Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənistan müxalifəti 11 yanvar Moskva razılaşmasını da ölkənin ziyanına saydı - düşmən ölkənin narahatlıqlarının mahiyyəti...

Image


Yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanata Ermənistanda münasibət birmənalı deyil. Bu bəyanata imza atdığına görə baş nazir Nikol Paşinyan ölkəsinin müxalifəti tərəfindən ciddi tənqidlərə məruz qalıb. Belə ki, Ermənistan müxalifəti Moskvada imzalanmış üçtərəfli bəyanata qarşı çıxıb.

 

Erməni mətbuatının yazdığına görə, Ermənistan parlamentində təmsil olunan “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan açıqlama verib. O, razılaşmanın ancaq Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. “Üçtərəfli bəyanat Azərbaycanın maraqlarına xidmət edir. Hökumətyönlü  KİV yeni razılşamanın Ermənistanla İran və Rusiya arasında dəmir yolu xəttinin açılmasına xidmət edəcəyini sevinclə təqdim edir. Eyni vaxtda, erməni xalqının bu görüşdən əsas gözləntisi var idi – hərbi əsirlərin qısa müddətdə geri qaytarılması. Gündəm yenə sırf düşmənin maraqları çərçivəsində tərtib olunub” - deyə Marukyan söyləyib.

Ermənistan müxalifətinin 11 yanvar Moskva razılaşmasını ölkənin ziyanına saymasının səbəbi nədir, bunun mahiyyətində nə dayanır?

  • “Ermənistanın Moskva görüşündən bəzi gözləntiləri vardı, amma bunların heç biri olmadı”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, yanvarın 11-də Moskvada imzalanan üçtərəfli bəyanatda Ermənistanın heç bir istəyi yer almayıb, ona görə də Ermənistan müxalifəti bunu onların ziyanına, Azərbaycanın isə xeyrinə olduğunu bildirir: “Əvəla onu deyim ki, Ermənistanın Moskva görüşündən bəzi gözləntiləri vardı, amma bunların heç biri olmadı. 44 günlük müharibədə uğradığı məğlubiyyətdən sonra bu ölkə bütün mənalarda uçuruma doğru gedir. Ermənistanın daxili və xarici siyasəti iflic vəziyyətə düşüb məhv oldu. Əvvəllər sahib olduqları nə varsa, hamısını indi itiriblər. Ermənistan hökumətinin də, müxalifətinin də, erməni lobbisinin də əsas məqsədi o idi ki,  Moskvada imzalanan üçtərəfli bəyanatda onların xeyrinə nələrsə olsun, amma bu olmadı. Paşinyanın Moskvada qaldırdığı məlum cəfəng məsələlər isə üçtərəfli görüşün protokolunda nəzərdə tutulmamışdı, bu protokolun məzmunu ilə ziddiyyət təşkil edirdi. Ermənistanın baş nazirinin “hərbi əsir”lərdən, “Qarabağın statusu” məsələsindən danışması, “münaqişənin hələ başa çatmaması” haqqında dedikləri gülüncdür.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur, o həll olunub və Qarabağda yaşayan ermənilərə heç bir status verilməyəcək, onlar Azərbaycan vətəndaşlarıdır. Bütün bunlardan sonra yenidən bu məsələni qabartmaq gülünc bir haldır. Ermənistanın hər şeydən əli çıxıb, istədiyinə nail olmayıb, ona görə də bu ölkənin müxalifəti bu cür açıqlamalar verir.  Ermənistan müxalifətinin narahatlığının kökündə üçtərəfli Moskva razılaşmasında bu ölkənin əsassız iddialarının təmin edilməməsi dayanır”.

Q.Hacıyev hesab edir ki, Ermənistanın bu əsassız iddiaları və Şirak vilayətindən terrorçu dəstələri hazırlayaraq Azərbaycan ərazilərinə göndərməsi onun özünün ziyanına işləyib. “Hökumət ölkəni idarə edə bilmir, Ermənistan ayrı-ayrı terrorçu qrupların əlində oyuncağa çevrilib, müstəqilliyini, dövlət kimi varlığını itirməkdədir. 10 noyabr razılaşmasından sonra Azərbaycan ərazisində terror törətməyə cəhd edən terrorçuları xilas etmək üçün Paşinyan çox çalışdı, amma bunu heç cür həyata keçirə, üçtərəfli bəyanata daxil edə bilmədi. Bu məqam da Ermənistan müxalifətini ciddi şəkildə qıcıqlandırır.

Ermənistandan fəqrli olaraq, Azərbaycanı və Rusiyanı maraqlandıran daha ciddi məsələlər var və həmin məsələlər də Moskva görüşündə imzalanan bəyanatda öz əksini tapıb. Bu da beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bu da Şərq-Qərb siyasətində ən mühüm rol oynaya biləcək bir məsələnin həllidir. Azərbaycanla Rusiyanın diqqəti buna yönəlib. Deyərdim ki, bütün bu hadisələrin sonu gedib belə bir müsbət nəticəyə, beynəlxalq layihənin həyata keçirilməsinə çıxır. Çünki indiyə qədər mümkün olmayan bir işi həyata keçirirlər. Həm Azərbaycan, həm Rusiya, həm Türkiyə, həm İran, həm də istəsə, özünü normal aparsa, Ermənistan bundan xeyir görə bilər. Amma Ermənistan bu məsələnin mahiyyətini hələ dərk edə bilmir. Çünki bu ölkənin taleyini həmişə başqaları həll edib. Ona görə də xaricdəki diaspor təşkilatları nə deyir, Ermənistan onu edir, amma bütün dünyanı, həmçinin də regionun 4 nüfuzlu ölkəsini maraqlandıran  məsələlərin hələ üzərinə gəlib çıxa bilmirlər. Çünki başlarında hələ də separatizm havası qalır, hansısa qondarma iddiaların arxasınca sürünürlər” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ