Bazar günü günü, 25 oktyabr 2026
     

“Azərbaycanın müasir dünyanın çağırışlarına uyğun yenidən qurulmasının qarşısını təxribatlarla ala bilməyəcəklər” - Tural SƏFƏROV yazır...

Image


İndiki dövrün reallığı odur ki, dünya yeni mərhələyə qədəm qoymaqdadır. Bu gün dünyanın demək olar ki, bütün beyin mərkəzləriyeni dövrün yeni çağırışlarının nədən ibarət olacağını müəyyənləşdirməyə çalışırlar.

Əlbəttə ki, yalnız yeni çağırışlara cavab verə bilən, dəyişikliklərə daha çevik uyğunlaşan dövlətlər post-pandemiya dövründə öz inkişaflarını davam etdirəcək, dünya siyasətinin müəyyən olunmasının iştirakçısına çevriləcəklər. Nə pandemiya, nə də xaricdəki və daxildəki anti-milli ünsürlərin təhdid və təzyiqləri ölkə rəhbərini öz yolundan – Azərbaycanı daha qüdrətli dövlətə çevirmək istəyindən geri döndərə bilməz. Dövlət başçısı ölkəmizi müasir dünyanın çağırışlarına uyğun yenidən qurur.

Bu fikirləri tanınmış jurnalist Tural Səfərov “Bakı xəbər”ə açıqlamasında deyib.

O bildirib ki, çoxaları nə baş vediyini, bəşəriyyətin hansı yönə yol aldığını dərk etmir. Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin elan olunduğu indiki dövrdə daxildən və xaricdən qızışdırılan insanlar  ölkədə vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Özünü müxalifət adlandıran “Youtube qəhərəmanları” isə şəxsi ambisiyalarını milli maraqlardan üstün tutur, primitiv çıxışları, məsuliyyətsiz çağırışları ilə cəmiyyətimizi yalnış yönləndirməyə, ölkədə həyata keçirilən islahatlara mane olmağa çalışırlar. Hər kəsdən fərqli olaraq, Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan İlham Əliyevi isə ölkəmizin insanlarının sağlamlığı, müstəqilliyimizin, bir millət kimi varlığımızın qorunub saxlanılması, dövlətimizin post-pandemiya dövrünün yeni çağırışlarına hazırlanması düşündürür.

Tural Səfərov deyib:“Ulu öndərin yolunu uğurla davam etdirən görkəmli dövlət xadimi İlham Əliyevin gecəli-gündüzli uğurlu fəaliyyətinin nəticəsidir ki, indiki çətin dövrü xalqımız ağrı-acısız, minimum itkilərlə keçir. Dünya iqtisadiyyatının sürətlə tənəzzülə uğradığı, neft gəlirlərinin kəskin aşağı düşdüyü bir vaxtda ölkəmizdə heç bir sosial layihə ixtisar olunmayıb, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilib. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıb. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulub və o vəsaitin bir hissəsi artıq xərclənib.Pandemiyanın ölkə iqtisadiyyatına ciddi təsir etməsinə baxamayaraq, büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Dövlət başçısı bəyan edib ki, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı  artırılıb. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardımdan bəhrələnib, öz rifah halını yaxşılaşdırıb”.

Tural Səfərov əminliklə bildirib ki, neft qiymətlərinin kəskin aşağı düşməsinə, ölkənin problemlərlə üzləşəcəyinə sevinən anti-milli adamların arzusu gözündə qalacaq:“Yeni tarixi mərlənin lideri İlham Əliyev bir neçə gün bundan öncə Azərbaycan televiziyalarına verdiyi müsahibədə  xalqımızı bir daha əmin etdi ki, onun qüdrətli dövləti var və heç bir narahatçılığa əsas yoxdur. Ölkə rəhbərinin səsləndirdiyi bu fikirlər hər birimizdə haqlı iftixar və qürur hissi yaradıb: “... mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.

“İlham Əliyev şəxsiyyəti Azərbaycanı qısa zaman ərzində yardım olunan ölkədən yardım göstərən dövlətə çevirib”,- deyən Tural Səfərov əlavə edib ki, pandemiya dövründə Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Məhz buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Bu humanitar və maliyyə yardımları bir daha onu göstərir ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkədir, çətin dövrdə özünə qapanmır, ehtiyacı olanlara kömək əlini uzadır. Köməyə ehtiyacı olan dövlətlərə təmənnasız yardım göstərilməsi isə Azərbaycanın daha bir üstünlüyüdür. Dövlətimizin başçısı göstərdiyi yardımlara görə heç kimə minnət qoymur, əvəzində nəsə istəmir. Hətta bir neçə həmkarı Ona minnətdarlıq məktubu ünvanlaya qədər bu barədə heç kimə məlumat verilməmişdi.

O bildirib ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biri, onun rəhbəri isə nəinki öz ölkəsinin, eləcə də bütün bəşəriyyətin təhlükəsizliyini düşünən görkəmli dövlət xadimidir:“Ölkə rəhbərimizin təşəbbüsü ilə keçirilən tədbirlər - Qoşulmama Hərəkatının Təmas Qrupu formatında zirvə görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn Zirvə görüşü Azərbaycanın koronavirusla mübarizəyə qlobal səviyyədə verdiyi mühüm töhfələrdir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünü BMT-nin 130-dan çox üzv dövləti dəstəkləyib. Dövlətimizin başçısının BMT-nin Baş katibi ilə telefon söhbəti zamanı xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirməsi həm ölkəmizin texniki imkanlarının genişliyindən, həm də qlobal təhlükəsizliyə töhfə verməkdə israrlı olduğumuzdan xəbər verir”.

Tural Səfərov deyib ki, Prezident bu müdrik addımları ilə dövlətimizin və xalqımızın imicini bütün dünyada göylərə qaldırıb. İndi bütün dünya ölkələri, beynəlxalq ictimaiyyət görür ki, Azərbaycan xalqı necə humanist və yardımsevər bir xalqıdır. Biz kimsəyə pislik etməyi, sadəcə olaraq, bacarmırıq. Dara düşənə təmənnasız kömək etmək bizim milli mentalitetimizdən qaynaqlanan keyfiyyətlərdən biridir. Qüdrətli Azərbaycanın güclü lideri bu gün dünyada həmrəyliyin gücləndirilməsinə öz dəyərli töhfələrini verir. Hər bir sözünə dünya liderləri tərəfindən ciddi əhəmiyyət verilən Prezident İlham Əliyevin televiziyalara sonuncu müsahibəsində səsləndirdiyi fikirlər, ümumbəşəri təhlükəyə qarşı qlobal çağırışı indi bütün dünyada müzakirə olunan əsas məsələlərdən biridir.

Tural Səfərovun sözlərinə görə, ölkə rəhbərimizin bu çıxışını izləyən bir xarici jurnalist telefon söhbəti zamanı ona deyib ki, əli hər yerə çatmayan, sözünü deyə bilməyən ölkələrin rəhbərləri sizin Prezidentinizə nə qədər minnətdar olsa, yenə də azdır. O, öz ölkəsində tanınmış ictimai xadim olan həmin jurnalistin bəzi fikirlərini olduğu kimi oxucuların diqqətinə çatdırdı: “O mənə dedi ki,incimə, ancaq sizin əksəriyyətiniz ölkənizə necə qüdrətli bir liderin rəhbərlik etdiyinin fərqində deyil.  İlham Əliyev zəngin, əksər beynəlxalq təşkilatlara, böyük dövlətlərə siyasi təsir imkanları olan bir ölkəyə rəhbərlik edir. Heç şübhə yoxdur ki, koronavirusun peyvəndi icad olunandan sonra onu əldə edən ilk ölkələrdən biri də məhz Azərbaycan olacaqdır. O zaman İlham Əliyevin nəyinə lazımdır ki, kasıb ölkələr, yoxsul vəziyyətdə yaşayan insanlar koronavirusun peyvəndini necə əldə edəcək?  Bu, humanistliyin, insanpərvərliyin, mərhəmət duyğusunun, bəşəriyyətin gələcəyinə cavabdehlik hissinin pik nöqtəsidir. Yalnız böyük ürək sahibi olan insanlar, dahi şəxsiyyətlər belə düşünə bilər. O, bu addımları ilə mənsub olduğu xalqın və ölkənin imicini yüksəldir. İlham Əliyev yeni dünya düzəninin formalaşdırılmasında aktiv iştirak etməyə iddialıdır. O, bu niyyətini reallaşdıraraq kiçik ölkə olan Azərbaycanı dünyanın böyük siyasi mərkəzinə çevirmək istəyir. Yaxın gələcəkdə Azərbaycan dünyada müəyyən siyasi qərarların qəbul edilməsində həlledici rol oynayacaqdır”.

Tural Səfərov Prezident İlham Əliyevin Azərbaycanın problemləri, ölkəmizə qarşı tətbiq olunan ikili standartlarla bağlı beynəlxalq təşkilatlara ünvanladığı açıq sualların haqlı mövqeyimizin ifadəsi, böyük cəsarət nümunəsi olduğunu vurğulayıb:“Gərək Azərbaycan kimi qüdrətli bir dövlətin rəhbəri, dünyada böyük nüfuz sahibi olasan ki, beynəlxalq təşkilatlara belə suallar ünvanlayasan. İqtisadi və hərbi güc yoxdursa, o zaman belə cəsarətli danışmaq mümkün deyildir. Bu kəskin sualların dünyanın hansı güc mərkələrinə yönləndirildiyini anlamaq o qədər də çətin deyil. Fakt odur ki, bu güc mərkəzləri yeni dünyanın güclü lideri ilə hesablaşırlar. Azərbaycan xalqı əmindir ki, İlham Əliyev qısa zaman ərzində ölkəmizin ən ağrılı problemi olan Qarabağ problemini respublikamızın ərazi bütövlüyü çərçivəsində həll edəcəkdir”.

Tural Səfərov bildirib ki, Azərbaycanın düşmənləri ölkəmizin uğurlarını, hər gün artan beynəlxalq nüfuzunu görür və bunu həzm edə bilmirlər.Onlar bu faktla heç cür barışa bilmirlər ki, Azərbaycan real güc mərkəzinə çevrilməkdədir. Ermənistanla sərhəddə təxribatın törədilməsi, dünən gecə saatlarında meydanlara yığışan insanlar arasında təxribata cəhd olunması bundan qaynaqlanır. Hər vəchlə Azərbaycanın yolunu kəsməyə, Prezidentin başlatdığı islahatları dayandırmağa çalışırlar. Burda “5-ci kalon”nun nümayəndələri xüsusi rol oynayırlar.

Tural Səfərov bir vətəndaş kimi xalqımızı təxribatçılara uymamağa çağırıb: “Minlərlə adam küçəyə çıxmaqla heç nə əldə etmədi. Sərhəddə düşmənlə mübarizə aparan dövlətimizə daxildə sabitliyi qorumaq üçün əlavə problem yaratdılar. Yaxın günlərdə virusa yoluxanların sayının kəskin artacağı da başqa problemlər yaradacaqdır. Qarabağ şüarları ilə meydanlara çıxan insanların Milli Məclisin binasına daxil olub ziyan vurması isə heç nə ilə izah oluna bilməz. Bu, açıq təxribat, ölkəmizdə sabitliyin pozulmasına cəhddir. Əlbəttə, Şəhidlər Xiyabanının qarşısına toplaşanların əksəriyyəti ora dövlətimizi və ordumuzu dəstəkləmək üçün gəlmişdi. Ancaq təxribatçılar xalqın vətənpərvərlik ruhunun coşmasından öz çirkin məqsədləri üçün istifadəyə etməyə cəhd göstərdilər.Biz hamımız mövcud vəziyyəti nəzərə almalı, təmkinli olmalıyıq. Fikrimcə, Əli Kərimlinin dünən dövlətə dəstək mesajı da səmimi deyildi, bu hadisədən özünü sığortalamaq cəhdi idi”.

Tural Səfərov deyib ki, ölkədə sabitliyin pozulmasını, gərginlik yaradılmasını arzulayanların arzusu gözündə qalacaq. Xalq öz dövlətinin və Prezidentinin yanındadır. Xalqımız tam əmindir ki, İlham Əliyevsiz onun xoşbəxt gələcəyi ola bilməz. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ