Cümə axşamı günü, 08 oktyabr 2026
     

İrəvanın Bakının şərtlərinə boyun əyməkdən başqa çıxış yolunun yoxluğundan Rusiya mətbuatı da yazdı...

Image


Bu gün Azərbaycan üçün prioritet məsələlərdən biri də işğaldan azad edilən ərazilərdə postmüharibə dövrünün reallıqlarına uyğun olaraq abadlıq-quruculuq işlərinə start verməkdir. Qeyd edilən istiqamətdə Bakı artıq müvafiq addımlar atır, zəruri dövlət proqramları hazırlanır. Bu fonda Xocalının, Xankəndinin, Xocavəndin bir hissəsinin guya Azərbaycanın nəzarətindən kənar olduğuna dair fikirlər səsləndirilir və iddia olunur ki, bu, Bakının bərpa planlarına maneə yarada bilər. Lakin reallıqda Azərbaycan adı çəkilən hər üç bölgəyə nəzarət imkanlarına malikdir və bunu mərhələli şəkildə həyata keçirir. Məhz bu vəziyyətdə Bakı bərpa planını da istədiyi fonda reallaşdırmaq üçün bütün imkanlara malikdir.

Bakının qətiyyətli mövqeyi qarşısında İrəvan aciz durumda...

Artıq bütün dünya miqyasında qəbul edilir ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və işğaldan azad edilən ərazilərdə quruculuq işləri gündəmdə yer alan başlıca məsələlərdəndir. O ki qaldı hazırda ermənilərin Qarabağda yaşadıqları yerlərə, Azərbaycan bu  torpaqların qaytarılması prosesində diplomatiyaya üstünlük verir, amma risq ehtimallarına görə hərbi variantı da gündəlikdən çıxarmayıb. Buradakı ermənilər isə yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra orada qarşıdakı dövrdə yaşamaq hüququ əldə edəcək. Bunu nə Ermənistan, nə də onun havadarları əngəlləyə bilər. Əslində, bütün bu qeyd edilənlər Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin məlum Moskva görüşündə bir daha öz təsdiqini tapdı. Burada Azərbaycanın qələbəsi yenidən təsbit olundu. Elə Rusiyanın “Kommersant” qəzeti də həmin görüşə həsr etdiyi növbəti yazısında məsələyə məhz bu prizmadan yanaşır.

Qəzet qeyd edir ki, Bakı və İrəvanda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında yanvarın 11-də Moskvada keçirilən üçtərəfli danışıqların nəticələri tamamilə əks şəkildə qiymətləndirilib: “Azərbaycanda bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması barədə razılıq əldə edildiyi üçün  toplantı məhsuldar sayılıb. Ermənistanda müxalifət baş nazir Nikol Paşinyanı zəif iradə və mövqelərin növbəti təslimçiliyində təqsirləndirib: Ermənistan cəmiyyətində əsirlərin qaytarılması əsas prioritet hesab olunur, lakin bunun əvəzində, danışıqlarda Azərbaycanın israr etdiyi iqtisadi gündəm müzakirə edilib. İndinin özündə də həm Bakı, həm də İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Moskvada Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə baş tutan görüşün nəticələrini fəal şəkildə müzakirə edirlər. Görüşdə üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması” ilə məşğul olacaq işçi qrupun yaradılması barədə razılıq əldə olunub. Söhbət iki əsas sahədən gedir. Birincisi, bu, Ermənistanın Sünik bölgəsindən keçməli olan Azərbaycanın əsas hissəsindən anklava – Naxçıvana uzanan dəhlizdir. İkincisi, İrəvandan, Naxçıvandan keçməklə, eyni Sünik bölgəsinə uzanan dəmir yoludur. Hər iki marşrut sovet dövründə fəal şəkildə istifadə olunurdu, lakin Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə mövcudluğu dayandırılıb. Bu nəqliyyat yollarının bağlanmasından Rusiya da zərər görüb. Gürcüstan-Abxaziya münaqişəsi nəticəsində Rusiyadan Gürcüstana qatarların hərəkəti qeyri-mümkün olduqda Ermənistan əsas müttəfiqi və Rusiya Türkiyənin dəmir yolları ilə olan əlaqəsini itirib. Nəticədə, Ermənistanın dəmir yolları faktiki olaraq İrəvan və Tiflisi birləşdirən kiçik bir hissəyə qədər azalıb, Rusiyadan göndərilən mallar isə yalnız hava şəraitinə görə müntəzəm olaraq bağlanılan Gürcüstan Hərbi Magistral yolu ilə nəql edilib. İranla iqtisadi əlaqələrin genişləndirilməsi Ermənistan üçün ciddi bir yardım ola bilər, ancaq ölkələrin yalnız bir dağ yolu ilə bağlandığını nəzərə alaraq, bu günə qədər o mümkün deyildi. Beləliklə, Moskvada imzalanan sənəd nəzəri cəhətdən hər üç tərəfi razı salmalıdır: Azərbaycanın Naxçıvana və Türkiyəyə, Rusiyanın Türkiyə və Ermənistana, Ermənistanın Rusiya və İrana gedən yola ehtiyacı var”. Bu fonda qəzet yazır ki, Bakının istədikləri, əslində, bütün tərəflər üçün əlverşlidir.

Azərbaycana müsbət cavab Ermənistan üçün də sərfəlidir

“Kommersant” qəzeti onu da xüsusi olaraq vurğulayır ki, əslində, Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi də yoxdur. Ermənistan müxalifətinin bu xüsusda narazılığı da hansısa ciddi nəticə verməyəcək: “Ona görə də Moskva görüşündə yalnız İlham Əliyev danışıqlardan sonra faktiki olaraq özünü yeganə qalib hiss edib. Nikol Paşinyan çıxışında nailiyyətlərə deyil, həll olunmamış məsələlərə, hər şeydən əvvəl, Bakının Dağlıq Qarabağın statusunu müzakirə etmək istəməməsinə, həmçinin, hərbi əsirlərin taleyinə diqqət yetirib. Paşinyanın məyusluğunu digər erməni siyasətçilər də bölüşür, baxmayaraq ki, onlar danışıqların “uğursuzluğunda” baş nazirin özünün günahkar olduğuna əmindirlər. Məsələn, “İşıqlı Ermənistan” partiyasi parlament fraksiyasının rəhbəri Edmon Marukyan iqtisadi dəhlizlərin blokadadan çıxarılmasının keçənilki 9 noyabr tarixli üçtərəfli razılaşmada yer aldığını, bunun bir daha müzakirə edilməsinin lüzumsuz olduğunu bildirib. “Əslində bu, düşmənimizin irəli sürdüyü gündəmdir və o, Ermənistanın gündəmi üzərində üstünlük təşkil etməyə davam edir. Kəlbəcərdən çıxış və Laçın dəhlizinin təhvil verilməsi kimi gündəmə daxil olmayan maddələr “İsveçrə saatının dəqiqliyi ilə” həyata keçirildi və hələ də icra olunur” – kədərlə deyən Marukyan Bakıda erməni əsirlərini müzakirə etməkdən imtinanı xatırladıb. Digər erməni politoloq Qrant Mikaelyan “Kommersant”a müsahibəsində bildirib: “Əsir məsələsi iki səbəbdən müzakirə olunmayıb. Birincisi, Azərbaycan tərəfi əsirləri hərbi cinayətkar elan edib və onların taleyini əlavə danışıqlar bəndinə çevirməyə çalışır. İkincisi, erməni tərəfi bu yanaşmanın təsirsizliyini izah etmək üçün kifayət qədər inandırıcı dəlil tapmayıb”.

Qəzet yazır ki, Azərbaycanın mövqeyinə əsasən, həbsdə olan ermənilər heç də hamısı Bakıda hərbi əsir sayılmır: “Bakı bildirir ki, münaqişə öncəsi və münaqişə zamanı tutulan insanlar artıq ekstradisiya edilib. İndi isə Ermənistan dekabr ayında Hadrut yaxınlığında Azərbaycan ordusunun tərksilah etdiyi 62 nəfəri geri qaytarmaq istəyir. Noyabr ayının sonunda, atəşkəs bəyannaməsi imzalandıqdan sonra onlar Ermənistanın Şirak bölgəsindən gələrək 5 Azərbaycan vətəndaşını öldürüblər. Buna görə də təxribatçı kimi qəbul edilirlər. Dağlıq Qarabağın statusuna və ya orada yaşayan ermənilərin taleyinə gəlincə, Bakının mövqeyi daha sərt olacaq. Azərbaycan Ermənistanla müstəsna dövlətlərarası məsələləri müzakirə edəcək. Dağlıq Qarabağ münaqişəsi bitib və Qarabağ ermənilərinin gələcəyi yalnız beynəlxalq təşkilatlarla və digər vasitəçilərlə müzakirə oluna bilər, ancaq İrəvanla deyil”.

Iqtisadi əlaqələrin bərpası - Ermənistanın yeganə çıxış yolu...

Sözügedən mətbu orqan qeyd edir ki, danışıqlarda əldə etdiyi digər uğurlarla öyünə bilməyən Nikol Paşinyan diqqəti iqtisadi əlaqələrin inkişaf perspektivlərinə yönəldib: “Onun fikrincə, “bölgənin iqtisadi görünüşünü ciddi şəkildə dəyişdirə, investisiya potensialını və investisiya cəlbediciliyini ciddi şəkildə artıra bilərlər”. Lakin “Kommersant”ın İrəvandakı həmsöhbətləri onun nikbinliyini bölüşmür. “Orta müddətdə Rusiyanın Azərbaycan infrastrukturu ilə yük daşınması Ermənistana Yuxarı Lars və Qara dənizdəki Gürcüstan limanlarından istifadə ilə müqayisədə baha başa gələcək. Səbəb - daşınmanın maya dəyərində qaçılmaz olaraq əksini tapacaq yeni infrastruktur həll yollarının axtarılmasına ehtiyacdır”, – deyə Ermənistan “Enerji Təhlükəsizliyi İnstitutu” QHT-nin prezidenti Vahe Davtyan bildirib. “Siyasi komponent də mühüm rol oynayacaq. Azərbaycan nəqliyyat infrastrukturuna bərabər çıxış tələb etsə də, bunun erməni yük daşıyıcıları üçün əlverişsiz şərait yaradan proteksionist yanaşma olduğu aydındır. Hibrid müharibə davam edir və o, əsasən iqtisadi məzmuna sahib olacaq”.“Carnegie Europe” Mərkəzinin baş tədqiqatçısı və Dağlıq Qarabağ münaqişəsi tarixinə dair əsas kitablardan biri olan “Qara bağ”ın müəllifi Tomas de Vaal isə üç ölkə liderlərinin danışıqlarında “ən maraqlı” məsələnin “bağlı qapı arxasında qaldığına” inanır. Bir növ, nəticə əldə edildiyini göstərmək üçün iqtisadi plan üzə çıxarılıb. De Vaalın da etiraf etdiyi kimi, bu plan uzunmüddətli kimi qəbul edilməlidir: onu həyata keçirmək üçün yalnız infrastruktur deyil, həm də siyasi iradə və təməl səviyyədə razılaşmalar lazımdır”.

Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Qarabağ məsələsinin yekun həlli istiqamətində istədiyi nəticəyə sürətlə yaxınlaşır. Hesab edilir ki, bu da yaxın perspektivdə münaqişənin tam həllinə gətirib çıxaracaq. Bu vəziyyətdə Ermənistan da Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və burada hansısa qüvvə tərəfindən təxribatçı addımlar atılmasının qarşısı birdəfəlik alınmalıdır. Əks təqdirdə bunun cavabı kifayət qədər sərt olacaq və Ermənistan daha böyük problemlərlə üzləşməli olacaq. Hər halda, bunu Ermənistanda da yaxşı sezən qüvvələrin sayı az deyil.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ