Bazar günü günü, 04 oktyabr 2026
     

Saxta “erməni soyqırımı”na muzey açdıqları bəs deyilmiş, üstəlik, Naxçıvanı və qondarma “Artsax”ı da ayrıca “soyqırım” araşdırma məkanı adlandırırlar

Image


Ermənistanın Azərbaycana qarşı təxribatları azalmaq əvəzinə, günü-gündən artmaqdadır. Yüz ildən artıqdır ki, qondarma “erməni soyqırımı”nı əllərində bayraq edən Ermənistan və ermənilər yeni-yeni iddialar sərgiləməkdədirlər. 

Erməni mətbuatında yeni cəfəngiyyatlar yer almaqdadır. İrəvandakı “Erməni soyqırımı” Muzey-institutunun direktoru Arutyun Marutyan News.am saytına müsahibəsində bildirib ki, Azərbaycanla yanaşı, “Artsax” və Naxçıvanda “erməni soyqırımı”nı araşdıracaq şöbənin açılması reallaşacaq və artıq Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən rəsmi razılıq verilib.

Saxtakarlıqla dolu cəfəngiyyatlarını davam etdirən muzey direktoru onu da deyib ki, “Azərbaycan yenə “Albaniya nəzəriyyəsi”ni aktiv şəkildə “qabağa verir”.

Ermənistanın sözügedən şöbəni yaratmaqda məqsədinin Azərbaycana qarşı yeni saxta iddialarda bulunmaq olduğunu deyən ekspertlər hesab edirlər ki, ermənilər Qafqaza gəlmə olduqlarını, hansı yollarla köçürülüb bizim torpaqlarda məskunlaşdırıldıqlarını ört-basdır etmək üçün bu kimi saxtakarlıqlarını davam etdirirlər.

  • “Həmin təxribatçı şöbənin yaradılmasında məqsəd azərbaycanlılara qarşı törədilən soyqırım aktlarının saxtalaşdırılmasıdır”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə qeyd etdi ki, Qarabağın və Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu həm bütün dünya bilir, həm də BMT tərəfindən rəsmən tanınıb və qəbul edilib.

M.Zülfüqarlının sözlərinə görə, Ermənistanın tamamilə yeni əsassız iddiaların “araşdırılması”, “öyrənilməsi” və “beynəlxalq aləmdə təbliği” ilə bağlı yaratmaqda olduğu şöbənin fəaliyyəti erməni yalanlarını, ənənəvi erməni xəstəliyini əhatə edə bilər. Müsahibimiz bildirdi ki, baş verənlər Ermənistanın 44 günlük müharibədə uğradığı məğlubiyyətdən hələ də nəticə çıxara bilmədiyinin göstəricisidir. Uzun müddətdir Naxçıvana qarşı ərazi iddiaları irəli sürən ermənilərin bu çirkin niyyətlərinin arxasında onların azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətlərini gizlətmək cəhdləri dayandığını deyən M.Zülfüqarlı hesab edir ki, Ermənistan, ənənəvi olaraq, yenə də tarixi saxtalaşdırmaqla məşğul olduğunu sübut edir: “Tarixən özünün vətəni olmayan erməni toplumu özündən  miflər uydurub, yalanlar yaradıb. Bu toplum “torpaq xəstəsidir”. Erməni tarixçilərinin uydurduqlarına, o cümlədən də qondarma “erməni soyqırımı”na özləri o qədər inanıblar ki, bundan əl çəkə bilmirlər. Bunun da günahı qondarma tarix yaradan, yazan və cəfəngiyyatları ermənilərin beyinlərinə yerləşdirən erməni tarixçiləridirlər. Erməni tarixçiləri və ideoloqları erməniləri “erməni soyqırımı” xəstəliyinə yoluxdurublar, onlar heç vaxt bu uydurmadan, bu nağıldan əl çəkə bilmirlər. Ona görə də şərait yaranan kimi yalan, uydurma “erməni soyqırımı” məsələsini təbliğ edirlər. Bunlar o qədər düşüncəsiz, ağılsız toplumdur ki, Naxçıvanı və Qarabağı tamam başqa cür qələmə verməyə cəhd edirlər. Məsələ burasındadır ki, 1918-ci ildə və ondan əvvəlki dövrlərdə erməni daşnakları Naxçıvanda, Qarabağda, Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı soyqırım cinayətləri törədiblər. Hətta Cənubi Azərbaycanda və indiki Ermənistan ərazisində də xalqımızı soyqırıma məruz qoyublar. Azərbaycana qarşı növbəti təxribat həyata keçirən Ermənistan nəinki erməni daşnakları tərəfindən törədilən Xocalı soyqırımını, eləcə də 1918-ci ildə azərbaycanlılara qarşı genosid aktlarını saxtalaşdırmaqla məşğul olur. Əslində, Ermənistanda həmin təxribatçı şöbənin yaradılmasında məqsəd azərbaycanlılara qarşı törədilən soyqırım aktlarının saxtalaşdırılmasıdır ki, guya ermənlər azərbaycanlıları deyil, azərbaycanlılar erməniləri “genosid” ediblər. Onlar bu istiqamətdə təxribatlara çoxdan başlayıblar. “Artsax” və Naxçıvanda “erməni soyqırımı”nın “ayrıca araşdırılması”na gəlincə, bilirsiniz ki, 1918-ci ildə erməni daşnakları Naxçıvanda və Qarabağda da azərbaycanlılara qarşı soyqırım cinayətləri həyata keçiriblər, indi ermənilər bunu dünyaya əks istiqamətdə çatdırmaq kimi məkrli məqsəd güdürlər.

Necə ki, 1915-ci ildə Türkiyədə yaşayan ermənilər Türkiyəyə xəyanət edərək Çar Rusiyası tərəfinə keçiblər və türk əhalisini qırıblar, soyqırım ediblər, sonra da dünyaya car çəkiblər ki, türklər erməniləri “soyqırıma məruz qoyublar”. Ermənistan belə saxta iddialarla heç bir vaxt uzağa gedə bilməyəcək, onlar nə qədər tarixi saxtakarlıqlar edəcəklərsə, bir o qədər də erməni toplumu ondan əziyyət çəkəcək”.  

M.Zülfüqarlının sözlərinə görə, Ermənistan gündə bir mərkəz, bir şöbə yaradır, burada qondarma, saxta tarix quraşdırmaqla, Azərbaycana qarşı iftira atmaqla məşğul olurlar, beynəlxalq aləmə tamamilə yalan informasiyalar verirlər. Azərbaycanda hansı səbəbdən qondarma erməni iddialarını, “soyqırım”ını ifşa edən qurum və mərkəzlərin yaradılmadığına gəlincə, M.Zülfüqarlı dedi ki, bu bizim ən yaralı yerimizdir. Onun sözlərinə görə, bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var, lakin bəzi aidiyyəti qurumlar bu məsələdə biganəlik nümayiş etdirirlər. “Biz əgər cəbhədə qazandığımız qələbəni ideoloji, təbliğat sahəsində də daha uğurla aparmaq istəyiriksə, tariximizi daha yaxşı təbliğ etməliyik. Bunun üçün xüsusi mərkəzlər açmalıyıq, saxta erməni “soyqırım”ını ifşa etməliyik, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarını bütün dünyaya çatdırmalıyıq. Biz bu məsələlərdə gecikirik. Ermənilər təkcə 1918-ci ilin martında soyqırım törətməyiblər ki, ayrı-ayrı vaxtlarda da bu cinayətkar əməllərini həyata keçiriblər. Bizim babalarımız tarix yaradıblar, amma yazmayıblar, bundan isə şovinist, məkrli erməni tarixçiləri istifadə ediblər. Heç olmasa XXI əsrdə biz bu problemləri dərk etməli və onların düzgün həllinə təşəbbüs göstərməliyik, səlahiyyətli qurumlar da buna dəstək verməlidirlər” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:50
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 10:18
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ