Bazar ertəsi günü, 14 iyul 2025
     

Azərbaycana YUNESKO üzvlüyündə qalmaq, haqq ödəmək lazımdırmı… - Aydın QULİYEV yazır

Image

İslam dünyasının ən böyük mədəniyyət təşkilatı olan İSESKO-nun Azərbaycana göstərdiyi davamlı həssaslıqlardan sonra BMT-nın oxşar təmayüllü xüsusi təşkilatı sayılan YUNESKO-nun Azərbaycana davamlı qeyri-dəqiq siyasətinin ayrı-ayrı məqamlarına bir daha baxmaq lazım gəlir.

Bu günlərdə işğaldan azad edilmiş ərazilərimizə səfər edən və Prezident İlham Əliyevlə görüşən İSESKO-nun davranışları hara, əslində ermənipərəst mövqe tutan YUNESKO-nun siyasəti hara...

Bu gün YUNESKO ilə Azərbaycanın münasibətlərində baş verənlər tam siyasi və qurumun prinsiplərinə uyğunsuz xarakterdədir. Bunu hər bir Azərbaycan vətəndaşı bilməli və təşkilatla Azərbaycanın münasibətlərinə prinsipial yanaşmağı bacarmalıdır. Aradakı gərginliyin səbəbi siyasidir və YUNESKO-nun öz prinsiplərinə zidd siyasəti ilə bağlıdır.

Məsələ belədir. 1988-ci ildən bu yana düz 32 il ərzində təcavüzkar Ermənistan Azərbaycan xalqının milli tarixi, mədəni və islam-xristian abidələrini qədim dünyanın barbar, vandal, ostqot və vestqot tayfalarına xas tərzdə məhv və təhqir etdi, saxtalaşdırdı, özününküləşdirdi. Azərbaycan və şəxsən Prezident Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatlara ermənilərin din-mədəniyyət barbarlıqları barədə faktlar təqdim etdi, çağırışlar etdi. O cümlədən YUNESKO-ya etdi. Halbuki xüsusi çağırışları gözləmədən YUNESKO müstəqil hərəkətə keçməli, BMT-nin bayrağı altında gəlib Ermənistanın işğal etdiyi ərazilərimizdə törətdiklərini hesabata almalı, gərəkli hüquqi-siyasi addımları atmalı idi. Yerindən də tərpənmədi, cinayətkar sükut göstərdi, Azərbaycanın neçə-neçə abidələrinin xilası üçün son addımı atmadı.

YUNESKO BMT-nin elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın təşviqi ilə dünyada sülh və təhlükəsizliyə töhvə verməli olan ixtisaslaşmış təşkilatıdır. O xalq, millət, din, cins fərqi qoymadan dediyimiz üç sahədə qərəzsiz, tərəfsiz öz işini görməlidir. Halbuki 32 il susdu, ancaq 44 günlük müharibə dövründə Ermənistan guya "Azərbaycan ərazilərində xristian irsi üçün genosid həşiri" qaldıranda hərəkətə gələrək bəyanat verdi və bu ərazilərə missiya göndərmək istədiyini bildirdi. Heç fərqinə varmadı ki, Bakıda erməni kilsəsini xüsusi dövlət himayəsinə alan ölkədə xristian irsi üçün heç bir təhlükə ola bilməz. Daha doğrusu onu barmağı ilə idarə edənlər fərqinə varmağa imkan vermədilər. Soruşan da olmadı ki, məgər YUNESKO təkcə xristian irsinin himayəçisidir? Bu davranışlardan sonra YUNESKO-nun işğaldan azad edilmiş rayonlarımızda İslam irsinə də xristian irs təəssübkeşliyi ilə yanaşacağına, ümumən fərq qoymadan yanaşacağına necə inanmaq olar?! Elə bu anda Prezident İlham Əliyevin " YUNESKO ilə münasibətlərimiz daha bizim prinsiplərimizə uyğun qurulmalıdır" kimi tam haqlı bəyanatını xatırlamaq lazım gəlir.

Bundan sonra nə etməliyik ki, Azərbaycana ermənipərəst mövqedən yanaşanlar lazımi nəticəni çıxarsınlar?

Azərbaycanın belə təşkilata hər il niyə üzvlük haqqı ödəməsi üzərində düşünmək üçün əsaslar artıq yaranıb. YUNESKO bizim dövlət və ictimai mənafelərimizə qarşı bunlardan artıq nə etməlidir?

Fakt. 2011-ci ildə YUNESKO Fələstin muxtariyyatını üzv qəbul etdiyinə görə ABŞ və İsrail təşkilata 2012-ci il üçün üzvlük haqqı ödəməkdən imtina etdi. Halbuki YUNESKO-nun Fələstin muxtariyyatı ilə bağlı qərarında qaydasızlıq yox idi. 2017-ci ildə isə ABŞ, İsrail, Kanada, Avstraliya təşkilatın üzvlüyündən çıxaraq sadəcə müşahidəçi statusunda qaldılar. Tam əsaslara malik analoji əks təsir addımlarını Azərbaycan niyə atmalı deyil?

1954-cü ildən mərkəzi qərargahı Parisdə yerləşən YUNESKO-nun erməni təsirindən asanlıqla çıxacağını düşünmək çətindir.

YUNESKO İkinci Dünya müharibəsindən sonra Avropada məktəblərin və təhsildə əlaqələrin bərpası üçün icra etdiyi xüsusi proqramların hansı bir hissəsini ermənilərin viran qoyduğu məktəblərimizə, qətl etdikləri azərbaycanlı müəllim və şagirdlərə göstərdi?

YUNESKO-nun 2000-ci ildə bəyan etdiyi bütün dünyada "hər kəs üçün təhsil" platforması həqiqətən seqreqasiyasız bir platformadırsa ermənilərin Azərbaycan təhsilinə və mədəniyyətinə vurduğu ziyana bu qədər görməzdən gəlməzliyinin adı nədir?... Azərbaycanın YUNESKO ilə münasibətlərdə yeni kurs yürütməsi üzərində düşünməyə dəyər... Hamıya görk olsun deyə...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910