şənbə günü, 14 noyabr 2026
     

Qərb və Rusiya Ukraynada sürətlə müharibəyə yaxınlaşır

Image


Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsi Qərbdə getdikcə daha böyük narahatlığa yol açmaqdadır. İndi həm Ukraynada, həm də Qərbdə Kremlin irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdığı barədə qənaət də get-gedə artır.

ABŞ-ın Dövlət katibi Entoni Blinken bu fonda Moskvaya xəbərdarlıq edib ki, Ukraynaya hər hansı yeni aqressiya ciddi nəticələrə səbəb olar. Blinken Rusiyanın sərhədə qoşun yığmasını qeyri-adi hal adlandıraraq deyib ki, Rusiya tərəfdən hər hansı qızışdırıcı hərəkət Birləşmiş Ştatları ciddi narahat edəcək. Bu vəziyyətdə ABŞ NATO-nun şərq sərhədi boyunca qüvvələrini möhkəmləndirməsi, Ukrayna ordusuna əlavə dəstək istiqamətində də müvafiq addımlar atılacağını bildirib. Bunlara cavab olaraq Rusiya prezidenti Vladimir Putin NATO və ABŞ-ın xəbərdarlığına xəbərdarlıq olaraq bildirib ki, ABŞ-ın başçılıq etdiyi NATO qüvvələri Ukraynada Moskvanı bir neçə dəqiqə ərzində vura biləcək raketlər yerləşdirsə, Rusiya hərəkətə keçməyə məcbur olacaq. Putin Ukrayna barəsində “qırmızı xətlər” qoymaqdan bir az da irəli gedərək bildirib ki, Rusiya NATO-nun Ukrayna torpağında təkmil raket sistemləri yerləşdirməsinə cavab verəcək: "Ukrayna ərazisində Moskvaya uçuş müddəti 7-10 dəqiqə, hipersonik silahlar yerləşdirildiyi təqdirdə 5 dəqiqə olan raketlər peyda olsa, bəs biz neyləyək? Biz də onda gərək bizi hədələyənlərə qarşı buna bənzər nəsə yaradaq”. Putin bu yaxınlarda Rusiyada keçirilmiş hipersonik silah sınağına istinad edərək, hazırda Moskvanın belə imkanlarının olduğunu deyib. Moskva hipersonik raketlərinin səsdən 9 dəfə iti uçduğunu iddia edir. Amma Britaniyanın xarici işlər naziri Liz Truss qeyd edib ki, NATO-nun Rusiyanı təhrik etməsi fikri aşkar yalandır: “Tərəfdaşlarımızın azadlıq və demokratiyasına zərbə vuracaq hər hansı addım strateji səhv olar”.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba isə bildirir ki, Rusiya onun ölkəsilə sərhədə, işğal etdiyi Krıma, eləcə də Rusiyapərəst separatçıların idarə etdiyi Luqansk və Donetsk regionlarına 115 min əsgər və ağır texnika yığıb:  “Rusiyanın qarşısını almaq üçün indi hərəkətə keçmək lazımdır, sonra deyil. Gördüyümüz çox ciddi məsələdir. Ən pis ssenari Rusiyanın 2008-ci ildə Gürcüstana və 2014-cü ildə Ukraynaya hücumu kimi Avropanın bütün təhlükəsizlik arxitekturasını pozmağa və sərhədləri güc yolu ilə yenidən cızmağa cəhd etməsi ola bilər”. XİN rəhbəri Rusiyanın niyə məhz indi belə bir ssenariyə əl atma ehtimalının olduğu ilə bağlı fikirlərini bildirib: "Sadəcə ona görə ki, Rusiya belə bir planı həyata keçirmək üçün fürsət görür. Bizim əsas avropalı müttəfiqlərimiz - Almaniya və Fransa öz daxili problemlərinə diqqət yetirirlər. Almaniyada bu yaxınlarda Bundestaq seçkiləri keçirildi. Fransa isə tezliklə seçki keçirməyə hazırlaşır. Rusiyanın geosiyasi qaz kəməri layihəsi olan “Şimal axını-2” sertifikatlaşdırma mərhələsindədir. Vladimir Putin hesab edir ki, Qərb, xüsusilə indi zəif və qətiyyətsizdir. O əmin ola bilər ki, balansı dəyişmək üçün doğru andır. İnanıram ki, biz onun səhv olduğunu sübut etməliyik. Biz bunu edə bilərik. İndi əsas məqsəd Rusiyanı cilovlamaq və onu növbəti aqressiv hərəkətlərdən yayındırmaqdır". Belə bir vaxtda yayılan məlumatlara əsasən, Voronejdən Ukrayna istiqamətində 203 millimetrlik  2S7 "Pion” özüyeriyən artilleriya sistemləri yüklənmiş dəmir yol eşelonunun hərəkəti qeydə alınıb. Bundan əvvəl “Pion” özüyeriyən artilleriya sistemlərinin heç vaxt Ukrayna sərhədləri yaxınlığında yerləşdirilmədiyi qeyd olunur, 47.5 kilometr maksimal atəş məsafəsinə malik olan bu qurğular həm də nüvə başlıqlı mərmilər ata bilir. Digər məlumata görə, Rusiya Ukrayna sərhədləri yaxınlığında xüsusi rejim tətbiq edib və sərhədin 30 kilometrliyində, Boquçar və Kantemirovsk yaşayış məntəqələri arasında nəzarət-buraxılış məntəqəsi yerləşdirib. Sərhəd zonasına ancaq xüsusi icazə ilə daxil olmaq mümkündür. Rusiya dövlət televiziyasının bu barədə Voronejdən hazırladığı süjetdə Ukrayna istiqamətində BMP və BTR-lərdən ibarət hərbi texnika kolonlarının da getdiyi görünüb. Bu durumda ABŞ və NATO rəhbərliyi əvvəlki kimi Rusiyanın şaxtalar düşəndən sonra Ukrayna üzərinə hücuma keçə biləcəyi barədə bir-birinin ardınca xəbərdarlıqlar edir, o cümlədən  ABŞ və Avropa ölkələrinin mümkün Rusiya hücumuna qarşı birgə cavab tədbirləri barədə danışıqlar aparılır. Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı qüvvələrinin komandanı, general Sergey Nayev isə yaranmış vəziyyətdə ABŞ-dan hərbi dəstək istəyib. General ABŞ-ın Kiyevdəki hərbi attaşesi Brittni Stüartla görüşündə xahiş edib ki, Ukrayna qüvvələrinə konsultativ-ekspert dəstəyi və əhəmiyyətli ölçülərdə praktiki dəstək göstərilsin. Amma ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, general Ben Hoces hesab edir ki, Rusiya ilə müharibə Ukraynanın məğlub olması ilə nəticələnəcək. Onun sözlərinə görə, Ukrayna irimiqyaslı hərbi münaqişəyə hazır deyil: “Ukraynaya Moskva ilə döyüş əməliyyatları aparmaq üçün güclü artilleriya, müxtəlif istiqamətlərdə Rusiyanın zərbələrinə çevik reaksiya verə bilən yüksək mobilli mexanikləşdirilmiş qüvvələr lazımdır. Ukrayna ordusu üçün Rusiyanı ciddi itkilərə məruz qoymaq uğur hesab edilə bilərdi, amma hazırda Kiyev Rusiya ordusunu geri çəkilməyə məcbur edəcək gücə malik deyil”.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ