05/08/2020 17:17
728 x 90

Ermənistan ordusunun mülki azərbaycanlılara hərbi təcavüzünü sübut edən tutarlı faktlar…

Cavanşir Feyziyev: “Erməni hərbi birləşmələri bir qayda olaraq sərhəd boyu kəndlərimizdə yaşayan mülki əhalini hədəfə alır”

img

İyulun 12-dən etibarən start götürən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edir. Döyüş zamanı erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndi atəşə tutub. İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. Məlumat üçün bildirək ki,  Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu düşmən təxribatının qurbanı olub.

Qeyd edək ki, bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.

  • “Beynəlxalq təşkilatlar  Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdır”

Mülki əhalinin ermənilər tərəfindən atəşə tutulmasına münasibət bildirən millət vəkili Cavanşir Feyziyev bildirdi ki, Ermənistanın bu cür təxribatçı addımlar atması birinci dəfə deyil. Münaqişənin sülh yolu ilə həlli üçün bütün prinsiplər ortada olsa da, Ermənistan hər dəfə danışıqlar prosesinə bənzər şəkildə zərbə vurur və danışıqlar prosesini pozur, beləliklə də mövcud status-kvonun mümkün qədər uzadılmasına və işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına çalışır.

Deputatın sözlərinə görə, erməni hərbi birləşmələri bir qayda olaraq sərhəd boyu kəndlərimizdə yaşayan mülki əhalini hədəfə alır və hazırda Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə yerləşən hissələri düşmənin mülki əhaliyə hücumlarının qarşısını almaqla məşğuldur.

Həmsöhbətimiz onu da əlavə etdi ki, beynəlxalq təşkilatlar  Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdır: “Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Sonda qeyd edək ki, mülki şəxslərin, onların əmlakının məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi 2016-cı il Aprel döyüşləri zamanı da yaşanıb. Onlar yaşayış məntəqələrini davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurmuşdular. Yaşananlar bir daha bu reallığı ortaya qoyur ki, döyüş meydanında məğlub olan Ermənistan şəhərlərə və kəndlərə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir.

Günel CƏLİLOVA

Son xəbərlər