“30 illik həsrətimizə son qoyduğunuz üçün...” - Tərtərin Qaynaq kəndindən şəhid atasının Prezidentə yazdıqlarından...

img

“27 sentyabr 2020-ci il tarixində başlamış, 44 gün ərzində davam etmiş Vətən müharibəsində Sizin rəhbərliyinizlə rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində qazandığınız böyük zəfərə görə, 30 illik torpaq həsrətimizə son qoyduğunuz üçün bütün Azərbaycan xalqı Sizə minnətdardır.

Sizin tapşırığınızla Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərə böyük diqqət və qayğı göstərildiyi üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Bu haqq savaşında canından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyirəm. Allah Sizi dövlətimizin və xalqımızın başının üstündən əskik etməsin!

Sizə möhkəm cansağlığı, uzun ömür, qarşıdakı yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Bunu Tərtər rayonunun Qaynaq kəndindən şəhid atası Əliyev Hətəm Surxay oğlu Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirib.

Baki-xeber.com

Son xəbərlər