"Biz total müharibə ssenarisinə hazırıq”. Bunu Ukrayna prezidenti Petro Poroşenko Almaniyanın "Bild" nəşrinə verdiyi müsahibəsində deyib.
Noyabrın 17-də dərc olunan müsahibədə prezident deyib: "Mən Rusiya qoşunları ilə müharibədən qorxmuram. Biz total müharibə ssenarisinə hazırıq. Biz müharibə istəmirik, sülh tərəfdarıyıq və biz Avropa dəyərləri üçün döyüşürük".
Poroşenkonun sözlərinə görə, Ukrayna ordusu indi daha hazırlıqdır və ölkənin "bütün dünyadan" dəstəyi var.
Bu ilin aprelindən bəri Ukrayna münaqişəsində 4 mindən çox adam ölüb.