Ermənistandan növbəti etiraf.. On yaralı var

Azərbaycan Ordusunun düşmənə qarşı keçirdiyi cəza tədbirləri nəticəsində yaralanan Ermənistan hərbçilərinin vəziyyəti ağırdır.
Baki-xeber.com xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
Onun sözlərinə görə, döyüşdə yaralanan 10 hərbçidən 1-nin vəziyyəti kəskin ağır, 5-nin vəziyyəti isə orta ağırdır.
Qeyd edək ki, Ermənistan tərəfi itkiləri gizlədir. Ötən gün Ermənistan Müdafiə Nazirliyi ümumilikdə 4 hərbi qulluqçusunu itirdiyini etiraf etmişdi.