Bazar günü günü, 25 oktyabr 2026
     

Əbədi–bədii fikir tariximiz azərbaycançılıq ideyasının mənbələrindən biri kimi - Cəlil Məmmədquluzadə… - III yazı

Image


XIX əsr Azərbaycan ziyalılarının, maarifçilərinin Azərbaycançılıq ideyasının milli ideologiya kimi formalşamasında, insanların şüurunda, milli mənlik hissində pərvəriş tapmasında müstəsna rolları olub.

Bu bir həqiqətdir ki, XIX-XX əsrlərdə yaşayan maarifpərvər ziyalılar olan həmin şəxsiyyətlər Azərbaycan xalqının həyatına böyük təkan verib. Bu şəxsiyyətlərin tərkibi yalnız böyük yazıçı və şairlər, publisistlərdən ibarət deyildi, onlar eyni zamanda böyük filosof və ictimai-siyasi xadimlər idi. Bu klassiklər Azərbaycan milli-fəlsəfi fikrinin formalaşmasında konkret işlər görürdülər. Anadilli ədəbiyyatımızın, klassiklərimizin irsinin milli məfkurəyə xidmət missiyasını daşıdığı bəlli məsələdir.

Azərbaycanın mütəfəkkir oğlu, öz hekayələri, povest və pyesləri, yaradıcısı olduğu “Molla Nəsrəddin” jurnalı ilə milli məfkurəyə, azərbaycançılığın yayılmasına çalışan Cəlil Məmmədquluzadə böyük-böyük ideyaların reallaşmasına vasitəçi olub.

Mirzə Cəlil yaradıcılığı və Azərbaycançılıq ideyası bir-birini aydın şəkildə tamamlayır. Mirzə Cəlilin yaradıcılığından Azərbaycançılıq ideyası xüsusi xəttlə keçir.

Sirr deyil ki, Mirzə Cəlilə, onun yaradıcılığına, bu böyük ədibin, ziyalının Azərbaycançılıq ideologiyasının təbliğində oynadığı rola ən böyük qiyməti xalqımızın böyük oğlu Heydər Əliyev “Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim, böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. Bu təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir” fikrilə verib.

Cəlil Məmmədquluzadənin Ev Muzeyinin böyük elmi işçisi Yeganə xanım Məmmədova müəllifi olduğu “Yaşadanlar” kitabçasında yazır ki, Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) Vətən sevgisindən doğulan bir mütəfəkkirdir: “Mirzə Cəlil Vətən sevgisindən doğulmuş bir qəhrəmandır... Milli şüurun oyanışında, milli ruhun formalaşmasında Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin”i əvəzsiz məktəb rolu oynayıb. Mirzə Cəlil qaranlıqda işıq axtara-axtara bütün ömrü uzunu yol gedir və işığı yalnız xalqın maariflənməsində görürdü. Təsadüfi deyil ki, bədii ədəbiyyatımızda Azərbaycanın xəritəsi ilk dəfə Mirzə Cəlilin əsərlərində əks olunub”.

Y.Məmmədovanın fikrincə, Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq əsas xətti təşkil edib. Muzeyin böyük elmi işçisi hesab edir ki, o, yalnız “Molla Nəsrəddin”lə azərbaycançılığın daha geniş arealda yayılması üçün böyük işlər görüb: “Mirzə Cəlil yaradıcılığında azərbaycançılıq ideyasının bədii ifadə üsulları filologiya elmləri namizədi Allahverdi Məmmədlinin tədqiqatlarında daha çox orijinal yöndə əks etdirilir...”

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri ana dilimizi əzilməkdən, məhv olmaqdan xilas edən, onun şirinliyini, gərəkliyini, əbədi yaşamağa layiq olduğunu özündə ehtiva edən bir əsərdir. Üç qardaşın hərəsi bir dildə danışır, ana dilini bəyənməyən qardaşların timsalında Mirzə Cəlil ana dilinə xor baxanlara dərs verir. Azərbaycançılıq ideologiyasının davamlı təbliğatçısı olan Cəlil Məmmədquluzadə öz əsərləri, çıxardığı jurnalla sovet ideologiyasına qarşı idi. Ölənə qədər bu ideologiya ilə barışmayan Mirzə Cəlil həyatının sonuna yaxın bütün əlyazmalarını yandırır. Mirzə Cəlilşünasların fikrincə, onun əlyazmalarını yandırmasının əsl səbəbi evi isindirmək deyildi, söhbət Mirzə Cəlilin bolşevizm ideologiyasına etirazından gedir. Tədiqiqatçılar yazır ki, Sovet ideologiyası ilə barışmayan Mirzə Cəlilin getdikcə əsəbləri pozulur. 1931-ci ilin dekabrında evin soyuq olduğunu bəhanə edib bütün əlyazmalarını yandırır və “rahat yatır”.

Tədqiqatçılar qeyd edir ki, “Molla Nəsrəddin”in əsas proqramına çevrilən “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” fikri  özündə böyük bir milli mahiyyət daşıyıb. Azərbaycançılığa xidmət edən bu fikir öz ətrafında minlərlə Azərbaycan türkünü birləşdirməyə müvəffəq olub.

Yenidən  Y.Məmmədovanın fikirlərinə istinad edirik:” Mirzə Cəlilin əsərlərində, felyetonlarında, məqalələrində rastlaşdığımız ana, ana dili ifadələri Vətən, azərbaycançılıq anlamını daşıyıb. Ədib göstərirdi ki, Vətənini, xalqını, dilini canı qədər qoruyan millət üçün heç bir təhlükə qorxulu deyil, çünki millətin üç sevgili balası var: Vətən, Millət və Dil. Vətənpərvər xalq isə məğlubedilməzdir”.

Fəlsəfə doktoru Vahid Ömərov isə yazır ki, azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayan yaradıcı ziyalılarımızdan biri Cəlil Məmmədquluzadə olub. Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı azərbaycançılıq ideyalarının alovlu təbliğatçısı idi: “...

Doğma ana dilini müqəddəs sayan “Molla Nəsrəddin” bir əsr bundan öncə Azərbaycanla bağlı çox mətləbləri birbaşa “Azərbaycan” adı ilə insanların “üzünə ucadan söyləyib”, ilk dəfə olaraq, cəmi azərbaycanlıları “Azərbaycan matəmgahı”nın dərdinə əlac axtarmağa hazırlayıb. Jurnalın 1909-cu il 2 saylı “Necə qan ağlamasın daş bu gün, qırxılır gör neçə min baş bu gün!” adlı yazısından oxuyuruq: “Bu gün Kərbəla meydanı-Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.

Alim bildirir ki, “Molla Nəsrəddin” Azərbaycan idealının mənasını azadlığında, mədəni tərəqqisində, müstəqil dövlətçiliyinə nail olmasında görürdü.

Tədqiqatçılar milli ideyanın axtarışında C.Məmmədquluzadənin rolunu yüksək qiymətləndirir. Alim qeyd edir ki, azərbaycanlıların bir millət kimi formalaşmasının tarixi çətinlikləri ondan ibarət olub ki, onun xalqı illərlə coğrafi, iqtisadi, siyasi və mənəvi cəhətdən parçalanıb, yadellilərə qarşı mübarizə prosesində sayca azalıb, maddi və mənəvi həyatı kasadlaşıb. Bütün bunlara baxmayaraq, millətimizin mövcudluğu bu gün bir reallıqdır. Lakin Azərbaycan xalqı bu mübarizə prosesində daha mətinləşib, bütün məhrumiyyətlərə sinə gərib və bugünkü millət halına gəlib çıxa bilib. Azərbaycan milli ideyasının yaranmasında H.B.Zərdabinin maarifçilik, C.Məmmədquluzadənin və ümumən "Molla Nəsrəddin"in demokratizmi və azərbaycançılığı, demokratik respublika tərəfindən əsası qoyulan vahid Azərbaycan vətənsevərliyi ideyaları, sovet dövrü ziyalılarının milli oriyentasiya istiqamətindəki konstruktiv müddəaları mühüm rol oynayıb.

Filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli qeyd edir ki, Mollanəsrəddinçilik azərbaycançılıq ideyasını reallaşdırmaq üçün təlim kitabıdır. “Bu təlim kitabının baş müəllifi Cəlil Məmmədquluzadədir. Azərbaycanda tənqidi-realist ədəbiyyatın və mətbuatın inkişaf istiqamətlərini və xüsusiyyətlərini müəyyən edən ideya-estetik prinsiplər mollanəsrəddinçilikdə öz əksini tapmışdır.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadə (1869-1932) 37 yaşında ikən “Molla Nəsrəddin”i yaratdı, jurnal qapananda isə o, 62 yaşın içində idi. Həm bu 25 ilin publisistika çərçivəsində, həm də ondan əvvəlki ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində silinməz cığırlar açdı: satirik ədəbiyyatın, satirik publisistikanın, karikatura sənətinin əsasını qoydu, ilk rəngli şəkilli jurnal yaratdı, kiçik hekayənin böyük ustadı oldu, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi şöhrət qazandı, bir sözlə, milli satirik ədəbiyyatın mollanəsrəddinçilik ədəbi təlimini formalaşdırdı, bununla da azərbaycançılıq ideyasının ədəbiyyatda və publisistikada, ictimai fikirdə əsas yaradıcılarından biri kimi milli qan yaddaşımızda əbədilik qazandı.

“Molla Nəsrəddin” jurnalında Azərbaycan nəsrinin, şeirinin, publisistikasının, karikaturasının əbədiyaşar nümunələri öz əksini tapmışdır. Bu əsərlər öz dövründə müasirləri üçün ədəbi məktəb rolunu oynamış, indi də oynayır və gələcəkdə də bu missiyanı yerinə yetirəcək...

Mollanəsrəddinçilik təlimi "Molla Nəsrəddin" ədəbi məktəbinin proqramıdır.

“Molla Nəsrəddin” ədəbi məktəbinin bütöv yaradıcılıq proqramı bu möhtəşəm təlim kitabında dolğun əksini tapmışdır. Proqramın əsasını isə milli müstəqillik və azadlıq uğrunda mübarizə təşkil edir. “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri başda Cəlil Məmmədquluzadə olmaqla milli istiqlala bir ordudan ziyadə xidmət göstərmişlər. Bu mənada “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının ən böyük istiqlal kitabıdır. Yaxud milli istiqlal uğrunda mübarizə dövrün digər axınları ilə müqayisədə daha çox mollanəsrəddinçilikdən keçir.

Mollanəsrəddinçilər ictimai satiranın, gülüşün gücündən maksimum yararlanmaq, bunun vasitəsilə də cəmiyyəti dəyişmək, inkişaf etdirmək istəyirdilər. Onlar həm də demokratik ideyaları-insan hüquq və azadlıqlarını ədəbiyyatda və publisistikada əks etdirmiş, ictimai fikrə aşılamaq missiyasını uğurla yerinə yetirmişlər.

Mollanəsrəddinçilik - mollanəsrəddinçilərin özünəməxsus yaradıcılığı və bu yaradıcılıqda əks olunan azərbaycançılıqdır. Mollanəsrəddinçiliyin ideya əsasında azərbay-cançılıq məsləki dayanır. Bunu mollanəsrəddinçiliyin strateji məqsədi də sübut edir. Mollanəsrəddinçiliyin məqsədi millətin özünüdərkinə, azadlığına, tərəqqisinə nail olmaqdır.

Xalqı milli istiqlala qovuşdurmaq mollanəsrəddinçilərin əsas məqsədi olmuşdur. Məhz bu səbəbdən xalqı müstəqillik və azadlıq uğrunda mübarizəyə hazırlamaq və sövq etmək mollanəsrəddinçilik təliminin ana xəttini təşkil edir. Bu ana xəttin reallaşdırılması üçün birinci millətin özünəqayıdış prosesini yönləndirmək lazım idi. Sonra onun özünüdərkinə yardımçı olmaq, milləti ayıltmaq və siyasi oyanışını təmin etmək lazım idi. Bütün bunları mollanəsrəddinçilər sistemli olaraq həyata keçirməyə, vahid məcraya salmağa nail oldular. Mollanəsrəddinçilik - xalqın milli-mənəvi özünüdərkinin, millətin siyasi oyanışı və ayıqlığının hərəkətverici qüvvəsidir”.

A.Məmmədlinin fikrincə, Cəlil Məmmədquluzadə yaradıcılığında məmləkət və millət ideyalarının ifadəsi publisistikasında dolğun əks olunub. O, vurğulayır ki, Mirzə Cəlilin yaradıcılığında Azərbaycan məmləkəti ideyasına bir neçə mühüm bucaqdan yanaşmaq olar: 1. Azərbaycan məmləkətinin tarixi ərazi bütövlüyü; 2.Azərbaycan məmləkətinə vətəndaş məhəbbəti; 3.Azərbaycan məmləkətini sivil görmək arzusu.

“Azərbaycan məmləkətinin tarixi ərazi bütövlüyü onun əsərlərində özünü açıq göstərir. Xüsusilə, publisistikasında. Publisist “Xoş təqrir” felyetonunda Araz çayının Azərbaycanı iki hissəyə ayırmasını nağılçının dili ilə belə mənalandırır: Araz deyir: "Mən yaman olsaydım, İrana sərhəd olmaz idim!" Bu kiçik nağıl parçasında Arazın bütöv məmləkət üstündə ayrılıq ağrısı öz ifadəsini tapmışdır.

Ədibin azərbaycançılıq ideyası, Azərbaycan məmləkətinin tarixi ərazisi və bütövlüyü haqqındakı fikirləri “Azərbaycan" məqaləsində daha qabarıqdır:

“ ...dilimin adı türk-Azərbaycan dilidir, ...Vətənim də Azərbaycan vilayətidir.

- Haradır Azərbaycan?

- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutmuş, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayaziddən ibarət olsun". Vətəndaş ədibin çağrışı belədir: "Vətən, vətən, vətən,  Dil, dil, dil, Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-nöi bəşər üçün özgə nicat yolu yoxdur”.

“Azərbaycan” məqaləsi ədəbiyyatşünaslıqda həm də “Azərbaycan məmləkəti coğrafiyasının vətəndaş ədib Cəlil Məmmədquluzdanin mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsi” kimi qiymətləndirilmişdir.

Ədib Azərbaycanın bütövlüyünün böyük carçısı idi...

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ