “Paşinyanın mətbuat konfransı yalanlar toplusu idi, onun açıqlamaları yalnız daxili auditoriya üçün nəzərdə tutulub. Baş naziri məhbus və sərhəd məsələləri maraqlandırmır, ancaq dövlət bağ evinin olması, hakimiyyətdə qalması maraqlandırır. Şuşa məsələsinin müzakirə mövzusu olması iyrənc yalandır. Şuşa məsələsinin danışıqlara daxil edildiyi ilə bağlı ən azı bir sənəd olsaydı, çoxdan dərc olunardı”. Erməni siyasi ekspert Lusina Aroyan da eyni mövqeni bölüşür: “Soçi bəyanatı tamamilə Azərbaycanın maraqlarına uyğundur, burada “Qarabağın statusu”ndan ümumiyyətlə danışılmır. Bu sənəddə əsas vurğu yenə də nəqliyyat marşrutlarının açılmasına yönəlib və hamımıza aydındır ki, bu, ilk növbədə Türkiyə və Azərbaycanın maraqlarına uyğundur. Yəni sənəddə ancaq Azərbaycan marağı önə çəkilib. Üstəlik, Qarabağın statusundan ümumiyyətlə söhbət getmir. Beləliklə, Ermənistanla Azərbaycan arasındakı müzakirələr və münasibətlər aydınlaşır”. Ekspert Ermənistan rəhbərliyinin Qarabağa olan iddiasından əl çəkdiyini deyib. Onun sözlərinə görə, Ermənistan bu sənədi imzalamaqla, əslində 10 noyabr bəyanatına sadiqliyini nümayiş etdirib: “Yəni 10 noyabr kapitulyasiya sənədinin bəndlərini yerinə yetirməyi təsdiqləyir. Amma yeni sənəddə əsirlərin qaytarılması barədə heç nə yoxdur”. Lusina Aroyan bu anlaşmanın son olmadığını, əsas razılaşmaların qabaqda olduğunu iddia edib: “Sadəcə, Paşinyana bizim üçün ağrılı nəticələri olacaq razılaşmaların əldə olunmasından ötrü vaxt verilib”. Rusiyalı analitik İqor Korotçenko isə bunları təsadüf hesab etmir: “Soçidə sərt şəkildə Nikol Paşinyana yeri göstərilib və üçtərəfli bəyanatın yerinə yetirilməsinin vacibliyi ona anladılıb”. Onun sözlərinə görə, Brüssel sammitində Paşinyan Amerika və Avropa “kartı”nı oynamağa çalışacaq: “Lakin Rusiya Soçidə sammit keçirməklə Ermənistanın Brüsseldə öz gündəliyini irəli sürmək imkanlarını azaldıb”.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ