Nazir Anar Kərimov UNESCO-nun öz səhvini başa düşəcəyinə ümid edir

img

Təəssüflər olsun ki, UNESCO-dan bu 30 il ərzində Ermənistana qarşı bir çağırış görmədik və 44 günlük Vətən Müharibəsindən sonra UNESCO-dan bu cür qərəzli bəyanat eşitmək bizi təəssüfləndirdi.

Trend-in məlumatına görə bunu Mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, UNESCO-nun öz səhvini başa düşəcəyinə ümid edir: "Əgər onlar gələcəkdə texniki missiya göndərmək niyyətində olacaqlarsa da bu, yalnız bizim şərtlərimiz çərçivəsində baş verəcək. Biz UNESCO-dan obyektiv qiymətləndirmə görmədik. UNESCO məsələ ilə bağlı iki dəfə bəyanat verib. Ümid edirik ki, UNESCO qərəzli, ikili standartlardan vaz keçərək obyektiv davranacaq və işğaldan azad olunmuş bölgələrdə baş verənləri obyektiv şəkildə dünyaya təqdim edəcək".

Son xəbərlər