Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın iki hərbi qulluqçusu məhv edib. "Report" xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, ölən hərbçilər kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyandır.
Həmin ölkənin vətəndaşları sosial şəbəkələrdə Ermənistanın daha iki hərbçisinin məhv edildiyi barədə məlumat paylaşıb. Azərbaycan əsgərləri tərəfindən məhv edilən hərbçilər Slavik Qaytsakov və Aşot Melkumyandır.
Qeyd edək ki, Ermənistan digər itkilər hələ ki, rəsmən açıqlamır və gizlədilir.