Media Agentliyi bütün jurnalistlərə və media subyektlərinə "açıq müzakirə" şansı verdi...

Azər Həsrət: “Dövlətin yeni media siyasəti şəffaflıq, fikir plüralizmi üzərində qurulub”

img

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə müraciət edib.  Əhməd İsmayılov Real TV-yə müsahibəsi zamanı jurnalistlərlə birlikdə müzakirələrə açıq olduğunu vurğulayıb:

“Agentlik olaraq, media subyektləri, jurnalistlər və media sahəsində çalışan ekspertlər tərəfindən verilən təkliflərə həmişə açığıq. Müzakirələrə açığıq. Onların təkliflərini müzakirə etməyə həmişə hazırıq. Onlar bu istiqamətdə bütün səylərini əsirgəməsinlər”.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun KİV təmsilçilərinə açıq müraciəti KİV nümayəndələri tərəfindən xoş qarşılanır.

  •  “...ancaq məsuliyyət hisslərini də unutmamalıdırlar”

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dövlətin yeni media siyasəti şəffaflıq, fikir plüralizmi üzərində qurulub. Bu vaxta qədər də o dəyərlər gözlənilirdi, ancaq müəyyən səbəblərdən bəzi problemlərlə üzləşirdik: “Bu məsələlərin yüksək səviyyədə təmin edilməsi üçün addımların atılmasına ehtiyac var. Bu səbəbdən yeni media konsepsiyası qəbul edildikdən sonra KİV-lə bağlı səslənən fikirləri yalnız alqışlamaq lazımdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, istənilən dünya ölkəsində, o cümlədən, Azərbaycanda mediada kəskin tənqiq, açıq müzakirələr, fikir  plüralizmi mütləq olmalıdır. Bunlar olmasa, nə media, nə jurnalistika, nə də ki, ölkə inkişaf edər: “Bu mövzu ilə bağlı Medianın İnkişafı Agentliyinin icraçı direktorunun təklifi yalnız alqışlanmalıdır. Bununla bağlı jurnalistlərin də üzərinə vəzifə düşür. Onlar yaradılan imkandan, fürsətdən sui-istifadə etməməlidirlər. Media təmsilçiləri azadlığını yüksək səviyyədə etməli, ancaq məsuliyyət hisslərini də unutmamalıdırlar. Saxta xəbərlər, ajiotaj yaradacaq başlıqlar yazılmamalıdır. Bir sözlə, yaradılan şəraitdən elə istifadə etmək lazımdır ki, ifadə, mətbuat azadlığı sona qədər təmin edilsin”.

Günel CƏLİLOVA

Son xəbərlər