Ukrayna ilə sərhəddə olan Rusiyanın Rostov bölgəsində xidmət edən rus əsgərlər Donbasda döyüşməkdən imtina edib.
Baki-xeber.com bildirir ki, Rusiya Əsgər Anaları Birliyinin rəhbəri Valentina Melnikova bildirib ki, Rostov bölgəsində olan poliqonda bir podpolkovnik əsgərləri yığıb Ukraynanın şərq bölgələrində döyüşmək üçün müqavilə imzalamağı tələb edib, lakin əsgərlər onun bu istəyini rədd ediblər.
Melnikova daha sonra bildirir: "Soyadı Medinskiy olan podpolkovnik poliqonda əsgərləri yığıb "Dərhal müqavilələri imzalayın. Mən sənədlərinizi alacağam və sizi Luqanska göndərəcəyəm” deyib”.
250 gənc əsgər isə Rusiya Əsgər Anaları Birliyinə şikayət edib və Ukraynaya gedib orada döyüşməkdən xilas olublar.