Dekabrın 6-da Bişkek şəhərində Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin və “Azərbaycanın Qırğız Dostları Klubu”nun təşəbbüsü ilə Vətən Müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.
Mərasimdə qırğız ictimaiyyətinin və diasporumuzun nümayəndələri iştirak edib.
Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla yad edilib.
Mərasimdə çıxış edənlər torpaqlarımızın işğaldan azad edilməsi zamanı Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük fədakarlığı vurğulayıblar.
Şəhidlərin ruhuna ehsan verilib.