Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Şimali Kipr Türk Cumhuriyyəti - Gənclik və gözəllik diyarının 31 illiyi...
Tarix: 17.11.2014 / 02:19
Bölmə: Siyasət
Bu gün universitetlər ölkəsi kimi tanınan Şimali Kipr Türk Cumhuriyyəti hələ də dünyada həll olunmamış problemlər sırasındadır. XX əsrin törəməsi olan bu problem Yunanıstanın "ENOSİS" siyasətini elan etdiyi 1918-ci ildən yaranıb. Yaxın Şərq və Avropa arasında strateji ticarət baxımından körpü rolunu ifa edən ada Türkiyədən 70 km, Suriyadan 132 km, Misirdən 370 km, Yunanıstan sahillərindən isə 700 km uzaqlıqda yerləşir.
Girintili-çıxıntılı xüsusiyyətlərinə görə 782 km lik sahil uzunluğunda ada 350 şimal paraleli və 350 şərq meridianı üzərində yerləşir. Ada şimalda Kormakiti yarımadasından başlayaraq Karpat yarımadasına qədər uzanan və ən yüksək zirvəsi min metri aşan Girnə-Karpat dağları, cənubda isə Trodos dağları və bunlar arasında 100 km. uzunluğunda, 10-15 km. genişliyində kiçik ərazidən ibarətdir. Kipr adını ilk dəfə Homer işlədib, relyefinin xüsusiyyətləri Anadolu təbiətinə yaxındır, yəni Aralıq dənizinə uyğun iqlim tipi var. Yayı isti, qışı isə ilıq və yağışlıdır. Əhalisi yunan əsilli rumlardan və türklərdən ibarətdir. Siciliya və Sardiniyadan sonra Aralıq dənizində üçüncü böyük ada olan Kipr iki tərəfdən dənizin göy suları ilə əhatələnib. Şimali Kipr Türk Cumhuriyyəti 4 əsas yaşayış mərkəzinə - Lefkoşa, Qazimağasu, Girnə və Gözəlyurda bölünür.
Tarixinə gəlincə, Kipr eramızdan əvvəl 1500-cü illərdə Qədim Misirin idarəsi altında oub, "333-cü ildə farsları məğlub edən Makedoniyalı İsgəndərin nəzarətinə keçib. Bundan sonra adada yunan mədəniyyəti inkişaf etməyə başlayıb. Sonralar Roma imperiyasının vilayəti şəklinə düşərək onun əsarətində qalıb. Zaman-zaman müxtəlif imperiyaların idarəçiliyində olan Kipr adası müxtəlif mədəniyyətləri də yaşayıb. Lakin 1571-ci ildə Osmanlı dövləti tərəfindən fəth edilərək imperatorluğun idarəsinə keçir və 1878-ci ilədək bu şəkildə davam edir. Bu müddət ərzində xeyli sayda Anadolu türkləri Kiprə keçərək orada məskunlaşır, çoxalır, nəsilləri artır. 1878-ci ildə adanı osmanlılar İngiltərəyə icarəyə verməyə məcbur olur. 1918-ci ildən başlayaraq yunanlar Ortodoks tərəfindən dəstəklənən "ENOSİS" (Kiprin Yunanıstana birləşdirilməsi) hərəkatına başlayır. Lozanna anlaşmasından sonra Kipr Britaniyanın bir parçası olur. Osmanlı nəslindən olan kıbrıslı türklər isə qətiyyətlə "ENOSİS"ə qarşı çıxırdılar, çünki onlar üçün "ENOSİS" İngiltərə işğalının Yunanıstan işğalı ilə əvəz olunması demək idi. Vəziyyət o həddə çatır ki, Türkiyə dövlətinin adaya müdaxiləsi qaçılmaz olur.
1953-cü ildə yunan Qrivasın rəhbərliyi altında yaranan EOKA örgütü Kiprin türk icmasına və onlarla həmfikir olan yunanlara qarşı idi. Buna qarşılıq olaraq 1956-cı ilin avqustunda özlərini müdafiə etmək məqsədilə Kipr Türk Müqavimət Hərəkatı yaradılır. Problemi sülh yolu ilə həll etmək məqsədilə 1959-cu ildə türk icmasını qorumaq üçün Türkiyənin də qoşulduğu Sürix müqaviləsi hazırlanır və 1960-cı ildə Londonda imzalanır. Sazişə görə, dini və mədəniyyətləri fərqli olan iki icmaya siyasi və administrativ səlahiyyətlər verilir. Kiprin inkişafı və sakit qonşuluq şəraitinin sağlanması üçün bir neçə plan nəzərdə tutulur. Məsələn, 35 nəfəri yunan, 15-i isə türk olmaqla parlament yaradılması, nazirlərdən üçünün türklərdən olması və digər planlar işlənib hazırlanmışdı. 1963-cü il dekabrın 21-də yunanlar bütün qaydaları pozaraq türklər üzərinə açıq şəkildə hücumlar təşkil etməyə başlayır. Məqsədləri "ENOSİS"i həyata keçirmək idi. Vəziyyət getdikcə gərginləşir, adanın taleyi sual altında qalırdı. Belə vəziyyətdə BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyası 1964-cü il martın 4-də 186 saylı qətnamə ilə Kiprdə sülhü təmin etmək üçün BMT Silahlı Qüvvələrinin yaradılmasına və həmin qüvvələrin yunan və türk icmaları arasında yerləşdirilməsinə qərar verir. Lakin Yunanıstanın gizlin olaraq adaya gətirdiyi 20 min nəfərlik hərbi qüvvə türk icmasını əvvəlcə ayrı-ayrı anklavlara, daha sonra adanın üçdə birinə köçməyə məcbur etdi. Bu olanlardan sonra Kipr Müvəqqəti Türk Yönətimi adlı idarəetmə orqanı 1970-ci ilin iyunundan fəaliyyətə başladı və 71-ci ildə "Müvəqqəti" sözü götürülərək Kipr Türk Yönətimi Məclisi adlandırıldı. 1975-ci ilin fevralından Kipr Türk Federal Dövləti kimi idarə-üsuluna başladı. Həmin ilin aprelində rumlarla türklər arasında Vyanada aparılan danışıqlar nəticəsində cənubdakı türklərin şimala, şimaldakı rumların isə cənuba köçürülməsi razılaşdırılır və ilin sonuna doğru aksiya həyata keçirilir. Bundan sonra adada 2 millətdən ibarət iki dövlət yaradılır.
Lakin 1974-cü ilin iyulunda Yunanıstandaki xunta çevrilişindən və Makariosun Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasına müraciətindən sonra Türkiyənin 14 vilayətində səfərbərlik elan edilir. İyulun 20-də Bülənt Ecevit Türkiyə Hərbi Hava Qüvvələri və Donanması türk qoşun hissələrini adanın şimalına çıxarır. Bu zəfər Bülənt Ecevitin adı ilə tarixə yazılır və aparılan uğurlu əməliyyatlar nəticəsində adada yunanların zorakılığına son qoyulur. BMT 1983-cü il mayın 13-də Kipr Türk Federal Dövlətini ləğv edir. Bundan sonra Kiprin türk əhalisi Rauf Denktaşa əlavə səlahiyyətlər verərək ondan respublikanın elan edilməsini tələb edir. Və beləliklə, 1983-cü il noyabrın 15-də - 31 il əvvəl Şimali Kipr Türk Cumhuriyyəti elan edilir. İki gün sonra BMT buna etiraz edərək adanın türk qisminə təklif olunur ki, cumhuriyyətin elanından imtina etsinlər. Qəhrəman Türk xalqı burada da birlik nümayiş etdirir. Türkiyə respublikası rəsmi olaraq Şimali Kipri müstəqil dövlət kimi tanıyır və çox keçmədən qarşılıqlı səfirlər təyin olunur. 1985-ci il martın 12-də ŞKTR-nın parlamentində Konstitusiya layihəsi qəbul edildikdən sonra mayın 5-də ümumxalq səsverməsi nəticəsində Konstitusiya qəbul edilir, iyunun 9-da isə prezident seçkilərində Rauf Denktaş Şimali Kipr Türk Respublikasının ilk Prezidenti seçilir. Müstəqilliyinin ilk illərində Pakistan və Banqladeş Şimali Kipri tanısa da, sonradan beynəlxalq təzyiqlər altında bu fikirdən geri çəkilib... 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Rəsmi olaraq müstəqilliyini tanımasalar da, başda Azərbaycan olmaqla, dünyanın bir çox dövlətləri ŞKTC ilə çoxtərəfli münasibətlər qurub. Hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi və Avropa Birliyinin dəstək ofisi fəaliyyət göstərir.
XX əsrin sonlarında etibarən Kiprin türk və yunan icmaları arasında, həmçinin Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yumşalması 2002-ci il noyabrın 10-da BMT TŞ-da Kipr probleminin nizamlanmasına dair yeni və yumşaq təkliflərin meydana gəlməsinə şərait yaratdı. Bu təkliflərdə Kiprdə İsveçrə konfederasiyası nümunəsində dövlətin qurulması nəzərdə tutulurdu. Lakin bütün cəhdlərə baxmayaraq, adanın yunanlar yaşayan hissəsi Avropa Birliyinin üzvü olduğu halda, türklər yaşayan hissəsi bu gün də dünya dövlətləri tərəfindən tanınmayıb. 2004-cü il aprelin 24-də Kiprdə gerçəkləşdirilən referendumdan sonra may ayının 1-də adanın AB-yə üzv olması ərəfəsində hər iki xalq birləşməyə təşəbbüs göstərmişdi. Lakin referendumun nəticəsi ürəkaçan deyildi. Yunanların 75 faizi bu birliyin əleyhinə, türklərin isə 66 faizi lehinə səs vermişdi. Ancaq problemin həlli üçün tərəflərin hər ikisinin müsbət rəy verməsi gərək idi. BMT Baş katibinin Kiprdə keçirilən referendumdan sonrakı vəziyyəti dəyərəndirmək üçün BMT TŞ-nın təqdim etdiyi raportda yazılır: "Referendumdan sonra Kiprin türk tərəfinin məruz qaldığı haqsızlıq izolyasiyasından qurtarması üçün BMT, ABŞ, AB və İKT tərəfindən siyasi və iqtisadi istiqamətdə verilən öhdəliklərin heç biri bu mərhələdə konkret nailiyyətlər əldə etməmişdir". Bu ifadə həmin tarixdən bəri Kiprdəki səylərin müsbət inkişafına səbəb olub, adanın bu hissəsinə yardımlar edilib. Son illər Kipr inanılmaz bir sürətlə inkişaf edib, zəhmətkeş xalq öz ağlı və hünərilə qonşularını belə qabaqlamışlar. Kiprlilər yunanlarla da yaxşı anlaşdıqlarını, onların bu tərəfə, türklərin də yunanlar tərəfə təhlükəsiz gedib - gəldiklərini deyirlər.
1997-ci ildə Prezident Heydər Əliyev eyni soy-kökə və oxşar mədəniyyətə nalik olan Kipr türklərini Azərbaycana dəvət edir. Sonralar fəaliyyəti nəzərəçarpan olmasa da həmin illər Şimali Kipr Türk Respublikasının Azərbaycanda mədəniyyət, turizm və ticarət palatası yaradıldı, daimi nümayəndəliyi açıldı. Qarşılıqlı olaraq orada da bu imkanlar yaradıldı. 2005-ci ilin 27 iyulunda Azərbaycandan Kiprə ilk birbaşa reys açılıb. 2005-ci il iyulun 24-də Levkoşada Azərbaycan-Kipr iqtisadi forumu keçirildi.
Şimali Kiprin ölkəmizdəki təmsilçisi Sadettin Topukçu bildirir ki, Azərbaycanda Kipri hər kəs tanıyır və sevir. Biz də çalışırıq ki, bu dostluğun, qardaşlığın və əlaqələrin güclənməsinə əlimizdən gəldiyi qədər yardım edək: "Kıbrısın qapıları hər bir azərbaycanlının üzünə açıqdır".
Bu gün Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur. İki ölkə arasında təhsil və turizm əlaqələri ən arzuolunan səviyyədədir desək, yanılmarıq. Mindən çox azərbaycanlı tələbə Kiprdə təhsil alır. Eyni zamanda azərbaycanlılar Şimali Kiprə səyahət etməklə də dil və mədəniyyət yaxınlığı olan xalqla münasibət qurmaq imkanı qazanır. Avropada tanınmayan bu ölkənin ali məktəblərinin sertifikatı dünyanın ən qabaqcıl təhsil ocaqlarının sertifikatları sırasındadır. Bu universitetlər müasir təhsil ənənələrini uğurla tətbiq edir, daha yüksək səviyyəli mütəxəssis hazırlığı istiqamətində rəqabət aparırlar. Şərqi Aralıq Dənizi Universiteti, Yaxın Şərq Universiteti, Kipr Beynəlxalq Universiteti, Girnə Amerikan Universiteti, Lefke Avropa Universiteti, Türkiyənin Orta Şərq Texniki Universitetinin və İstanbul Texniki Universitetinin Şimali Kiprdəki filiallarında nəinki yerli, həmçinin kifayət qədər əcnəbi tələbə təhsil alır. Min nəfərdən çox azərbaycanlı gənc Kipr universitetlərinin tələbəsidir ki, onlardan təkcə 600 nəfəri Doğu Akdeniz Universitetində təhsil alır. Xüsusilə qeyd edək ki, heç bir ölkənin gənclərinə edilməyən güzəştlər Kiprdə azərbaycanlı tələbələrə edilir. Burada təhsil alan tələbələr yataqxana və gündə 3 dəfə yeməklə də təmin edilir. Universitetin tədris binaları ilə yataqxanalar arasında hər 15 dəqiqədən bir avtobuslar işləyir.
Şimali Kipr Türk Cumhuriyyəti bu gün özünün mövcudluğunu və fəaliyyətini bütün gücü ilə davam etdirir. Müstəqilliyini Türkiyədən başqa heç bir dövlətin tanımamasına baxmayaraq, Şimali Kipr Türk Cumhuriyyəti sürətlə inkişaf etməkdədir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ