Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənistanın 30 ildə məscidlərlə bərabər Alban xristian irsinə də qənim kəsilməsinin səbəbi - Prezident beynəlxalq dairələr üçün də düşündürücü fakt verdi...

Image


“Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər”. Bu fikirləri Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur, bu da danışıqları sonsuz və faydasız etmək idi və bu da baş verdi. Çünki, demək olar ki, bu 30 illik danışıqlar prosesində heç bir nəticə yox idi. Yalnız danışıqlar, yalnız səfərlər, yalnız bəyanatlar var idi, lakin heç bir nəticə yox idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi.

Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirir və onları tarixi Şuşa şəhəri də daxil olmaqla, tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar. Şəhər və kəndlərimizin adlarını dəyişirdilər, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilər. Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər”.

Prezident İlham Əliyev ermənilərin qanunsuz məskunlaşması nəticəsində Qafqaz Albaniyasının kilsəsinin erməni kilsəsinə çevrildiyini və onların qədim alban irsinə vurduğu ziyanları əsaslı şəkildə  vurgulayıb.

  • “Bu əsaslı faktlardan digər beynəlxalq təşkilatlar da, bütövlükdə, beynəlxalq aləm nəticə çıxarmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin Ermənistanın 28-30 il müddətində bizim ərazilərimizdə apardığı qanunsuz məskunlaşdırma siyasəti nəticəsində Qafqaz Albaniyası irsini saxtalaşdırması, alban kilsəsini qriqoryanlaşdırması cinayətlərini bir daha vurğulması müsbət haldır. V.Abışov xatırlatdı ki, ölkə başçısı azad edilmiş torpaqlarımıza səfərləri zamanı da erməni vandallarının bizim tarixi-mədəni irsə qarşı törətdiyi vəhşilik, vandalizm cinayətləri barədə danışdı və beynəlxalq aləmə, beynəlxalq təşkilatlara erməni cinayətlərinə göz yummamaqla bağlı çağırış etdi.

V.Abışov qeyd etdi ki, ermənilər son 30 ildə Azərbaycanın maddi-mədəni irsinə qarşı dünyada analoqu olmayan cinayətlər, vandalizm aktları törədib, məscidlərimizi, müsəlman abidələrini dağıdıb, Qafqaz Albaniyası dövrünə aid olan tarixi irsi mənimsəyib, Alban kilsəsini erməni kilsəsi olaraq qələmə veriblər. “Ermənilər işğal dövründə abidələrimizi, muzeylərimizi, məscidlərimizi, körpülərimizi, bulaqlarımızı, bir sözlə, maddi-mədəni irsimizi məhv edib, məhv edə bilmədiklərini isə saxtakarlıqla erməniləşdiriblər. Xüsusilə də Qafqaz Albaniyasına aid olan maddi-mədəni irsi, qədim alban xristian kilsələrini isə özününküləşdirməyə, “erməni dini abidəsi” kimi qələmə verməyə çalışıblar. Qədim alban kilsələrində xaçları dəyişdiriblər, oradakı alban yazılarını silib erməni dilində yazıblar, erməni xaçları qoyublar, “təmir” adı altında o məbədlərin quruluşuna belə xələl gətiriblər. Yəni məhv etdiklərini məhv ediblər, yandırdıqlarını yandırıblar, erməniləşdirə bildiklərini isə erməniləşdiriblər. Ermənilər Qafqaz Albaniyasına aid kilsələri qriqoryan kilsəsinə çevirmək üçün bütün mümkün cinayətləri ediblər. Hesab edirəm ki, cənab Prezident ISESCO-nun baş direktorunun rəhbərlik etdiyi missiyanı qəbul edərkən ermənilərin Qafqaz Albaniyasına aid olan kilsələrə, mədəni irsə qarşı cinayətlərini çox kəskin şəkildə qoymaqla dünyaya mesaj verdi ki, ermənilərin cinayətləri cavabsız qalmayacaq. Prezident həm də bununla bildirmək istədi ki, ISESCO da bu məsələ ilə bağlı mövqeyini ortaya qoymalı, fəaliyyətini gücləndirməlidir. Ölkə başçısının təqdim etdiyi bu əsaslı faktlardan digər beynəlxalq təşkilatlar da, bütövlükdə, beynəlxalq aləm nəticə çıxarmalıdır və erməni saxtakarlığına, cinayətlərinə qarşı susmamalıdır. Eyni zamanda, ermənilərin bu cinayətlərinə mütləq şəkildə reaksiya verməli, erməni vandalizminin, erməni vəhşiliyinin cavabı beynəlxaq qanunların tələb etdiyi şəkildə verilməlidir. Cənab Prezidentin bu məsələnin üzərinə dönə-dönə getməsi dünya üçün bir mesajdır. Ümumiyyətlə, beynəlxalq səviyyəli ekspertlərdən ibarət komissiyanın yaradılması, onların azad olunmuş ərazilərə gəlib erməni vandalizminin dəhşətləri ilə bağlı rəy hazırlaması çox vacibdir. Dövlət başçısı da bunu vurğulayıb. Hesab edirəm ki, bu çox müsbət addımdır və yaxın gələcəkdə Ermənistan beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmə qarşısında törətdiyi cinayətin hesabatını verəcək və cəzasını alacaq. Ermənistan tərəfindən Azərbaycana vurulan zərərlər mütləq ödənilməlidir. Çünki ermənilər bu cinayətləri torpaqlarımızı işğal etdikdən sonra müharibə getmədiyi vaxtda törədiblər. Ermənilər bütün bu cinayətləri qəsdən törədiblər. Müharibənin getmədiyi heç yerdə belə iş olmayıb. Müharibə gedəndə, təbii ki, dağıntılar olub, amma müharibədən sonra olmayıb.

Azərbaycan 44 günlük müharibədən sonra torpaqlarını azad etdi və sübut olundu ki, bəli, abidələrimiz müharibə zamanı yox, 30 il işğal dövründə ermənilər tərəfindən qəsdən dağıdılıb. Düşünürəm ki, dövlətimizin erməni vandalizminin beynəlxalq aləmdə ifşa edilməsi, bu cinayətlərə beynəlxalq hüquq müstəvisində qiymət verilməsi istiqamətində apardığı siyasət çox düzgündür. Bu yalnız ISESCO-nun missiyası ilə məhdudlaşmamalıdır, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT-in, Avropa İttifaqının, BMT və sair beynəlxalq təşkilatların da rəsmi missiyası azad edilmiş ərazilərimizə səfər etməlidir. Yəni bütün beynəlxalq təşkilatların missiyalarını ayrı-ayrılıqda azad edilmiş ərazilərimizə gətirməliyik və onlar vasitəsilə də Ermənistana çox güclü şəkildə təzyiq etməliyik ki, bu faşist dövləti törətdiyi cinayətin layiqli cavabını alsın”.

V.Abışov qeyd etdi ki, Qafqaz Albaniyası irsinin, alban-xristian kilsəsinin saxtalaşdırılıb erməniləşdirilməsi işinə son 30 ildə deyil,19-cu əsrdən, Çar Rusiyası dönəmindən, yəni ermənilərin bizim torpaqlarımıza köçürüldüyü dövrlərdən başlanıb. “Bu gün ölkə başçısı səviyyəsində onların qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirməsi faktının beynəlxalq aləmə təqdim edilməsi o deməkdir ki, biz Alban kilsəsini erməni qriqoryan kilsəsinin əsarətindən çıxara biləcəyik. Bilirsiniz ki, ermənilər xristian-alban kilsəsini son 30 ildə mənimsəməyib, Çar Rusiyası dövründə bu kilsənin müstəqilliy çar fərmanı ilə ləğv edildi və o, erməni qriqoryan kilsəsinin tabeliyinə verildi. 19-cu əsrin 30-cu illərində çarın verdiyi sərəncamla alban kilsəsi erməni kilsəsinə keçdi. Həmin dövrdən başlayaraq xristian-alban kilsəsinə aid olan bütün hüquqları mənimsədilər, alban kitablarının, əlyazmalarının, dini ritualların icrası zamanı istifadə edilən bütün ləvazimatların bir çoxunu ermənilər məhv etdilər, qalanlarını isə özününküləşdirdilər. Özününküləşdirə bilmədiklərini isə işğal dövürndə mənimsədilər. Əvvəl edə bilmədiklərini 30 il müddətində həyata keçirdilər, bu, əlbəttə, böyük cinayətdir. Onu da deyim ki, bizim torpaqlarımızda - Qərbi Azərbaycanda erməni dövləti yarandıqdan sonra Sovet dövründə ermənilər orada olan bütün alban irsinə qarşı mənimsəmə cinayətləri həyata keçirdilər.  Qərbi Azərbaycanda da Qafqaz Albaniyasına - onun varisi Azərbaycana aid olan kilsələr, məbədlər, abidələr erməniləşdirildi, bir qismi isə dağıdıldı. Sonra da, dediyim kimi, Kəlbəcərdə, Laçında, Qarabağda alban irsinə qarşı bu vandalizm aktlarını davam etdirdilər. Qanunsuz məskunlaşdırma apardılar və bunun nəticəsində də tarixi irsimizi taladılar, məhv etdilər. Şükürlər olsun ki, artıq torpaqlarımız işğaldan azad olunub və biz bununla abidələrimizə qarşı daha dəhşətli erməni vandalizm cinayətlərinin qarşısını ala bildik. İndi biz erməni vandalizminə beynəlxalq aləmdən güclü reaksiya gözləyirik” - deyə V.Abışov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyan fermerlərinin "pambıq pulu" şikayətlərinə aydınlıq gətirildi - ödənişi şirkətlər gecikdirir...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ