03/12/2020 14:10
728 x 90

Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi

img

Azərbaycanın yaşayış məntəqələrinin, o cümlədən Bərdənin raketlərlə atəşə tutulması bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir. Bunu Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın cəzasızlığı onu daha da cəsarətləndirir və həyasızlaşdırır: “Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur, bu isə cəzasız qalmamalıdır”.

Türkyə Milli Müdafiə Nazirliyi bildirir ki, PKK terror təşkilatı ilə əməkdaşlıq edəcək qədər aciz qalan Ermənistan ordusu əldə olunan atəşkəs razılaşmalarını dərhal pozmaqla mülki şəxslərin soyqırımına davam edir.

Qeyd olunub ki, bunun əvəzində Azərbaycan ordusu cəbhədə qəhrəmancasına mübarizə apararaq 183 yaşayış məntəqəsini azad edib və bu işini davam etdirir.

Son xəbərlər