"Müsavat üzvlərinə qovğa açmaq niyyətində deyiləm. Üzərimə müharibə ilə gələn müsavatçıları da sülhlə qarşılayacağam”. APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün "facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
A. Hacılı dialoqa hazır olduğunu açıqlayıb: "Napoleonun məşhur deyimini mən belə dəyişdirirəm: "Müharibə istəyənlər onu almayacaqlar”. Öz tərəfimdən körpüləri yandırmamışam. Kimin mənə nə sözü varsa gəlsin, görüşsün, sözünü desin, iradını bildirsin. Açıq qapını sındırmağa nə ehtiyac var?”