09/08/2020 13:00
728 x 90

Prezident İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verdi - FOTO

img

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Baki-xeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Son xəbərlər