Cümə axşamı günü, 08 oktyabr 2026
     

Erməni mətbuatının Moskva görüşündən çıxardığı nəticə: Paşinyan “status” dedi, amma... Əliyev üçün artıq bu problem yoxdur...

Image


Azərbaycan, Rusiya, Ermənistan liderlərinin Moskva görüşü və imzalanan bəyanat ölkəmizdə müsbət qaşılansa da, İrəvanda tamam fərqli vəziyyət hökm sürür. Belə ki, Ermənistanda Nikol Paşinyanın əleyhdarları baş verənləri növbəti məğlubiyyət kimi qələmə verir. Xüsusən də Ermənistan müxalifəti Moskvada keçirilmiş üçtərəfli görüşün nəticələrini mənfi qiymətləndirir. Müxalif “İşıqlı Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan bu xüsusda qeyd edir: “Moskvada erməni gündəliyi iflasa uğradı. Ermənistan üçün gündəmin prioritet məsələsi əsirlərin qaytarılması idi. Amma görürük ki, Moskvada imzalanan sənəddə əsirlər barədə bir kəlmə də yoxdur. Moskvada erməni gündəliyindəki heç bir məsələ müzakirə olunmadı”.

Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının üzvü Arman Abovyan da deyib ki, erməni tərəfi üçün əsas məsələ olan əsirlərin qaytarılması həllini tapmadı. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Ermənistan ərazisi üzərindən bağlantılar yaratmaq arzularını reallaşdırırlar: “Məgər bu bizim üçün qələbədirmi?”. “168.am” nəşri də, demək olar ki, eyni mövqeni sərgiləyir: “Göründüyü kimi, Azərbaycan Moskva görüşündən öz maraqlarından irəli gələn növbəti addımın Ermənistan tərəfindən atılması üçün istifadə edir və bəlkə də əsirlərin qaytarılması məsələsinin yalnız bəzi tələblər yerinə yetirildikdən sonra həll ediləcəyini vəd edir. Nikol Paşinyan bu tələbləri praktik olaraq yerinə yetirir”. Nəşr yazır ki, erməni əsirləri məsələsi yenidən qeyri müəyyən şəkildə açıq qalır: “Siyasi və bəşəri əxlaq qaydalarına görə, Nikol Paşinyan heç olmasa əsirlərin qaytarılması məsələsini həll etmədən Moskvadan İrəvana qayıtmamalı idi. Ancaq qayıdır, görünür, əsirləri qaytarma vədləri ilə İlham Əliyevlə növbəti görüşə hazırlaşacaq və həmin müddətdə Azərbaycanı qane edəcək növbəti bir sənəd imzalanacaq. Moskvada imzalanan bəyanatı hökumətin təbliğat maşını “iqtisadi inqilaba doğru ən böyük addım” olaraq göstərəcək, bunun əlamətləri Nikol Paşinyanın qorxulu bəyanatlarında yer almışdı. Həmin təbliğat maşını Ermənistan cəmiyyətini Azərbaycanla münasibətlərin normallaşmasının iqtisadi faydaları barədə inandırmağa çalışacaq. Bu faydalar Ermənistan, onsuz da itirilmiş ərazilər və hələ də Azərbaycanda olan erməni əsirləri hesabına əldə edilə bilər. Erməni cəmiyyətinin Nikol Paşinyan tərəfindən istismar ediləcək bu ssenarini alqışlaya biləcəyi təhlükəsi var”.

Ermənistandakı bu mövqeyə rəğmən, Azərbaycan hesab edir ki, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Elə dövlətlər arasında iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan yeni bəyanatın qəbul olunması da təsdiqlədi ki, regionun gələcəyi məhz perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Ümumiyyətlə, üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetlərin müəyyən edilməsini ehtiva edir. Ən mühüm məsələlərdən biri 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçiriləcək daşımaların təşkilinə dair qrafikin hazırlanmasıdır. Çünki bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılmasını və muxtar respublikanın blokadadan çıxarılmasını nəzərdə tutur. Bununla həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm önəm kəsb edən nəqliyyat-kommunikasiya imkanları reallığa çevrilmiş olur. Rusiyanın “Kommersant” nəşri də bütün bunları vacib sayır: “Moskva görüşündə Prezident İlham Əliyev üçün aparılan danışıqların məqsədi qələbəsini daha əsaslı şəkildə təmin etmək idi. Nikol Paşinyanın məqsədi nə idi, bunu yalnız özü deyə bilərdi. Səfərdən əvvəl, yəqin ki, Ermənistandakı tərəfdarlarına və müxaliflərinə erməni “aslanlar”ını Azərbaycan əsirliyindən qurtarmaq lazım və bunun üçün hətta şeytanla da görüşməyə hazır olduğunu söyləyib. Vladimir Putin vəzifədaşlarını daha əvvəl, noyabr ayında Moskvaya dəvət və onlara ən məşhur danışıqları təklif edən şəxs olduğunu açıq şəkildə bildirib: “Üçtərəfli razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini məmnuniyyətlə deyə bilərik. Əminik ki, bu həm Ermənistan, həm də Azərbaycan xalqının mənafeyi naminə uzun illərdən bəri davam edən münaqişənin ədalətli əsaslarla uzunmüddətli və genişmiqyaslı həlli üçün lazımi ilkin şərtlər yaradır”.  Rusiyanın vasitəçiliyi ilə əsir və cəsədlərin mübadiləsi həyata keçirilib. Əslində, hələ də kifayət qədər hərbi əsir var. Amma Rusiya prezidenti gündəmi təsdiqləyərək hərbi əsir mübadiləsi barədə bir söz deməyib. Dörd saat davam edən qapalı danışıqlardan sonra üç iştirakçı ortaya çıxıb… mətbuatın qarşısına… yox, orada mətbuat yox idi. Yəni liderlər mikrofon qarşısına çıxıblar. Bu, maraqlı idi. Axı, “Kommersant”ın məlumatına görə, erməni tərəfi danışıqlar başlamazdan əvvəl hər hansı bir bəyanat verməkdən və sənədləri imzalamaqdan qəti şəkildə imtina etmişdi.  Bu, Moskvada Nikol Paşinyanı yola gətirməyin o qədər də çətin olmadığını göstərib. İlham Əliyevin çıxışı sülhsevər idi. Onun çıxışında erməni qüruru üçün təhqiramiz və mənalı eyhamlar vardı, lakin bunların olmadığını düşünün. Onun üçün həmin bəyanatda nəqliyyat kommunikasiyası mövzusu əsas idi. Ermənistanın baş naziri danışmağa başlamazdan əvvəl dərindən və ağır bir ah çəkib: “Təəssüf ki, bu münaqişə hələ həll olunmayıb. Atəşkəsin təmin edilməsini bacardıq… – Ermənistan baş naziri tərəddüd edib. – Hələ həll edilməli çox məsələ var. Bu məsələlərdən biri də statusdur… Dağlıq Qarabağın statusu məsələsi…” İlham Əliyev üçün belə bir məsələ yoxdur. Nikol Paşinyan ifadələrini seçərək və çətinlik çəkə-çəkə ölkəsi üçün heç bir şeyin bitmədiyini, sadəcə atəş açmağı dayandırdıqlarını söyləmək istəyib, görünür, bir müddətlik. Ancaq bunlar daxili istifadə üçün, yəni Ermənistan üçün sözlər idi. Əslində, bu gün onu istədikləri bütün məqamlara dair yenidən yola gətirə bilmişdilər. Bundan sonra müharibədən danışmaq üçün vaxt olmamalı və müharibənin özü unudulmalıdır. 30 il əvvəl mövcud olan nəqliyyat arteriyalarının açılmasından və yenilərinin tikilməsindən faydalanmaq zamanıdır”.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ