
İCESCO-nun texniki missiyasının tərkibinə yalnız üzv deyil, qeyri-üzv ölkələrin də nümayəndələrinin daxil olmasına çalışacağıq.
Trend-in məlumatına görə, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, İCESCO-nun texniki missiyasının səfər tarixini indi demək çətindir. Çünki bunun üçün namizədlər müəyyən edilməlidir: "Növbəti həftənin sonunda bununla bağlı ekspertlər təyin edəcəyik. Ümid edirik ki, fevralın sonunda texniki missiya səfər etməyə müvəffəq olacaq. Komandanın səfərindən sonra hesabatın hazırlanması çox zaman aparmayacaq".