çərşənbə günü, 21 oktyabr 2026
     

Minsk Qrupu Qarabağ münaqişəsinin həllində arxa plana keçir, Türkiyə bir addım öndə...

Image


Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən ən mühüm hadisələrdən biri heç şübhəsiz, işğalçı Ermənistanın yenə bütün beynəlxalq hüququ heçə sayaraq zəbt edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparmasıdır. Livan və Suriyada yaşayan ermənilərin müxtəlif vədlərlə aldadılaraq Dağlıq Qarabağa köçürülməsi, eyni zamanda, Ermənistanın işğal siyasətindən də könüllü şəkildə əl çəkməməsidir. Bu vəziyyətdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hələ də prosesə seyrçi mövqedən yanaşması vəziyyəti daha da gərginləşdirir.

  •  Minsk Qrupuna etimad limiti tükənir

İndiki vəziyyətdə Azərbaycanı narahat edən başlıca məqamlardan biri ATƏT-in Minsk Qrupunun Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə hansısa formada etiraz etməməsidir. Halbuki, bunun vacibliyini Azərbaycan rəsmiləri son günlərdə kifayət qədər fəal şəkildə gündəmə gətirir. Hətta elə bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı xüsusi açıqlama ilə çıxış edib. Nazirlik burada diqqətə çatdırır ki, sosial şəbəkələrdə belə təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qanunsuz məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən videogörüntülər yayılıb. Qeyd edilir ki, Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən Ermənistan Livan ermənilərini Azərbaycanın beynəlxalq tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb. Diqqətə çatdırılır ki, Azərbaycan XİN-i Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb. Amma məsələnin maraq doğuran tərəfi odur ki, Bakının bu mövqeyi qarşısında belə həmsədrlərin hələ də laqeydliyi quruma onsuz da sarsılmış inamı tamam alt-üst edir.

Digər tərəfdən həmsədrlər də bilməmiş deyil ki, Ermənistan rəhbərliyinin həyata keçirdiyi bu siyasət  münaqişənin danışıqlar masası arxasında həllinə zərbə vurur. Deməli, Ermənistan həm də həmsədrlərin fəaliyyətinə xələl gətirmiş olur. Amma buna rəğmən həmsədrlərin mövqeyində hansısa dəyişiklik olmaması, faktiki olaraq,  qurumun fəaliyyətinin hansısa nəticəyə gətirib çıxaracağını sual altına alır. Məhz bu da ya Minsk Qrupundan imtina edilməsini, ya da onun fəaliyyət formatında mütləq yeniliklər edilməlisinin nə dərəcədə zəruri olduğunu açıq şəkildə nümayiş etdirir.

  •  Bakının seçim imkanları məhdudlaşır... 

Ötən dövrün təhlili bir daha göstərir ki, Azərbaycan münaqişənin dinc yollarla həllində maraqlı olub, bu xüsusda prosesə sadiq olub. Təbii ki, bu həll də işğal olunmuş bütün torpaqların azad edilməsini özündə ehtiva edir. Lakin problem bundadır ki, münaqişənin indiyədək nizama salınmaması, getdikcə artmaqda və azğınlaşmaqda olan erməni təxribatları Bakını daha çox savaş variantını seçməyə məcbur edir. Başqa sözlə deyilsə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanları məhdudlaşır və daha çox savaş üzərində köklənir.

Təbii ki, hadisələrin bu səpkidə inkişafını şərtləndirən əsas səbəblərdən biri Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun İrəvanın qanunsuz əməlləri qarşısında susqunluğudur. Vyana Universitetinin Avrasiya Araşdırmaları Mərkəzinin eksperti  Aleksandr Dubovi də qeyd edir ki, həmsədrlərdən bundan sonra da nəsə gözləmək əbəsdir. O hesab edir ki, müasir geosiyasi şəraitdə bütün siyasi güc mərkəzləri, o cümlədən həmsədr dövlətlər Qarabağ münaqişəsinin donmuş vəziyyətdə qalmasına üstünlük verirlər. Çünki hər hansı bir gərginlik onları daxili və daha qlobal problemlərdən yayınmağa, yeni bir siyasət xətti yaratmağa məcbur edəcək: “Bu hər kəsə aiddir. O cümlədən də Rusiya, ABŞ və Avropa Birliyinə”. Aleksandr Dubovi  Avropa Birliyinin daxili problemləri ilə məşğul olduğunu, siyasətinin yeni vektorlarını formalaşdırmağa çalışdığını, bu səbəbdən hər şeyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar çərçivəsinə geri qaytarmağa çalışdığını bildirib. Ekspert qeyd edib ki, Rusiya və ABŞ da eyni mövqeyə sadiqdir: “Rusiya daxili problemləri və Yaxın Şərqlə, ABŞ, Çin qarşıdurması ilə məşğuldur. Qarabağ münaqişəsinin eskalasiyası onları resurslar ayırmağa və diqqətlərini yayındırmağa məcbur edəcək. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin heç birinin ürəyincə deyil”. Bununla yanaşı, Dubovi tərəflərin daha 20 il yerində saymaq istəmədiyi təqdirdə mövcud çıxılmaz vəziyyətin müəyyən qeyri-standart yanaşmalar tələb etdiyinə inandığını bildirib:  “Hakimiyyətə gəldikdən sonra Paşinyandan Azərbaycanla ərazi münaqişəsi istiqamətində cəsarətli addımlar gözlənilsə də, o, əvvəllər əldə olunmuş razılaşmalardan kənara çıxmağı ya bacarmadı, ya da cəsarət etmədi və hər şeyə sıfırdan başlamağı təklif etdi. Buna görə də Rusiya bölgədəki yeni reallıqdan narazıdır və bu münaqişəni yenilənmiş versiyada olsa belə, “Lavrov planı”na uyğun həllinin zəruriliyini bəyan edir”. Mütəxəssis son eskalasiya hallarında Azərbaycanın əvvəllər itirilmiş ərazilərinin bir hissəsini geri qaytardığına, münaqişəyə münasibəti əhəmiyyətli dərəcədə dəyişdiyinə diqqət çəkib: “Həmsədrlər başa düşdülər ki, onların mümkünsüzlük bəyanatlarına baxmayaraq, bu problemin hərb yolu ilə həlli mümkündür. Mərhələli şəkildə olsa da, Azərbaycana məxsus ərazilər geri qaytarılmalıdır. Əlbəttə ki, bu seçimdə dəyər məsələsi də var. Ancaq həmsədrlərin çəkisinin digər oxşar ərazi münaqişələrinə təsiri kimi dəyişdirə bilən məsələ də var. Buna görə də eskalasiya risqlərini minimuma endirmək üçün az-çox aktiv iş görülməlidir” .Amma bu aktiv iş olmayacağı halda güc tətbiqi qaçılmaz sayılır.

Rusiyalı ekspert Aleksey Femenko da qeyd edir ki, Livan ermənilərinin Qarabağa köçürülməsinin beynəlxalq hüquqa zidd olduğunu bilən həmsədrlər buna qarşı real addımlar atmamaqla Bakının hərbi əməliyyatlara start verməsinə zəruri şərait yaratmış olurlar: “Paşinyan hökuməti də sülh prosesini hər vəchlə əngəlləyir. Paşinyanın strateji xətti münaqişənin dinc yolla həllinə yönəlmiş bütün razılaşmalardan imtina etməkdir. Ermənistan Vyanada və Sankt-Peterburqda əldə edilmiş razılaşmalardan imtina edib. Heç bir nizamlama planı təklif etməyən Ermənistan indi də Qarabağın etnik tərkibini dəyişir. ATƏT-in Minsk Qrupu bu fakta diqqət yetirməlidir. Minsk Qrupu heç bir tədbir görə bilməsə, bu onların vəzifələrinin öhdəsindən gəlmədiklərinin daha bir sübutu olacaq”.

  • Azərbaycan Qafqazda Qarabağ münaqişəsinin həllini sürətləndirəcək yeni geosiyasi vəziyyət yaradır

Yuxarıda qeyd edilənlər bir daha təsdiq edir ki, beynəlxalq vasitəçilərdən münaqişənin həllində hansısa mühüm yeniliklər gözləmək indiki şərtlər daxilində mümkünsüzdür. Halbuki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və BMT-nin 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsinə əsasən, işğalçı qüvvələr dərhal Azərbaycan torpaqlarını tərk etməlidir. Bu halda ATƏT-in Minsk Qrupunun əsas vəzifəsi işğalçıya öz yerini göstərmək olduğu halda bundan imtina edilir. Belə vəziyyətdə prosesləri öz lehinə çevirmək üçün Azərbaycan regionda geosiyasi durumu dəyişməyi vacib sayır. Bunun üçün qardaş Türkiyənin regionda mövqeyinin gücləndirilməsi indi əsas diqqət mərkəzindədir. Azərbaycan bu gün Ttürkiyə ilə siyasi, iqtisadi, hərbi əlaqələrini daha yüksək səviyyəyə keçirir. Bu, həm də Türkiyənin Qafqazda güclənməsini şərtləndirir. Belə vəziyyət, öz növbəsində, Qarabağ münaqişəsinin həllini Azərbaycan-Türkiyə timsalında regionda yaranan yeni güc mərkəzi hesabına daha intensiv hala gətirir. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər də bunun təsdiqidir. Mnatsakanyan Türkiyə və Azərbaycanın bölgədəki siyasəti ilə bağlı təşvişini əks etdirən ifadələr işlədib. O, iki qardaş ölkənin ordularının birgə hərbi təlimlərini xatırladıb. Etiraf edib ki, Türkiyə ilə Azərbaycanın birgə siyasəti qitədə Şərqi Aralıq dənizindən Şimali Afrikaya və Yaxın Şərqə, eləcə də Cənubi Qafqaza qədər uzanır. Irəvanın bu narahatlığına rəğmən, Azərbaycanla Türkiyənin daha mütəşəkkil birliyi hazırda Ermənistanın buna qarşı məkrli planlarını həyata keçirməyə imkan vermir. Xüsusən də son dövrlərdə Azərbaycanın və Türkiyənin siyasi-hərbi rəhbərliyinin qarşılıqlı intensiv səfərləri və bu fonda Naxçivandan tutmuş  Azərbaycanın bir sıra digər ərazilərinədək geniş coğrafi arealda iki qardaş ölkənin quru və hərbi-hava qüvvələrinin birgə taktiki hərbi təlimlər keçirməsi Ermənistanda qorxu və vahimə ilə izlənməkdədir. Digər tərəfdən Türkiyənin Azərbaycanda hərbi təmsilçiliyi də ictimai sifarişə çevrilməkdədir. Elə Ermənistanı ciddi şəkildə qorxudan əsas məqamlardan biri də məhz budur. Çünki bu vəziyyət Qarabağ münaqişəsinin də həllini tezləşdirmək iqtidarındadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ